İrşad — Azərbaycanda elektronika və məişət texnikası satışı üzrə fəaliyyət göstərən mağaza şəbəkəsi.
Şirkət 2000-ci ildə "I&R Telecom" adı altında Rəşad Qəribov tərəfindən yaradılıb. 2022-ci ildə Bakı, Sumqayıt daxil olmaqla 19 şəhər və rayonda mağazalar şəbəkəsi, ölkə üzrə 700-dən çox dileri mövcuddur. marja.az apa.azİrşad məlumat banker.az
Tarix "İrşad" 2000-ci ildə "I&R Telecom" adı altında Bakı şəhərində fəaliyyətə başlayıb. 2003-cü ildən etibarən paytaxtda və regionlarda mağazalarının sayını artıraraq şəbəkəni genişləndirib.
2007-ci ilin sonunda "I&R Telecom" rebrendinq etdi və şirkətin adını dəyişərək "İrşad Telecom" adı altında fəaliyyətini davam etdirməyə başladı. 2018-ci ildən şirkət "İrşad Electronics" adı ilə fəaliyyətini davam etdirir və elektron məhsulların satışına başlayır. 2021-ci il mart ayının birindən etibarən isə "İrşad" adı ilə fəaliyyətini davam etdirir.
Mağazalar Hazırda "İrşad" şəbəkəsi Bakı və ətraf kəndlər, Xırdalan, Sumqayıt, Gəncə, Mingəçevir, Bərdə, Göyçay, Lənkəran, İmişli, Quba, Qəbələ, Masallı, Şəmkir, Xaçmaz, Tovuz, Sabirabad, Ağcabədi, Cəlilabad, Yevlax bölgələrində 42-dən artıq mağazası ilə fəaliyyət göstərir.
Mükafatlar Elektronika mağazalar şəbəkəsinin yaradılmasında əldə olunan nailiyyətlərə görə "Uğur" mükafatı (2003)Tariximiz busy.az oneclick.az "İlin ən yaxşı dileri" nominasiyasında "Uğur" mükafatı (2008–2009) "Uğur" mükafatı və 2011-ci ildə ilin mükafatı (2010–2012)
İstinadlar
Xarici keçidlər Rəsmi saytı
Kateqoriya:2000-ci ildə yarananlar Kateqoriya:Azərbaycan şirkətləri