Ketlin Osmond () — Kanadanı təmsil edən fiqurçu. Ketlin Osmond 2014-cü ildə Rusiyanın Soçi şəhərinin ev sahibliyində baş tutan XXII Qış Olimpiya Oyunlarında gümüş medal (Komanda), 2018-ci ildə Cənubi Koreyanın Pxençxan şəhərinin ev sahibliyində baş tutan XXIII Qış Olimpiya Oyunlarında isə qızıl (Komanda) və bürünc (Fərdi) medallara sahib olub. Osmond həm də 2018-ci ildə İtaliyanın Milan şəhərində baş tutan Dünya Çempionatının qalibi olub. Bununla da o, 1965-cı ildə Petra Burhanın Dünya Çempionatının qalibi olmasından 45 il sonra bu uğura sahib olan növbəti Kanada idmançısı olub.
Ketlin Osmond 2017–2018-ci illər mövsümündə ISU Qran-Pri Finalının bürünc medalına sahib olub. 2016-cı ildə Çin Qran-Prisinin gümüş, 2017-ci ildə Fransa Qran-Prisinin bürünc, 2012 və 2017-ci illərdə Kanada Qran-Prisinin qızıl, 2016-cı ildə isə Kanada Qran-Prisinin gümüş medallarına sahib olan Ketlin Osmond "Autumn Classic", "Finlandia Trophy" və "Nebelhorn Trophy" yarışlarının da qalibi olub.
Ketlin Osmond həm də 2013, 2014 və 2017-ci illərdə Kanada Çempionatının qızıl medallarına sahib olub.
Karyerası ərzində 37 yarışa qatılan Ketlin Osmond onların 11-də qızıl medal, 6-da gümüş medal, 6-da isə bürünc medal qazanıb. O, 2014-cü ildə Kanadanın "Nyufaundlenda və Labradora" ordeni ilə təltif edilib.
Həyatı Ketlin Osmond 1995-ci il noyabrın 5-də Nyufaundlend və Labrador əyalətinin Meristoun şəhərində anadan olub. Üç yaşından idmanla məşğul olmağa başlayan Ketlin Osmond 2008–2009-cu illər mövsümündə uşaqlar arasında Kanada Çempionatının qalibi olub.
"Ice Palace FSC"-də məşq edən Ketlin Osmondun məşqçisi Ravi Valiyadır. Məhz onun məşqçiyi altında Ketlin Osmond ciddi uğurlara imza atıb.
Karyerası
2009–2010-cu illər: Gənclərin Kanada Çempionatında bürünc medal Ketlin Osmond 2010-cu ilin 10–18 yanvarında Onratio əyalətinin London şəhərində baş tutan gənclər arasında Kanada Çempionatında mübarizə apardı. Qısa proqramda 42.32 balla beşinci pillənin sahibi olan Ketlin Osmond sərbəst proqramda 72.30 balla üçüncü pillənin sahibi oldu. Bununla da o, ümumi nəticədə 114.62 balla 18 idmançı sırasında üçüncü pillənin sahibi oldu və gənclər arasında Kanada Çempionatının bürünc medalına sahib oldu.
2010–2011-ci illər: Gənclərin Qran-Prisində debüt alt=|thumb|240x240px|Ketlin Osmond 2012-ci il gənclərin Dünya Çempionatında|right Ketlin Osmond 2010–2011-ci illər mövsümündə gənclər arasında ISU Qran-Pri yarışının Yaponiya və Çexiya mərhələlərində mübarizə apardı. Əvvəl o, 22–26 sentyabrda Yaponiyanın Karuizava şəhərində baş tutan gənclər arasında ISU Yaponiya Qran-Prisində mübarizə apardı. Ketlin Osmond qısa proqramda 40.78 balla 9-cu, sərbəst proqramda isə 70.94 balla 8-ci pillənin sahibi oldu. Bununla da o, ümumi nəticədə 111.72 balla ISU Yaponiya Qran-Prisini onuncu pillədə başa vurdu.
Daha sonra isə Ketlin Osmond Çexiyanın Ostrava şəhərinin ev sahibliyində baş tutan gənclər arasında ISU Çexiya Qran-Prisində mübarizə apardı. O, qısa proqramda 38.96 balla 11-ci, sərbəst proqramda isə 72.94 balla 7-ci pillənin sahibi oldu. Bu minvalla da Ketlin Osmond, ümumi nəticədə 111.90 balla ISU Çexiya Qran-Prisini də onuncu pillədə başa vurdu.
Ketlin Osmond, 2011-ci il 16–24 yanvarında Britaniya Kolumbiyası əyalətində baş tutan gənclər arasında Kanada Çempionatında mübarizə apardı. Qısa proqramda 5-ci pillənin sahibi olan Ketlin Osmond, sərbəst proqramda 8-ci pillənin sahibi oldu. Bununla da o, ümumi nəticədə 108.16 balla 18 idmançı sırasında altıncı pillənin sahibi oldu.
2011–2012-ci illər: Kanada Çempionatında bürünc medal Ketlin Osmond, 2012-ci il 16–22 yanvarında Monston şəhərində baş tutan Kanada Çempionatında mübarizə apardı. Qısa proqramda 56.94 balla birinci pillənin sahibi olan Ketlin Osmond, sərbəst proqramda 98.54 balla dördüncü pillənin sahibi oldu. Bununla da o, ümumi nəticədə 155.48 balla 18 idmançı sırasında üçüncü pillənin sahibi oldu və Kanada Çempionatının bürünc medalına sahib oldu.
26 fevral-4 martda Belarusun ev sahibliyində gənclər arasında Dünya Çempionatı baş tutdu. Ketlin Osmond, qısa proqramda 50.15 balla doqquzuncu, sərbəst proqramda isə 96.10 balla onuncu pillənin sahibi oldu. Bu minvalla da o, gənclər arasında Dünya Çempionatını ümumi nəticədə 146.25 balla 54 idmançı sırasında doqquzuncu pillədə başa vurdu.
2012–2013-cü illər: Kanada çempionluğu alt=|thumb|240x240px|Ketlin Osmond 2013-cü il Kanada Çempionatında|left Ketlin Osmond 2012-ci ilin 26–30 sentyabrda Almaniyanın Oberstdorf şəhərində baş tutan "Nebelhorn Trophy" beynəlxalq yarışında mübarizə apardı. Qısa proqramda 55.68 balla 2-ci, sərbəst proqramda isə 114.52 balla 1-ci pillənin sahibi olan Ketlin Osmond ümumi nəticədə 170.20 balla 22 idmançı sırasında birinci pillənin sahibi oldu və "Nebelhorn Trophy" beynəlxalq yarışının qalibi oldu.
Daha sonra o, Kanadanın Vindzor şəhərində baş tutan ISU Kanada Qran-Prisində mübarizə apadı. Qısa proqramda 60.56 balla, sərbəst proqramda isə 115.90 balla 2-ci pillələrin sahibi olan Ketlin Osmond ümumi nəticədə 176.46 balla 10 idmançı sırasında birinci pillənin sahibi oldu və ISU Kanadan Qran-Prisinin qızıl medalına sahib oldu.
Ketlin Osmond 2013-cü ilin 12–20 yanvarında Ontario əyalətinin Mississoqa şəhərində baş tutan Kanada Çempionatında mübarizə apardı. Qısa proqramda 70.04 balla birinci pillənin sahibi olan Ketlin Osmond sərbəst proqramda 132.30 balla birinci pillənin sahibi oldu. Bununlada o, ümumi nəticədə 202.34 balla 18 idmançı sırasında birinci pillənin sahibi oldu və birinci dəfə Kanada Çempionatının qalibi oldu.
2013-cü ilin 8–12 fevralında Yaponiyanın ev sahibliyində Dörd Qitənin Çempionatı baş tutdu. Ketlin Osmond qısa proqramda 56.22 balla 8-ci, sərbəst proqramda isə 104.16 balla 7-ci pillənin sahibi oldu. Bununla da Ketlin Osmond ümumi nəticədə 160.38 balla Dörd Qitə Çempionatını yeddinci pillədə başa vurdu.
Mövsümün əsas yarışı – 10–18 martda Kanadanın London şəhərində baş tutan Dünya Çempionatı idi. Dünya Çempionatlarında debüt edən Ketlin Osmond, qısa proqramda 64.74 balla dördüncü, sərbəst proqramda isə 112.10 balla onuncu pillənin sahibi oldu. Bununla da Ketlin Osmond, ümumi nəticədə 176.84 balla 35 idmançı sırasında 8-ci pillənin sahibi oldu.
2013–2014-cü illər: Soçi Olimpiadasında gümüş medal Ketlin Osmond, 2013–2014-cü illər mövsümündə ISU Qran-Pri yarışının Kanada və Rusiya mərhələlərində mübarizə aparmalı idi. Əvvəl o, Kanadanın Sent-Con şəhərində baş tutan ISU Kanada Qran-Prisində mübarizə apardı. Ketlin Osmond, qısa proqramda 60.35 balla beşinci pillənin sahibi oldu. Sərbəst proqramda isə o, zədə səbəbilə mübarizə apara bilmədi. Bununla da Ketlin Osmond, ISU Kanada Qran-Prisində mübarizəni dayandırdı. O, həm də 22–24 noyabrda baş tutan ISU Rusiya Qran-Prisində də mübarizə apara bilmədi.
Zədədən sonra Ketlin Osmond, 2014-cü il 8–15 yanvarında Ontario əyalətinin Ottava şəhərində baş tutan Kanada Çempionatında mübarizə apardı. Qısa proqramda 70.30 balla birinci pillənin sahibi olan Ketlin Osmond, sərbəst proqramda 136.94 balla birinci pillənin sahibi oldu. Bununla da o, ümumi nəticədə 207.24 balla 18 idmançı sırasında birinci pillənin sahibi oldu və növbəti dəfə Kanada Çempionatının qalibi oldu. O, həm də 2014-cü ilin fevral ayında baş tutan Soçi Olimpiadasına da vəsiqə qazandı.
2014-cü il Soçi Olimpiadası thumb|240x240px|alt=|Ketlin Osmond 2014-cü il Soçi Olimpiadasında 2014-cü ilin 6–24 fevralında Rusiya Federasiyasının Soçi şəhərinin ev sahibliyində XXII Qış Olimpiya Oyunları baş tutdu. Ketlin Osmond, Soçi Olimpiadasında mübarizə aparacaq Kanada yığmasının heyətinə cəlb edildi. Komandaların yarışı 6–8 fevralda, fərdi idmançıların yarışı isə 18–20 fevralda Olimpiada üçün inşa edilən 12 000 tamaşaçı tutumuna sahib olan "Aysberq" Buz İdman Sarayında baş tutdu.
Fevralın 6-da baş tutan yarışda Patris Çen mübarizə apardı və 10 idmançı sırasında üçüncü pillənin sahibi oldu. Bununla da o, Kanada yığmasına 8 bal qazandırdı. Həmin gün cütlərin yarışında mübarizə aparan Meqan Duhamel və Eri Radford cütlüyü isə 2-ci pillənin sahibi oldu və Kanada yığmasına 9 bal qazandırdı. Fevralın 8-də baş tutan yarışda isə Vertyu və Moir cütlüyü 2-ci pillənin sahibi oldu və Kanada yığmasına 9 bal qazandırdı. Həmin gün qadınların yarışında mübarizə aparan Ketlin Osmond isə 62.54 balla beşinci pillənin sahibi oldu və Kanada yığmasına 5 bal qazandırdı. Qısa proqramdan sonra 10 yığmadan 6–10-cu pillələri tutan yığmalar mübarizəni dayandırdı. Həmin proqramdan sonra Kanada yığması 32 balla 2-ci pillədə idi. Qısa proqramdan sonra yığmalara 2 yarış üzrə idmançıları əvəzetmə hüququ verildi. Kanada yığması isə cütlərin yarışında mübarizə aparan Duhamel və Radford cütlüyünü, Kirsten Mur-Tauers və Dilan Mossoviç cütlüyünə, cənabların yarışında mübarizə aparan Patris Çen isə Kevin Reynolds isə əvəz etdi.
Sərbəst proqram fevralın 8-də və 10-da baş tutdu. Fevralın 8-də cütlərin yarışında mübarizə aparan Moor-Tovers və Mossoviç cütlüyü mübarizə apardılar və 2-ci pillənin sahibi oldular. Bununla da onlar, Kanada yığmasına 9 bal qazandırdı. Fevralın 10-də isə daha üç yarış üzrə mübarizə aparıldı. Kişilərin yarışında çıxış edən Kevin Reynolds da 2-ci pillənin sahibi oldu və Kanada yığmasına 9 bal qazandırdı. Daha sonra isə "Aysberq" Buz İdman Sarayında buzüstünə qadınlar çıxdılar. Ketlin Osmond, növbəti dəfə uğursuz çıxış etdi və onun çıxışı münsiflər heyəti tərəfindən 110.74 balla qiymətləndirildi. O, bu nəticəyə əsasən beşinci pillənin sahibi oldu və o, Kanada yığmasına növbəti dəfə 6 bal qazandırdı. Sonda isə buzüstü rəqs yarışında mübarizə aparan Vertyu və Moir cütlüyü mübarizə apardılar və 2-ci pillənin sahibi oldular. Bununlada onlar, Kanada yığmasına 9 bal qazandırdı. Ümumi nəticədə isə 65 balla Kanada yığması 2-ci pillənin sahibi oldu və Soçi Olimpiadasının gümüş medallarına sahib oldu. Fevralın 10-da baş tutan təltifetmə mərasimində Kanada yığmasına, Soçi Olimpiadasının gümüş medalları təqdim edildi.
Komanda yarışlarından sonra isə fərdi yarışlar baş tutdu. Ketlin Osmond fevralın 18-də baş tutan qısa proqramda 56.18 balla 13-cü pillənin sahibi oldu. 2 gün sonra baş tutan sərbəst proqramda isə 112.20 balla 13-cü pillənin sahibi olan Ketlin Osmond ümumi nəticədə 168.98 balla Soçi Olimpiadasını 13-cü pillədə başa vurdu.
Soçi Olimpiadasından sonra Ketlin Osmond, 24–30 martda Yaponiyanın Saytama şəhərində baş tutan Dünya Çempionatında mübarizə apardı. Qısa proqramda 62.92 balla 8-ci, sərbəst proqramda isə 107.72 balla 13-cü pillənin sahibi olan Ketlin Osmond, ümumi nəticədə 170.64 balla 11-ci pillənin sahibi oldu.
2014–2015-ci illər: Zədə səbəbindən başa vurulan mövsüm Ketlin Osmond 2014–2015-ci illər mövsümündə ISU Qran-Pri yarışının Kanada və Fransa mərhələlərində mübarizə aparmalı idi. Amma o, sentyabrın 11-də məşq zamanı ciddi formada zədələndi və mövsümü vaxtından əvvəl başa vurmalı oldu.
2015–2016-cı illər: Karyeranın uğursuz mövsümü alt=|thumb|240x240px|Ketlin Osmond 2016-cı il Dörd Qitə Çempionatında|left Ketlin Osmond, 2015-ci ilin 24–26 sentyabrda Almaniyanın Oberstdorf şəhərində baş tutan "Nebelhorn Trophy" beynəlxalq yarışında mübarizə apardı. Qısa proqramda 60.68 balla, sərbəst proqramda isə 120.74 balla birinci pillənin sahibi olan Ketlin Osmond, ümumi nəticədə 181.42 balla 16 idmançı sırasında birinci pillənin sahibi oldu və "Nebelhorn Trophy" beynəlxalq yarışının qalibi oldu.
Daha sonra o, Kanadanın Alberta əyalətinin Letbric şəhərində baş tutan ISU Kanada Qran-Prisində mübarizə apadı. Qısa proqramda 64.22 balla 4-cü, sərbəst proqramda isə 86.86 balla 12-ci pillələrin sahibi olan Ketlin Osmond, ümumi nəticədə 152.08 balla 12 idmançı sırasında 11-ci pillənin sahibi oldu.