Egina ( — "Keçi adası") — Saronikos körfəzində Arqolida və Attika arasındaki ada. 2011-ci il siyahıyaalınmasına əsasən, əhalisi 13,056 nəfər idi.
Coğrafiyası Adanın sahəsi 77,014 kvadrat kilometrə bərabərdir. Səliqəli becərmə zamanı daşlı və quru torpaq arpa, əncir, badam, zəngin üzüm və zeytun yığımı məhsulunu verirdi. Ən bərəkətli bölgə adanın qərb sahilindəki düzənlik idi ki, eyni adlı Egin şəhərini əhatə edirdi. Qərb sahillərində isə rahat ticarət və hərbi liman tikilmişdir. Pireya limanından Egina limanına məsafə 11,5 dəniz milinə bərabərdir.
Əhalisi ГодОбщина, человек199120012011
Görkəmli şəxsləri Aristidis Moraytinis (1891–1918) — yunan aviasiyasının pionerlərindən biri, 1912–1913-cü illərdəki Balkan müharibələrinin iştirakçısı, hərbi dəniz aviasiyasının ilk uçuşunun iştirakçısı, Birinci Dünya müharibəsinin yeganə yunan ası (9 qələbə).
İstinadlar
Ədəbiyyat
Xarici keçidlər
Kateqoriya:Egina adası Kateqoriya:Saronikos adaları Kateqoriya:Attika Kateqoriya:Qədim Yunanıstan Kateqoriya:Egey dənizi adaları Kateqoriya:1911-ci ilin Britannica Ensiklopediyasına istinad edilən Vikipediya məqalələri