thumb|250px|Qəzvin bazarında satılan sarımsaq turşusu

Sarımsaq turşusu - Azərbaycan və bir sıra başqa şərq ölkələrinin mətbəxinə aid olan ənənəvi turşulardan biridir.

Lazım olan ərzaqlar

1 litrlik banka üçün

10 baş sarımsaq (təxminən yarım kilo) 4 ədəd dəfnə yarpağı 4 ədəd mixək 5-6 ədəd yumru qara istiot 2 xörək qaşığı iri duz Təxminən 2 stəkan üzüm sirkəsi Hazırlanma qaydası Sarımsaq başlarının üst bir neçə lay qabığını soyun. Elə edin ki, dişlər ayrılmasın, baş bütöv qalsın.

Sarımsağı bankaya yığın. İçinə dəfnə yarpağı, mixək və istiotu əlavə edin. Sirkə tökün.

Bankanı bağlayın. Ehmallıca o tərəfə bu tərəfə döndərin ki, ədvalar yayılsın. Bankanı sərin yerə qoyun.Turşu təxminən 2 aya hazırdır. İstinadlar

Kateqoriya:Turşu (qida) Kateqoriya:Sarımsaq