Seul Lotte World Qülləsi () — Cənubi Koreyanın paytaxtı Seul şəhərində yerləşən hündürlüyü 555 metr (1,824 ft) olan 123 mərtəbəli göydələndir. 2017-ci il aprelin 11-də ictimaiyyətə açılmışdır. Hazırda Cənubi Koreyanın ən hündür və dünyanın beşinci ən hündür binasıdır.
13 illik planlaşdırma və ərazinin hazırlanmasından sonra qüllə hökumət tərəfindən 2010-cu ilin noyabrında tikintiyə başlaması üçün son təsdiqini aldı və mart ayında tikinti sahəsində ilk təməlqoyma işləri aparıldı.
Bina Dörd bina — Lotte World Tower, Avenuel (8-ci mərtəbə), əyləncə binası (12-ci mərtəbə) və ticarət mərkəzi binasından (11-ci mərtəbə) ibarətdir. Binaya lobbi, Lotte world akvarium, Lotteriya və restoranlar, Lotte World Mall daxildir.
Dizayn 1989-cu ildə binanın ilk dizaynı və tikilmə planları hazırlandı. Dizayn 1994, 1995 və 1997-ci illərdə yenidən dəyişdi. 2008-ci ildə dizaynı yenidən dəyişdirildikdən sonra 2009-cu ildə dizayn müəyyənləşdirildi və binanın inşaatına başlanıldı.
İngiltərədəki The Shard (əvvəlki London Bridge Tower) ilə dizaynı oxşardır. Daxili və lift atmosferi də oxşardır. Həmçinin damdan çıxan boşluqda bənzərdir.
Hündürlüyü Lotte World Tower Yerdən 123 mərtəbə, yeraltı 6 mərtəbədən ibarətdir. Hazırda bina Cənubi Koreya-nın ən hündür binasıdır. Asiyanın 3-cü ən hündür, dünyanın 5-ci ən hündür binasıdır. Koreyadakı ən hündür qüllə İnçonda Şimal-Şərqi Asiya Ticarət Qülləsi (313 metr) idi amma indi Lotte World Tower (555.65 metr) ən hündür qaladır.
Əsas hissələri Seoul Sky (). Lotte World Tower-in 117–123 mərtəbələrində yerləşir. Ümumi 7 mərtəbədən ibarətdir. 117-ci mərtəbə Seoul Sky-a giriş mərtəbəsi, mənzərə müşahidəsi, 118-ci mərtəbə, göyərtə, 119-cu mərtəbə Sky Friends Cafe, 120-ci çıxış mərtəbəsi, 121-ci mərtəbədə çıxış mərtəbəsi, 122-ci mərtəbə Seoul Sky Cafesi, 123-cü mərtəbədə mükafat salonu olan 123 Lounge var. Binanın Seoul Sky hissəsində xüsusi şüşə ilə hazırlanmış döşəmə vardır. Burdan yeri və teleskop vasitəsi ilə Seulun mənzərəsini görə bilərsiniz. Liftin 117–118-ci mərtəbəyə qalxması cəmi 1 dəqiqə çəkir. Rəsədxananın iş saatı səhər 9:30-dan axşam 11:00-a qədərdir. 36 aylıq və daha yuxarı və 12 yaşdan kiçik olanlar üçün 24.000 von, 13 yaşdan yuxarı olanlar üçün 27.000 vondur. Ayrıca liftə girmədən əvvəl təhlükəsizlik yoxlamasından keçməlisiniz.
Yerin üstündə 123-cü mərtəbədə yerləşən Seoul Sky-dən görünən binalara Lotte World, Sehrli ada, Samsung SDS Tower, Hyanggun Tower və Ticarət Qülləsi və Lotte Castle Qızıl, Jamsil The Sharp Star Park, Jamsil Prugio Dünya Markası və Sharp Ulduz Çayı kimi mənzilləri aiddir. Həmçinin Han çayını, Seokchon gölünü, körpülər Cəmsil körpüsünü, Cəmsil Dəmiryol körpüsünü, Olimpiya körpüsünü, Cheonho körpüsünü və Gwangjin körpüsünü görə bilərsiniz. Teheran-ro, COEX, Cəmsil əsas stadionu, Namhansanseong qalası, Seongnam-si, Gangbuk-gu və Buxansan görünür.
Siqniel Seul (). Lotte World Tower-in içərisində yerləşən oteldir. Otel 76-cı mərtəbədən 82-yə və 85-ci mərtəbədən 101-ci mərtəbəyə qədər uzanan 6 ulduzlu oteldir.
76-cı mərtəbədən 82-ci mərtəbəyə qədər Siqniel banket salonları (76–78-ci mərtəbələr), foye (79–80-ci mərtəbələr), restoranlar (81–82-ci mərtəbələr), 85-ci mərtəbədən 86-cı mərtəbəyə qədər otelin üzgüçülük hovuzu mərtəbəsidir və 87-ci mərtəbədən 101-ci mərtəbəyə qədər Siqniel otaqları, qonaq otaqları, yemək, iclaa və toy üçün zallarla obyekt təchiz olunmuşdur.
Bu otel hazırda Cənubi Koreyanın ən uzun otelidir və eyni zamanda Seulun ən yüksək oteli olduğu bildirilir. Lotte World Tower-dəki Siqniel Seul lüks oteldir və buradan gecə mənzərəsini görə bilərsiniz. 2017-ci ildə açılıb və hazırda otel məqsədləri üçün istifadə olunur.
Festival fəaliyyəti Albalı Çiçəyi Festivalı
Lotte Tower inşa edildiyi vaxtda da 2015-ci il aprel ayının 10-dan 12-ə qədər albalı çiçəyi festivalı edən insanlar çox idi və bina tamamlandıqdan sonrada festivalı etmək mümkün olmuşdur. 2017-ci il aprel ayının 1-dən 9-a qədər albalı çiçəyi festivalı keçirilmişdir.
Atəşfəşanlıq Festivalı
2016-cı ildə Seulda atəşfəşanlıq festivalı keçirilirdi. Lotte Tower inşaatı tamamlandıqdan sonrada 2017-ci il aprel 2 atəşfəşanlıq festivalı keçirildi. Yer Lotte World Tower və Seokchon gölü ətrafında yerləşir və qatılmaq pulsuzdur. K-pop konsertləri axşam saat 7:30-dan axşam 9:00-a qədər, Lotte World Tower atəşfəşanlıq nümayişi axşam 9:00-dan 9:10-a qədər, istirahət və hədiyyə tədbirləri axşam 9:10-dan 9:30-a qədərdir.
Vətəndaşların qiymətləndirməsi 2014-cü ilin sentyabr ayının ikinci həftəsində 10 gün boyunca açıq qapı təşkil edildi. Mütəxəssislərdən bina qurluşunun təhlükəsizliyini diaqnoz etmələri və vətəndaşlar üçün ilkin turların keçirilməsi istəndi. Binanın ilk halı təhlükəli idi və uğursuz bir tikinti var idi amma müsbət qiymətləndirmə aldı. Bundan sonra bina Lotte E&C onu bərpa etdi və 2016-cı ildə təhlükəsizlik və seysmik müqavimət üçün yaxşı dizayn edildi.
Mərtəbə yerləşməsi MərtəbəİstifadəZirzəmi 5–6 mərtəbəAvtodayanacaq, Enerji mərkəzi,Elektrik otağıZirzəmi 3–4 mərtəbəAvtodayanacaqZirzəmi 2 mərtəbəSky Seul liftə giriş, avtodayanacaq, sərgi zalıZirzəmi 1 mərtəbəSky Seul liftə giriş, Residence Lobby, Lotte World Tower Fəlakətlərin Qarşısının Alınması Mərkəzi, Ticarət Mağazası1-ci mərtəbəLobi, Angelinus Kafe2-ci mərtəbəOfis lobbisi3–4-cü mərtəbəMaşın (mexanizm) otağı, anbar5-ci mərtəbəLotte informasiya obyekti6-cı mərtəbəFitnes mərkəzi7-ci mərtəbəLotte Muzeyi8–9-cu mərtəbəLotte Duty10–11-ci mərtəbəSağlamlıq mərkəzi12-ci mərtəbəKEB Hana Bank Lotte Dünya Tower Maliyyə Mərkəzi Şöbəsi13-cü mərtəbəMaşın (mexanizm) otağı14-cü mərtəbəLotte Kimyəvi, Lotte MSC Seul Ofisi15–16-cı mərtəbəLotte Kimyəvi17–18-ci mərtəbəOfis19-cu mərtəbəOfis20-ci mərtəbəOfis21-ci mərtəbəMaşın (mexanizm) otağı22-ci mərtəbəTəhlükəsizlik zonası23-cü mərtəbəMaşın (mexanizm) otağı24–30-cu mərtəbəYükseltilmiş Prime Office31-ci mərtəbəSky 3132–38-ci mərtəbəBaş ofis, Cardex (37-ci mərtəbə)39-cu mərtəbəMaşın (mexanizm) otağı40-cı mərtəbəTəhlükəsizlik zonası41-ci mərtəbəMaşın (mexanizm) otağı42–43-cü mərtəbəSIGNIEL orta mərtəbə yaşayış, sağlamlıq klubu, qolf , qonaq otağı44–58-ci mərtəbəSIGNIEL orta mərtəbə yaşayış59-cu mərtəbəMaşın (mexanizm) otağı60-cı mərtəbəTəhlükəsizlik zonası61–67-ci mərtəbəSigniel çoxmərtəbəli yaşayış68–71-ci mərtəbəSigniel çoxmərtəbəli yaşayış72–75-ci mərtəbəMaşın (mexanizm) otağı76–78-ci mərtəbəSigniel Ziyafət Zalı79–80-ci mərtəbəSIGNIEL Sky Lobbi81–82-ci mərtəbəSIGNIEL restoranı83-cü mərtəbəTəhlükəsizlik zonası84-cü mərtəbəMaşın (mexanizm) otağı85-ci mərtəbəKoreyanın ən yüksək mərtəbəsində qapalı hovuz, fitness mərkəzi, sauna86-cı mərtəbəSpa87–101-ci mərtəbəSigniel Otel Otaqları102-ci mərtəbəTəhlükəsizlik zonası103–106-cı mərtəbəMaşın (mexanizm) otağı107-ci mərtəbəŞəxsi ofis, lobbi, yemək yeyə, ictimailəşə və istirahət edə biləcəyiniz restoran (Signiel Club)108–113-cü mərtəbə(PREMIER 7)114-cü mərtəbə(PREMIER 7)115–116-cı mərtəbəMaşın (mexanizm) otağı117-ci mərtəbə(Seul Sky) Giriş Mərtəbə, Mənzərə müşahidə Mərtəbəsi118-ci mərtəbəMüşahidə (Seul Sky)119-cu mərtəbəSeul Sky, SKY DOSTLAR CAFE120-ci mərtəbəSeul Səması Mərtəbəsi, Səma Teras121-ci mərtəbəSeul Sky Çıxış Mərtəbəsi, Məhsul Mağazası122-ci mərtəbəSeoul Sky Cafe, Angelinus123-cü mərtəbəPremium Lounge Bar (Salon 123, yerdən 500 m yuxarıda)
Qalereya
İstinadlar
Kateqoriya:Seul