Şücaəddin Məhəmmədşüca xan Avşar (benqalca: সুজাউদ্দীন মুহম্মদ খাঁন, ) — Benqaliyanın, Biharın, Orissanın nəvvabı. O, Mürşüdqulu xan ilə Nasiri Banu Bəyimin qızları Zeynəb ün-Nisə Bəyim və Əzəmət ün-Nisə Bəyim ilə evlənmişdir. Onun üçüncü arvadı Dürdanə Bəyim Sahibə olmuşdur. 30 iyun 1727-ci ildə qayınatasının ölümündən sonra o, nəvvablıq taxtına çıxmışdır.

Məhəmmədşüca xan Səfəvi imperiyasını quran və əsas qızılbaş tayfalarından olan Əfşar tayfasına mənsub olmuşdur.

Həyatının erkən dövrü Məhəmmədşüca xan Dəkkənin Burhanpur bölgəsində anadan olmuşdur. Bir digər adı da Mirzə Dəkkəni olan Məhəmmədşüca əslən Dəkkən müsəlmanlarından, eyni zamanda türk tayfası olan Əfşarlardandır. Onun ulu babası Yar Əli Sultan Səfəvi şahı I Təhmasibin dövründə Xorasanın Fərah şəhərinin hakimi olmuşdur. Məhəmmədşücanın atası və Nəvvab Aqil xanın oğlu olan Mirzə Nəsrəddin də Burhanpurdə mühüm vəzifə sahibi olmuşdur. O, Böyük Moğol imperiyasında Heydərabaddan asılı olan ilxandal vəzifəsini icra etmişdir. Məhəmmədşüca xan özü də əslən bu şəhərdən olan Mürşüdqulu xan ilə Burhanpurda tanış olmuş, onun qızı ilə evlənmişdir. Bu evlilikdən dünyaya gələn Sərfəraz xan sonradan babasının yerinə taxta çıxmışdır. Çünki babasının oğlu olmamışdı.

Hakimiyyətə gəlməsi Məhəmmədşüca xan 1719-cu ildə Sylhetin faucdarı təyin edildi və bu vəzifədə Tanib Əli xanı əvəzlədi. O, Şükrullah xan tərəfindən təyinat almazdan əvvəl, səlahiyyət müddətində müfti ailəsinə bir sənəd verdiyi bilinirdi. Birbaşa kişi varisinin olmadığı üçün Nəvvab Mürşüdqulu xan qız nəvəsi Sərfəraz xanı Benqal məsnədinə (yəni taxtına) namizəd elan edildi. Mürşüdqulu xan 1727-ci ildə öldü və Sərfəraz xan taxta çıxdı.

Bundan sonra Məhəmmədşüca xan Odişanın subahdarı, Əliverdi xan isə onun naibi (müavini) oldu. Mürşidqulu ümumiyyətlə Məhəmmədşüçanın inklüziv və xalq dostu siyasətindən məmnun deyildi. Məhəmmədşüca da, öz növbəsində Sərfəraz xan varis elan edilərkən öz oğlunun tabeliyində çalışmaqdan məmnun olmamışdı. Əliverdi xan və onun qardaşı Hacı Əhməd onu inandırmışdılar ki, oğlunun əvəzinə onun özü bu vəzifəyə daya uyğun şəxsdir. Əliverdinin və Əhmədin yardımı ilə o, hakimiyyəti ələ keçirmə hazırlıqlarına başladı. O. həmçinin Dehlidə olan Böyük Moğol hökmdarı Məhəmməd şahın da dəstəyini qazandı. Böyük ordu düzəldən Məhəmmədşüca Benqal nəvvablığının paytaxtı Mürşüdabada doğru irəliləməyə başladı. Mürşüdqulu xanın dul arvadı ailə münasibətləri çərçivəsində hadisələrə müdaxilə edib qan tökülməsinin qarşısını aldı. Bundan sonra Sərfəraz xan atasının lehinə taxtdan əl çəkdi. 1727-ci ilin avqustunda Məhəmmədşüca rəsmi şəkildə ikinci Benqa nəvvabı kimi taxta çıxdı.

Bundan sonra Məhəmmədşüca xan onu dəstəkləyənləri mükafatlandırmağa başladı. Benqalda ələ keçirdiyi sərvətin bir hissəsini Moğol hökmdarı Məhəmməd şaha göndərdi. O da, bunun qarşılığında ona Motamul ul-Mulk (Ölkənin Qoruyucusu), Shuja ud-Daula (Dövlətin Qəhrəmanı) and Asad Jang (Döyüşdə Aslan) titullarını verib diplomatik əlaqələr yaratdı. O, həmçinin Mahi ordeninin nişanları ilə birlikdə saçaqlı Palkidən başqa, yeddi min əsgəri olan Həft Hazarinin şəxsi mənsablığını və altı paltardan, qiymətli daşlardan, daş-qaşdan ibarət bir Xələt, qılınc və atlı kral fili aldı.

Hakimiyyəti Məhəmmədşüça xan cəsur, mülayim və səxavətli olduğu bilinirdi. Uzun bir hakimiyyətə sahib olması baxımından ona qarşı çıxan yeganə amil yaşı idi.

İdarəçiliyi "Siyar-ül-mütəxərin" əsərində qeyd edilir ki, şəxsi mübahisələr üçün onun yanına şikayətçilər gəldiyi zaman o, heç bir tərəfə inanmaz, hər iki tərəfi ayrı-ayrılıqda uzun-uzadı dinləyət, sonda hər bir şeyi dəyərləndirərək qərar verərdi. Özünün bu xüsusiyyətlərinə görə. ədalətli hökmdar olması ilə məşhur olan Məhəmmədşüca tez-tez qərar verərkən Allahın təqdirini qazanmaq istədiyini və bunun üçün çalışdığını dilə gətirərmiş.

Məhəmmədşüca xan Mürşüdqulu xanın siyasətinə nifrət edirdi və hakimiyyətə gəldikdən qısa müddət sonra onların hamısını qüvvədən düşmüş elan etdi. Onun nifrəti o qədər hədsiz idi ki, o, Mürşüdqulu xanın şəxsi əşyalarını onun əzəli düşmənləri olan hindu zəmindarlara açıq auksiyonda satmış və bu satış nəticəsində 5 milyon rupi gəlir əldə etmişdi. O, Mürşüdqulu xanın ən yaxın işçiləri olan Murad Fərraş və Nazir Əhməd adlı şəxsləri edam etdirmiş və onların mal-mülklərini müsadirə etdirmişdi. Bununla paraleldə, Məhəmmədşüça xan özünə sadiq olan şəxslərin, köməkçilərinin güclənməsinə və sərvət toplamasına müsbət yanaşardı. Özünə tabe olan şəxslərlə işləmə prinsipi olaraq o, Mürşüdqulu xandan tamamilə fərqli düşüncələrə malik idi.

İnzibati rayonların yenidən tənzimlənməsi 1733-cü ildə o, Bihar Subahı Benqal ilə birləşdirərək yaranmış vahid bölgəno 4 inzibati vilayətə böldü. Beləliklə, həm də vəzifələrdə aşağıdakı inzibati dəyişikliklər edilmiş oldu. Bundan başqa bu vilayətlərə canişinlər də təyinat aldı.

1. Böyük oğlu Sərfəraz xan Benqalın subahlığının nazimi oldu. 2. Kiçik oğlu Məhəmməd Tağı Odişa subahdarının köməkçisi təyin edildi. 3. Kiçik kürəkəni Mirzə Lütfüllah Dəkkə naziminin köməkçisi təyin edildi. 4. Əliverdi xanın qardaşı Hacı Əhməd baş müşavir təyin edildi. 5. Nəvaziş Məhəmməd xan maliyyə məsələlərinə nəzarət edən Mir Bəxşi vəzifəsinə yüksəldildi. 6. Seyid Əhməd xan Ranqpurun faujdarı təyin edildi. 7. Zeynəddin Əhməd xan Racmahalın faujdarı təyin edildi. 8. Pir Xan Hooğlinin faujdarı təyin edildi.

Onun səltənətinin sonunda vəzifələrdə böyük dəyişikliklər təsirli olacaqdı. Bu təyinatlar və dəyişikliklər gələcək dövrlər kontekstində çox vacib id

1. Əliverdi xan Patna və Biharın daxil olduğu Əzimabad subahdarının naibi oldu. 2. Böyük oğlu Sərfəraz xan Dəkkə subahdarının naibi oldu. 3. Kiçik kürəkəni Mirzə Lütfullah Odişa subahdarının köməkçisi təyin edild

Gəlir vergiləndirməsi sahəsində dəyişikliklər

Yoxsullaşmış hindu zəmindarların yenidən məskunlaşdırılması "Siyar-ül-mütəxərin" əsərində zəmindarlara və Benqalın digər torpaq sahiblərinə qarşı bərabər yanaşmasının daha az diqqətçəkən məqam olmadığından da bəhs edirə. Bu adamlar Mürşüdqulu xanın hakimiyyəti dövründə əsasən müxtəlif yollarla təzyiqlərə və cəzalara əruz qalmışdılar. Məhəmmədşüca hökumətini möhkəm qurduqdan sonra, araşdırma zamanı cinayətdən və saxtakarlıq etmədiyi sübut edilmiş zəmindarları və digər torpaq sahiblərini azad etdi; digərlərinə gəldikdə isə o, əmr etdi ki, onların hamısını onun hüzuruna gətirsinlər və onun adamının ətrafında bir dairə təşkil etsinlər. Bunu etdikdən sonra Məhəmmədşüca toplanmış şəxslər qarşısında çıxış edərək əgər onları zindan azad edəcəyi halda bundan sonra necə davranacaqlarını soruşdu. İllərdir ki, zindanda pis vəziyyətdə saxlanılan şəxslər pıçıltılı şəkildə yalnız ona dua edəcəklərini, Allahdan ona cənnəti qismət etməsini istəyəcəklərini, eyni zamanda da vergiləri vaxtı-vaxtında və doğru miqdarda verəcəklərini bildirdilər. Onlardan bunu təstiqləyən andlı sənədlər imzalı şəkildə alındı və rəsmi titulları onlara geri verildi. Məhəmmədşüca, bundan sonra hər biri üçün öz rütbəsinə və vəzifəsinə görə bir neçə zəngin paltar göndərdi ki, o məclisdə uyğun hədiyyə almayan bir nəfər qalmasın. Bu mərasim bitdikdən sonra onların hamısı sərbəst buraxıldı, bundan sonra gəlirləri Fateh Çandin Caqat Sethin sülaləsi vasitəsilə ötürmək əmri verildi.

Gəlirlərin hesablanması Bu siyasət dəyişikliyi ilə Benqal nəvvablığı ümumi cagirlərin, anbarların və fabriklərin gəlirlərindən daha çox mənfəət əldə etdi. Ümumi əldə edilən bir milyon lakdan çox pul (15 milyon rupi) Seth Fateh Çandın bank agentliyi vasitəsilə imperatorlu xəzinəsinə köçürüldü. O, Nəvvab Mürşüdqulu xanın şəxsi mülkünə məxsus yorğun atları, mal-qaranı və digər mal-qaranı, habelə zədələnmiş xalçaları və pərdələri zəmindarlara bahalı qiymətə sataraq, fillərdən başqa daha qırx lak (dörd milyon rupi) pul əldə etdi. O, bu pulları və filləri imperator Məhəmməd şahın xəzinəsinə göndərdi. İllik Hesabların Abstrakt balansı tərtib edildikdən sonra o, müəyyən edilmiş konvensiyalara uyğun olaraq İmperator Gəlirindən başqa, Nizamatın nəzərdə tutulan illik xəracını da imperator xəzinəsinə köçürdü.

İnkişaf və və ictimai rifah Mürşüdqulu xandan Məhəmmədşüca xana keçən nəvvablıq xəzinəsi dolu vəziyyətdə idi. O, bu xəzinənənin miqdarını daha da artırdı və bu kapitaldan ictimai rifah səviyyəsini artırmaq üçün istifadə etdi.

O, sələflərini padşahlıq və silah-sursat baxımından üstələyirdi və ömrünün zirvəsi keçsə də, həyatın ləzzətlərinə laqeyd yanaşmırdı. O, Mürşüdqulu xanın tikdirdiyi ictimai binaları ona əzəməti nümayiş etdirmək üçün çox kiçik göründüyü üçün dağıdaraq yerinə möhtəşəm görünüşlü saraylar, silah anbarları, gözəl görünüşlü qapılar, Maliyyə Sarayı, İctimai Qəbul Zalı, Şəxsi Ofis, Xanımlar üçün Boudoir, Qəbul Zalı, Maliyyə Məhkəməsi və Ədalət Məhkəməsi tikdirdi.

Öz yaşayışını möhtəməş əzəmət içində keçirən Məhəmmədşüça xan eyni zamanda öz ordusunun da yaxşı yaşamasına diqqət yetirirdi. Onun ordu üzvlərinə verdiyi maaş min və ya 500 rupi təşkil etməkdə idi və bu məbləğ o dönəmdə yaxşı yaşamaq üçün kifayət edirdi.

Mürşüdqulu xanın məmuru olmuş Nazir Əhməd Bhagirathi çayının sahilindəki bağda məscidin əsasını qoymuşdu. Məhəmmədşüca onu edam etdirdikdən sonra bu məscidin və bağın tikintisini başa çatdırdı. Bu məscid tikildikdən sonra da ona öz adını verdi. O, bağçada su anbarları, kanallar və çoxsaylı fəvvarələrlə möhtəşəm saraylar tikərək bağı zövqlə bəzətdirmişdi. Dövrün qaynaqlarında tikilmiş bu bağın çox möhtəşəm göründüyü, Kəşmirin yaz evləri və bağlarının onun yanında sönük qaldığı qeyd edilir. Bəzilərinə görə, İram sarayının tikilməsinə ilham verən bağ da məhz bu olmuşdur. Məhəmmədşüca xan "bu cənnətə bənzəyən bağda" tez-tez gəzintilərə və pikniklərə gedir, orada şənliklər və digər əyləncələr təşkil edirdi. O, hər il o gözəl bağda dövlət məmurlarının savadlı təbəqəsinə Dövlət Ziyafəti verirdi.

Güclü məsləhətçilərin yüksəlişi Məhəmmədşüça xanın hakimiyyəti dövründə bəzi dövlət məmurları güclü şəxslərə çevrildilər:

Bir zamanlar Benqala birləşdirilmiş Əzimabadın naziminin naibi olan Əliverdi xan, Nizamətin baş məsləhətçisi olan və Əliverdi xanın qardaşı Hacı Əhməd, Ray-Rayan titulu verilmiş və Benqal divanının rəhbəri olmuş Rai Aləm Çand, Jagat Setuh ailəsindən gələn Fateh Çand nəvvablığın əsas bankiri oldu.

Onların qüdrəti nəvvabın onlara güvənməsindən və əsasən onları nəzarətsiz qoymasından, diqqətini öz istədiyi işlərə cəmləməsindən qaynaqlanırdı. Bu köməkçilər çox bacarıqlı, işgüzar və sədaqətli oldular və nəvvabın razılığı ilə öz vəzifələrini yerinə yetirdilər. Bu dövrdə onların topladıqları təcrübə Benqalın gələcək 30 ilində mühüm rol oynayacaqdı. Məhəmmədşüca onlara güvənsə də, eyni zamanda onların fəaliyyətlərini dolaylı yollarla olsa da, nəzarət altında saxlamağın lazımlı olduğunu bilməkdə idi. Lakin o, bu işdə o qədər də uğurlu ola bilmədi, elə buna görə də, o, ölərkən yerinə keçən oğlu Sərfəraz xan bunun acı nəticəsini 1740-cı ildə yaşadı.

İngilis Şərqi Hindistan şirkəti ilə ilk mübahisə