Adətən Denis Silva və ya Denis kimi tanınan Denis Silva Kruz (28 dekabr 1985-ci il təvəllüdlü) — Rio Branko-ES-də müdafiəçi mövqeyində oynayan Braziliyalı peşəkar futbolçu.

Karyerası Denis peşəkar karyerasına 2006-cı ildə "İmperatriz" klubunda başladı. Bir mövsüm bu klubda forma geyinən Denis, 2007/08 mövsümü üçün "Qama" futbol klubuna transfer olundu.

2008-ci ildə klubla yollarını ayırdı və Lənkəranın Xəzər klubuna transfer olundu. 2010-cu ilə qədər Azərbaycan klubunda forma geyinən Denis, komandası üçün keçirdiyi 42 oyunda 3 qolla yadda qaldı.

2010-cu ildə komandadan ayrılaraq "Qremio Barueri" klubuna keçdi və klubda 12 oyun keçirdi.

Qısa müddət ərzində Braziliyadan yenidən Azərbaycana qayıdan Denis, bu dəfə "Neftçi" klubunda forma geyindi. "Neftçi" ilə UEFA Çempionlar Liqasının 2011/12 mövsümünün təsnifat mərhələsində, Dinamo Zaqreb klubuna qarşı keçirilən ilk matçda start heyətində yer aldı. Ardıcıl 2 mövsüm ərzində Bakı klubunda forma geyinən Denis, 59 oyunda iştirak etdi və 2 qol vurmağı bacardı. 2012-ci ildə klub onu, Braziliyaya icarəyə göndərdi, bu 2010-cu ildə Denisin formasını geyindiyi "Qremio Barueri" klubu idi.

2013-cü ildə yenidən "Neftçi"yə qayıdan braziliyalı futbolşu komandası üçün 58 oyunda 4 qol vurmağı bacardı. UEFA Avropa Liqasının 2014/15 mövsümünün təsnifat mərhələsində, Belqrad şəhərində keçirilən "Partizan"- "Neftçi" matçnda (3ː2), 10 və 17-ci dəqiqələrdə Neftçi üçün vacib iki qol vursa da, oyunun 29-cu dəqiqəsində avtoqola məyus olmuşdur. Bakıda keçirilən cavab matçında isə (1ː2) komandasının vurduğu tək qolun asistini vermişdir.https://www.google.com/search?safe=active&sxsrf=ALeKk01RR09IabFN_CoDb7wS2yMfp9_jQQ%3A1595224981671&ei=lTMVX_rDKI6WmwWQ3IuoBQ&q=Partizan+vs+Neftchi+Baku&oq=Partizan+vs+Neftchi+Baku&gs_lcp=CgZwc3ktYWIQA1DJR1jxV2CgXGgAcAB4AIABvAyIAe8vkgELNC0xLjIuMC4yLjGYAQCgAQGqAQdnd3Mtd2l6&sclient=psy-ab&ved=0ahUKEwi64vmSlNvqAhUOy6YKHRDuAlUQ4dUDCAw&uact=5#sie=m;/g/11ggrl0vdk;2;/m/01hrtp;dt;fp;1 ;; "Neftçi" karyerasında 3 dəfə Azərbaycan çempionu, 2 dəfə Azərbaycan Kubokunun qalibi olmuşdur.

2015-ci ildə "Neftçi"ni tərk edərək, o vaxtlar "İnter Bakı" adlanan, indiki "Keşlə" klubuna transfer olundu. 2017-ci il aprelin 2-də keçirilən "Keşlə" — "Şüvəlan" (AZAL) matçında qol vuraraq komandasına 3 xal qazanmaqda köməklik göstərmişdi. Azərbaycan Premyer Liqasında son qolu isə 2018-ci ilin oktyabrın 28-də, "Səbail" ilə səfər məğlubiyyətində qeydə alınmışdı. "Keşlə" ilə 112 oyun keçirərək 5 qola imza atan Denis, klub ilə 2017/18 mövsümündə Azərbaycan Kubokunuda qazanmağı bacardı.

2020-ci ildə Braziliyaya qayıdan oyunçu, Sao Kaetano ardınca isə doğma klubu Rio Branko ilə müqavilə imzaladı.

Uğurları

Klub karyerası Neftçi Bakı Azərbaycan Premyer Liqası Çempion (3): 2010/2011, 2011/2012, 2012/2013 Azərbaycan Kuboku Çempion (2): 2012/2013, 2013/2014 Gümüş medal (2): 2011/2012, 2014/2015 Azərbaycan Superkuboku Gümüş medal (1): 2013/2014 Keşlə Azərbaycan Kuboku Çempion (1): 2017/2018 Xəzər Lənkəran Azərbaycan Kuboku Gümüş medal (1): 2009/2010

İstinadlar

Kateqoriya:Neftçi PFK futbolçuları Kateqoriya:Şamaxı FK futbolçuları Kateqoriya:Xəzər-Lənkəran FK futbolçuları Kateqoriya:Legioner Braziliya futbolçuları Kateqoriya:Braziliyanın kişi futbolçuları Kateqoriya:Futbol mərkəz müdafiəçiləri Kateqoriya:Azərbaycanda legioner futbolçular Kateqoriya:Azərbaycandakı əcnəbi kişi futbolçular Kateqoriya:Azərbaycan Premyer Liqası futbolçuları