Hüseynqulu mirzə Müzəffərəddin şah oğlu Qovanlı-Qacar () — şahzadə, əyalət valisi
Həyatı Hüseynqulu mirzə Müzəffərəddin şah oğlu 1884-cü ildə Təbriz şəhərində anadan olmuşdur. Saray təhsili almışdır. Nüsrətüssəltənə ləqəbi almışdır. Hüseynqulu Mirzə orduda xidmətdə olmuşdur. Əmir tuman rütbəsi daşıyırdı. 1897-ci ildə Tehranın valisi olmuşdur. 1905-ci ildə atasının məiyyətində Avropaya getmişdi. Hüseynqulu Mirzə 1945-ci ildə vəfat edib. Hüseynqulu Mirzənin törəməsi Nüsrət-Müzəffəri soyadını daşıyırlar.
Hüseynqulu Mirzə Əzəmsəltənə xanım (Valiə Zəndşahi) ilə ailə həyatı qurmuşdur. Mehdiqulu Mirzə, Moinəddin Mirzə adlı oğulları, Mərziyə xanım adlı qızı vardı.
İstinadlar
Mənbə
Kateqoriya:Qacar şahzadələri