Fate/stay night: Heaven's Feel III. spring song () – Ufotable studiyası tərəfindən Tomonori Sudonun rejissorluğu və Akira Hiyamanın ssenaristliyi ilə 2020-ci ildə istehsal olunmuş fentezi anime filmi. "Fate/stay night" vizual romanının üçüncü və sonuncu hekayəsindən bəhs edən "Heaven's Feel" film trilogiyasının üçüncü və sonuncu filmidir. Əvvəlki filmlərdə Müqəddəs qədəh döyüşündən kənar qalan Şiro Emiya Müqəddəs qədəhin bir parçası olduğu məlum olan və qaranlıq tərəfini üzə çıxaran Sakura Matonu xilas etməyə çalışır.

Filmin Yaponiyada premyerası 28 mart 2020-ci ildə planlaşdırılsa da, koronavirus pandemiyasına görə 15 avqust 2020-ci ildə baş tutmuşdur.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:2020-ci ilin anime filmləri Kateqoriya:Yaponca filmlər Kateqoriya:Aniplex Kateqoriya:Yuki Kaciuranın anime filmi musiqiləri Kateqoriya:Videooyunlara əsaslanan anime filmləri Kateqoriya:Fentezi anime və manqaları Kateqoriya:Fate/stay night Kateqoriya:Fövqəltəbii anime və manqaları Kateqoriya:Ufotable Kateqoriya:Yaponiyanın fentezi filmləri Kateqoriya:COVID-19 pandemiyasına görə çıxarılması təxirə salınmış filmlər Kateqoriya:2004-cü il haqqında filmlər