Kennedi abidəsi () — İsraildə, Yerusəlim yaxınlığındakı Mateh Yehuda Bölgəsində yerləşən, 1963-cü ildə Texasın Dallas şəhərində öldürülən ABŞ-nin 35-ci Prezidenti Con Kennedinin xatirəsinə ucaldılmış abidə. olan abidə, kəsilmiş ağac kötüyünə bənzəyir. Abidənin içərisində isə Kennedinin tunc relyefi, mərkəzdə isə əbədi alov var. Alov, 51 sütunla əhatə olunmuşdur, bu da ABŞ-nin 50 ştatını və Vaşinqtonu ifadə edir. ABŞ ştatlarının gerbləri (və Kolumbiya dairəsi) sütunların hər birində göstərilir, sütunlar isə incə şüşəli panellərlə ayrılır. Hal-hazırda abidəni eyni anda 100 nəfər ziyarət edə bilər. Abidə 1966-cı ildə Amerika yəhudi icmalarının bağışladığı vəsait ilə inşa edilmişdir.

Kennedi abidəsi və ona bitişik gəzinti yerləri Kennedi Sülh Meşəsinin bir hissəsidir.

Adı İsraildə bir sıra abidələr üçün (məşhur Holokost xatirə muzeyi Yad Vaşem də daxil olmaqla) istifadə olunan yad sözü Yeşaya Kitabının 56-cı fəsli, 5-ci ayədən gəlir: "Evimdə və divarlarımda onlara bir xatirə və bir ad verəcəyəm"

Yeri Abidə Yerusəlimdən 7 mil (11 km) uzaqlıqda, Hadassa Xəstəxanası ilə eyni istiqamətdə, Yerusəlim təpələrinin ən üstündə, 825 metr (2,707 fut) yüksəklikdə yerləşir. Abidəyə ən yaxın şəhər isə İordan çayının qərb sahilində yerləşən Betar şəhəridir. Aydın bir gündə Aralıq dənizini Təl-Əviv istiqamətindən görmək olar; 40 mil (64 km) məsafədədir.Hill, Leonard. "Israel's memorial to JFK", European Stars and Stripes, 27 June 1969. Abidəyə Ora və Aminadav rayonlarını keçməklə də gəlmək olar. Yerusəlim şəhər avtobusunun ən yaxın olduğu 20 nömrəli ən yaxın əsas yoldan təxminən 45 dəqiqəlik məsafədədir, baxmayaraq ki, xüsusi tur avtobusları adətən qrup ziyarətləri üçün istifadə olunur."Warren to talk to 2000 today at Kennedy Memorial in Israel" (PDF). The New York Times. 4 July 1966. Retrieved 8 September 2012.

Tarixi thumb|Daxildən, əbədi alov və dövlət möhürləri ilə bəzədilmiş sütunlar Amerika Yəhudi Milli Fondunun prezidenti olan Maks Bressler 1964-cü ildə Kennedinin xatirəsi üçün Yerusəlimdə bir abidə lahiyələşdirməyi təklif etdi. (pay per view)

Vəsaitin toplanması 13 yanvar 1964-cü ildə Pensilvaniya ştatının keçmiş qubernatoru Corc Maykl, Kennedi abidəsinin inşa edilməsi üçün yaxınlarda müəyyən vəsaitin toplanacağını elan etdi. O, bildirdi ki, vəsaitin tez toplanması üçün, hər bir ştatda, habelə xarici ölkələrdə əlavə komitələr yaradılacaqdır. 22 Noyabr 1964-cü ildə, sui-qəsdin ilk ildönümündə, Yəhudi Milli Fondu, ABŞ-dəki böyük yəhudi icmalarında bu məsələ ilə bağlı görüş tətbiq etdi.

Amerikan icmaları, xatirə üçün vəsaitdən əlavə meşədə ağac əkilməsini maliyyələşdirməyə söz verdilər. Məsələn, 1965-ci ilin iyul ayında Kaliforniya ştatının Los-Anceles icması, Yəhudi Milli Fondu tərəfindən maliyyələşdirilən 1000-dən çox hökumət, birlik və idarə rəhbərlərinin qatıldığı ziyafətdə 100.000 ağac əkilməsini vəd etmişdi.

Açılış thumb|right|250px|Yad Kennedi abidəsinin önündəki lövhə Amerika inqilabının baş verdiyi 4 iyulda, İsrail və Amerika Birləşmiş Ştatları hökumətlərini təmsil edən bir çox rəsmi qonaq da daxil olmaqla 2000-ə yaxın insan, yüzlərlə turist, amerikalı tələbələr, israillilər ilə birlikdə açılışın şahidi oldu.

İsrailin bir uşaq qrupu ABŞ və İsrail himnini çalmışdı.

Qonaqlar arasında Kennedinin qətlini araşdıran ABŞ-nin baş rəisi Erl Uarren də vardı. Digər qonaqlar arasında İsrailin Baş naziri Levi Eşkol, Yerusəlim meri Teddi Kollek və Birləşmiş Ştatların İsraildəki səfiri Uoluort Barbur da var idi.

Abidəni gördükdən sonra ABŞ-nin baş rəisi Uarren qeyd etmişdi: Bu açılışı sadəcə ABŞ-nin Müstəqillik günündə deyil, İsrailin və digər azad dövlətlərin şərəfinə edirik. Burada olmaq çox böyük şərəfdir, çünki bura, insanların Tanrının övladları olduğu və üç dinin yarandığı məkandır.

İsrailin Baş naziri Eşkol da çıxış edərək Kennedinin xatirəsinin burada inşa edilməsi ilə Amerika-İsrail diplomatik əlaqələrinin gücləndiyini söyləmişdi.

Amerikanın İsraildəki səfiri Uoluort Barbur çıxış edərək: "Bir xalq dövləti yaradan şəxsiyyətlə deyil, dövləti fərqləndirən şəxsiyyətlə fəxr edir. Yəhudi Milli Fondu özlərini şərəfləndirir, İsrail üçün etdikləri işlər qazandıqları şöhrətdən də üstündür." demişdi.

Yəhudi Milli Fondunun prezidenti Yakob Tsur xatirəni tərifləyərək: "Abidə bir gün böyük bir meşəyə dönəcək minlərlə fidanın arasında olan qüdrətli bir ağacı xatırladır." demişdi.

Dizayn thumb|left|150px|Abidədə yerləşən Kennedinin bürünc heykəli Yad Kennedi 1995-ci ildə memarlıq sahəsində İsrail mükafatını qazanan, Braziliyada doğulan İsrail memarı David Resnik və Ukrayna əsilli İsrail heykəltəraşı Dov Feygin tərəfindən tərtib edilmişdir. Feygin Kennedinin büstünü və Kennedinin bir sıra çıxışlarından parça daxil edilmiş bir xatirə divarı yaratmışdı. Resnik, abidənin "həyatı sui-qəsdlə sona çatdırılan böyük şəxsiyyəti simvollaşdırmaq üçün nəzərdə tutulduğunu" söyləmişdi.

Resnik, ümummilli yarışmadan sonra xatirə dizaynına görə mükafat ilə təltif edildi. Dizayner kəsilmiş ağac formasında olan abidəni Kennedinin həyatına bənzədirdi.

Hal-hazırda Kennedinin relyefi və əbədi alovdan əlavə, Kennedinin öldürüldüyü vaxta qədər İsrail-Amerika münasibətləri mövzusuna aid sənədlər və fotoşəkillər kiçik bir kitabxanada saxlanılır.

1974-cü ildə ziyarətçilər üçün açıq olan abidənin ətrafına gəzinti yeri əlavə edildi.

Kennedi Sülh Meşəsi thumb|right|150px Kennedi Sülh Meşəsi, Kennedinin sui-qəsdinin 1-ci ildönümündə, 22 noyabr 1964-cü ildə açılışdan əvvəl yaradılmışdı.

1966-cı ilin iyun ayında Yəhudi Milli Fondunun vəzifəli şəxsləri, daha 1,5 milyon ağacın əkildiyini elan etdilər.Daha sonra meşəyə bitişik olan ABŞ Azadlıq Meşəsinə də daha 2 milyon ağac əkilməsi ilə iki meşədəki ağacın sayı 5,5 milyona çatdı. Kennedi meşəsi üçün 100,000 şəxsdən 3 mln. ianə toplanmışdı.

1968-ci ilin iyun ayında Yəhudi Milli Fondu həmin ayın 6-da öldürülən Kennedinin qardaşı Robert Kennedinin xatirəsinə, meşəyə daha 500,000 ağacın əkiləcəyini elan etdi. 1999-cu ildə Fond, təyyarə qəzasında həlak olan Con Kennedinin oğlu, və oğlunun həyat yoldaşının xatirəsinə yenidən ağac əkiləcəyini açıqladı.

1989-cu ilin aprelində bir meşə yanğını (ehtimal edilir ki, qəsdən törədilib) meşədəki təxminən təxminən 3000 ağacı (8 hektar) məhv etdi.

Ağacların əkilməsi Digər ölkələrdən gəlmiş hörmətli ziyarətçilərin ağac əkdiyi VIP Yad Kennedi ağac əkmə mərkəzi, abidənin ərazisinə daxil edilmişdir. 1978-ci ildə Kennedinin dul həyat yoldaşı Jaklin Kennedi, burada ağac əkmişdi. Abidəni ziyarət edib ağac əkənlərin arasında Ted Kennedi (Kennedinin qardaşı) (subscription required), Coan Kennedi (Ted Kennedinin ilk həyat yoldaşı), Robert Kennedinin oğlu və qızı var idi.2001-ci ildə Robert Kennedinin qızı Katlen Kennedi, Merilend leytenantı, Katlen Kennedinin həyatı yoldaşı və dörd qızından üçü Yad Kennedini ziyarət etmişdi.Bardenstein, Carol B. "Trees, Forests, and the Shaping of Palestinian and Israeli Collective Memory" , in Acts of Memory: Cultural recall in the present, Mieke Bal, Jonathan V. Crewe, and Leo Spitzer, eds. 1999: University Press of New England, p. 162. .

Tu Bişvat bayramında yəhudilər əsasən abidə ətrafında ağac əkirlər.Həmçinin bayram ərəfəsində 4000-ə qədər israilli məktəbli ağac əkmək üçün Kennedi Sülh Meşəsinə gəlmişdi.

Qalereya

İstinadlar

Kateqoriya:İsrailin görməli yerləri Kateqoriya:Qüds tikililəri