Anil Ramkişan Ratod () — Hindistan diplomatı, Maharaştra Qanunverici Məclisinin üzvü. (1990 – 5 avqust 2020)

Həyatı Anil Ramkişan Ratod 1956-cı ildə Mumbayda anadan olmuşdu.1990-cı ildə Maxaraştradan və Əhmədnaqardan Maharaştra Qanunverici Məclisinə üzv seçildi. O, bu məclisə üzv seçiləndə Şiv Sena Partiyasının üzvü idi. 2-ci çağırış məclis üzvü olanda o, Maxaraştranın dövlət naziri oldu. 2 il bu vəzifəni icra etdi. 2009-cu ilə qədər məclisin üzvü olan Anil Ratod bir müddət fasilədən sonra yenidən məclis üzvü seçildi. Ömrünün sonuna qədər Maharaştra Qanunverici Məclisinin üzvü oldu.

Ölümü Anil Ramkişan Ratod 5 avqust 2020-ci ildə Mumbaydakı iqamətgahında ürək tutmasından qəfil vəfat etdi. Sabiq nazir Mumbayda dəfn olundu.

İstinadlar

Kateqoriya:Ürək tutmasından ölənlər Kateqoriya:Hindistan diplomatları Kateqoriya:Nazirlər