Vladimir Kravtsov — sovet hərbi pilotu, aviasiya polkovniki (SSRİ). Azərbaycan ordusunun generalı. Azərbaycan Hərbi Hava Qüvvələrinin birinci komandanı. []
Nasosnı aerodromunda yerləşən 82-ci Hava Hücumundan Müdafiə alayında xidmət etmişdir. Sovet İttifaqının dağılmasından sonra vaxtilə SSRİ-nin tərkibində olan bir sıra ərazilərdə silahlı qarşıdurmalar alovlandı. 9–10 iyun 1992-ci il tarixlərində özünü Sovet İttifaqının varisi elan edən Rusiya, silaha ehtiyacı olan azərbaycanlıların təzyiq, rüşvət, inandırma və hətta silahlı hücum şəraiti altında SSRİ ordusuna aid təyyarələrin Rusiyaya təcili təxliyəsinə başladı. Əsas hissə aparıldı, ancaq Azərbaycan da bir şey əldə etdi. Nasosnıdakı 82-ci Hava Hücumundan Müdafiə alayının ləğvi ilə məşğul olan Vladimir Kravtsov və podpolkovnik Aleksandr Pleş (və ya Pleşin) sayəsində Azərbaycan 30-a qədər MiQ-25PD təyyarəsinə sahib ola bildi. Kravtsov, Azərbaycanı təyyarələrin Rusiyaya aparılması barədə xəbərdarlıq etdi, bundan sonra 9 iyul 1992-ci ildə insanlar hava limanına soxularaq buna mane oldular. Nəticədə, polkovnik Kravtsova general rütbəsi verildi və Azərbaycan Hərbi Hava Qüvvələrinin komandanı vəzifəsi verildi. Azərbaycanın keçmiş müdafiə naziri Dadaş Rzayev qeyd edir ki, Vladimir Kravtsov, Rusiyadan döyüş təyyarəsini qaçıran Vaqif Qurbanovla birlikdə Azərbaycanın Hərbi Hava Qüvvələrinin yaranmasında əsas rol oynamışdır.
İstinadlar
Kateqoriya:SSRİ pilotları Kateqoriya:Azərbaycan Hərbi Hava Qüvvələrinin komandanları Kateqoriya:Azərbaycan tərəfindən Birinci Qarabağ müharibəsi iştirakçıları