Milli Həmrəylik Partiyası və ya qısaca MHP — 1992-ci ildə Demokratik Azərbaycan Dünyası Partiyası adı ilə Məmməd Əlizadə tərəfindən yaradılan, 2020-ci ildə adı Milli Həmrəylik Partiyası olaraq dəyişdirilən, 2023-cü ildə özünü buraxmış siyasi partiya. Sədri Əlisahib Hüseynovdur.

Tarixçə

Demokratik Azərbaycan Dünyası Partiyası (1992–2020) 2008-ci ilin sentyabr ayının 23-də Böyük Millət Partiyası DADP-a birləşmiş, BMP sədri Samir Adıgözəlli DADP sədr müavini təyin edilmişdir, lakin 2009-cu ildə partiya daxili münasibətlər gərginləşmiş, Samir Adıgözəlli istefa verərək BMP-ni bərpa edib.

2013-cü ildə prezident seçkilərində namizəd qalmaqalı səbəbilə növbədənkənar qurultay keçirilmiş və bu qurultay partiyanı iki qola bölmüşdür : Fatma Əliyeva sədrliyində Əlisahib Hüseynov sədrliyində

2014-cü ildə Fatma Əliyevanın sədrlik etdiyi qol dağılmış və üzvləri Əlisahib Hüseynovun sədrlik etdiyi partiyaya birləşmişdir.

Milli Həmrəylik Partiyası (2020–2023) 23 avqust 2020-ci ildə DADP-ın VI (onlayn) qurultayında partiyanın adı Milli Həmrəylik Partiyası olaraq dəyişdirildi. Partiya sədri isə yenidən Əlisahib Hüseynov seçildi.

9 iyun 2023-cü ildə Milli Həmrəylik Partiyası özünü buraxdığı haqda bəyanat yaymışdır.

Rəhbərlik Partiyanın qurucusu və ilk sədri Məmməd Əlizadə olmuşdur. Məmməd Əlizadə 22 iyun 2012-ci ildə vəzifəsindən istefa vermiş, sədr səlahiyyətləri isə müvəqqəti olaraq Mirkazım Seyidova həvalə olunmuşdur. Mirkazım Seyidov 15 gün partiyaya sədrlik etmişdir. 2013-cü ildən partiyanın sədri Əlisahib Hüseynovdur.

Seçkilərdə 2008-ci il prezident seçkilərində partiya namizəd İlham Əliyevi dəstəkləyib. 2005-ci il parlament seçkilərində 57 namizəd irəli sürülsə də, bunlardan heç biri seçilməyib. 2009-cu il bələdiyyə seçkilərində 300 nəfər namizədliyini versə də, bələdiyyə üzvlüyünə 3 nəfər seçilib.

2013-cü ildə partiya prezidentliyə Mehriban Əliyevanın namizədliyini irəli sürmək təşəbbüsü ilə çıxış etsə də, daha sonra İlham Əliyevin namizədliyini dəstəkləmişdir.

Parlament SeçkiSədrMajoritarProporsionalCəmiSəs%MandatSəs%Mandat1995 Məmməd Əlizadə 2000 0.262005 2010 11 110 0.46 2015 Əlisahib Hüseynov 3 230 0.112020

Bələdiyyə Seçki Sədr Səs Bələdiyyə üzvü # % ± 1999 Məmməd Əlizadə 2004 2009 2014 Əlisahib Hüseynov 2019

Qeydlər

İstinadlar

Mənbə Tahirə Allahyarova, Fərhad Məmmədov. Azərbaycanda siyasi partiyalar: seçkidən seçkiyə. Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi. Bakı: 2010, səh. 130–131.

Kateqoriya:Azərbaycandakı siyasi partiyalar Kateqoriya:1992-ci ildə yarananlar Kateqoriya:2023-cü ildə ləğv olunan siyasi partiyalar Kateqoriya:1992-ci ildə Azərbaycanda yarananlar