Altay Ağasəid oğlu Səidov (Seyidov) () — Azərbaycan teatr rəssamı, Azərbaycan SSR əməkdar rəssamı (1979)

Həyatı Altay Səidov 11 iyul 1926-cı ildə Bakıda anadan olub. 1943–1946-cı illərdə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində, 1948–1953-cü illərdə isə İ. Repin adına Leninqrad Rəssamlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutunda təhsil alıb. 29 oktyabr 1953-cü ildə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrına quruluşçu rəssam götürülüb və 1967-ci ildən bu kollektivdə baş rəssam işləyib. O, dəvətlə Azərbaycan Dövlət Musiqili Komediya Teatrında tamaşalara da səhnə tərtibatı vermişdir.

Altay Səidov 10 sentyabr 2015-ci ildə vəfat edib.

Bədii tərtibat işləri

Mükafatları Azərbaycan SSR Lenin komsomolu mükafatı — 1967 "Azərbaycan SSR əməkdar rəssamı" fəxri adı — 9 fevral 1979 Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü — 1 aprel 2005

İstinadlar

Ədəbiyyat

Kateqoriya:Azərbaycan teatr rəssamları Kateqoriya:Azərbaycanlı rəssamlar Kateqoriya:XX əsr Azərbaycan rəssamları