Dilək boğazı () və ya Dar boğazSahiller ve Güvenlik - Üsküdar Mühendishanesi, Mikale boğazı () – Yunanistanın Samos adasını Kiçik Asiya yarımadasındakı Aydın ilindəki Quşadası bölgəsindən ayıran dar bir boğaz. Samsun dağlarının (Dilek, Mikale) Egey dənizinə girdiyi nöqtədə yerləşir. Ən dar yeri 1,6 km-dir və bu yunanların Egey adalarını Türkiyə sahillərindən ayıran ən dar boğazdır.

Boğazda Bayraq adası yerləşir.

Boğazın materik sahili boyunca Dilək yarımadası və Böyük Menderes Deltası Milli Parkı yerləşir.

Dilək boğazının cənubunda, Yerond boğazının sahilində Geson çayı və Skolopoent (indiki Doğanbey) bölgəsində Mikalenin cənub yamaclarında, eramızdan əvvəl 479-cu ildə meydana gələn, II Leotixid və Ksantippin rəhbərliyi altında yunanların farsları məğlub etdiyi məşhur Mikale döyüşü baş tutmuşdur. İstinadlar

Kateqoriya:Türkiyə boğazları Kateqoriya:Atlantik okeanının boğazları Kateqoriya:Yunanıstan boğazları Kateqoriya:Aydın ili Kateqoriya:Aralıq dənizinin boğazları