Kyonqido () — Koreya Respublikasının şimal qərbində yerləşən əyalət. Seul və İnçon şəhərləri ilə əhatə olunmuşdur. Şərqdən Qanqvon-do, qərbdən Sarı dəniz, cənubdan Çunqçonqnam-do ilə əhatə olunmuş, şimalda isə Koreya Xalq Demokratik Respublikası ilə həmsərhəddir. Əyalətin paytaxtı Suvon şəhəridir, Iycoqnbu şəhərində isə Kyonqido əyalətinin Şimal Bürosu təsis edilmişdir.

Tarixi Kyonqido e.ə 18-ci ildən, Koreyanın Üç Krallıq dövründə üç hissəyə bölündüyü dövrdən başlayaraq siyasi əhəmiyyətli bir əyalət idi. E.ə 18-ci ildə Han Çayı hövzəsində Bekçenin əsası qoyulduqdan sonra 4 əsrin sonuna qədər Bekçenin mərkəzi funksiyasını yerinə yetirmişdir. 396-cı ildə Qoquryo Bekçeyə hücum edib Han çayının şimalını işğal etdi. 475-ci ildə isə Han çayının cənubu da işğal edildikdən sonra Kyonqidonun böyük bir hissəsi Qoquryonun hakimiyyəti altına keçdi. Bekçenin (Üç Krallıqdan biri) banisi Kral Onco Hanamın Viryesonq ərazisində hökumətin əsasını qoyduqdan sonra Han Çayı vadisi 5-ci əsrin ortalarında Qoquryonun bir parçası oldu və 553-cü ildə (Kral Cinhınqın hakimiyyətinin 14-cü ili) Şillanın ərazisinə çevrildi. 9-cu əsrin sonlarında Şilla krallığı hərc-mərcliyə düçar olar-olmaz Kyonqidonun müxtəlif yerlərində adlı-sanlı ailələr önə çıxmağa başladı və 898-ci ildə Gung Ye Kyonqidonun bütün ərazisində bu xaosu yatırdı. Gung Ye tərəfindən əsası qoyulan Tebonq dövlətinin paytaxtı isə Songak oldu. 918-ci ildə Songakın güclü ailələrindən olan Vang Geon Gung Yeni taxtdan salıb Qoryo dövlətinin əsasını qoydu. Kyonqido Qoryonun mərkəzi ərazisi olaraq inkişaf etməyə Kral Teconun paytaxtı Kesona köçürməsi ilə başladı.1018-ci il (Qoryo kralı Hyonconqun hakimiyyətinin 9-cu ili)dən etibarən bu ərazi rəsmi olaraq "Gyongi" adlandırıldı.

Qoryodan sonra əsası qoyulan Coson sülaləsi dövründə Kral Teco Hanyanqı paytaxt olaraq təyin etdi və Kyonqido ərazisini yenidən quraraq cənub-şərq bölgəsi ilə birlikdə Qvanqcu, Suvon, Yocu və Ansonqu da onun tərkibinə daxil etdi. Kral Teconq və Böyük Kral Seconqun dövründəki Gyongi regionu indiki Kyonqido əyalətinin inzibati ərazisinə çox bənzəyir.

1895-ci ildə inzibati əraziləri yenidən nizamlayan 23-Bu (hissə, bölmə) sistemi tətbiq edildi. Gyongi bölgəsi Hansonq (müasir Seul ərazisi; Hanseong-bu; 한성부; 漢城府), İnçon (Incheon-bu; 인천부; 仁川府), Çunqcu (Chungju-bu; 충주부; 忠州府), Qonqcu (Gongju-bu; 공주부; 公州府) və Keson (Kaesong-bu; 개성부; 開城府) ərazilərinə bölündü.

thumb|Kyonqido əyalətinin xəritəsi Yapon işğalı dövrü thumb| Yapon işğalı dövründə Kyonqido Hökumət Binası

1910 Oktyabrın 1-i Coson sülaləsinin paytaxtı olmuş Hansonq Kyonqidoya köçürülərək adı Gyonqsonq olaraq dəyişdirildi, Hökumət Binası Qvanqhvamunun qarşısında təsis edildi.조선총독부령 제6호 (1910년 10월 1일 공포) 참조. 1914-cü ildə İnzibati ərazilərin unifikasiyası iləBupyeong-gun, Yangji-gun, Juksan-gun, Eumju- gun, Ansan-gun, Gwacheon-gun, Gyoha-gun, Jeokseong-gun, Pungdeok-gun, Majeon-gun, Saknyeong-gun, Yeongpyeong-gun, Yangcheon-gun, Namyang-gun və Gyodong-gun, Bucheon-gun, Tongjin- gun və Pyeongtaek-gun ləğv edilib başqa rayonların tərkibinə daxil edildi və ya inteqrasiya edildi. Yeni əsası qoyulan ərazi isə Buçon-gun oldu. 1936-cı il Aprelin 1-i Goyang-gun Yonggang-myeon, Yeonhui-myeon, Hanji-myeonun bütün ərazisi ilə Soongin-myeonun bir hissəsi, Eunpyeong-myeonun bir hissəsi, Siheung-gun Yeongdeungpo-eupun bütün ərazisi, Buk-myeonun bir hissəsi, Dong-myeonun bir hissəsi Gyonqsonqa köçürüldü. 1938-ci ildə Gyeonggi-donun Jinvi-gun ərazisinin adı Pyeongtaek-gun olaraq dəyişdirildi. 1940-cı ildə Bucheon-gun Munhak-myeon və s. İnçxona köçürüldü.

Əhalisi

İllik əhali artımı İlƏhali sayıQeyd1925-ci il1,889,899 nəfər1930-cu il2,231,367 nəfər1935-ci il2,528,834 nəfər1940-cı il2,715,746 nəfər1945-ci il2,974,135 nəfər1950-ci il2,648,688 nəfər1949-cu ildə Seul əhalisinin sayında azalma1953-cü il1,758,858 nəfərKoreya müharibəsi ilə əlaqədar ortaya çıxan çoxsaylı qaçqın problemi1955-ci il2,353,407 nəfər1960-cı il2,745,620 nəfər1965-ci il3,050,695 nəfər1970-ci il3,354,787 nəfər1975-ci il4,034,943 nəfər1980-ci il4,928,431 nəfər1985-ci il4,772,845 nəfər1981-ci ildə İnçon əhalisinin sayında azalma1990-cı il6,137,227 nəfər1995-ci il7,640,078 nəfər1995-ci ildə İnçondakı Qanqhva-qun və Onqcin-qunun birləşdirilməsi2000-ci il8,961,533 nəfər2005-ci il10,335,343 nəfər2010-ci il11,484,241 nəfər2011-ci il11,801,231 nəfər2012-ci il11,948,596 nəfər2013-cü il12,107,216 nəfər2014-cü il12,245,960 nəfər2015-ci il12,366,711 nəfər2016-cı il12,536,474 nəfər2017-ci il12,728,620 nəfər2018-ci il12,890,445 nəfər2019-cu il13,090,648 nəfər2020-ci il13,700,000 nəfər

İstinadlar

Kateqoriya:Bölünmüş regionlar Kateqoriya:Kyonqido