Seyfulla Mirzə Bəhmən Mirzə oğlu Qovanlı-Qacar (6 mart 1864, Tiflis, Tiflis quberniyası, Rusiya imperiyası – 29 iyul 1926, Bakı, Azərbaycan SSR, ZSFSR, SSRİ) — qədim Azərbaycan-türkü mənşəli Qacarlar sülaləsinin nümayəndəsi, Rusiya İmperator Ordusunun və Azərbaycan Xalq Cümhuriyyətinin Milli Ordusunun hərbi xadimi, polkovnik
Həyatı Seyfulla Mirzə Fars şahzadəsi Bəhmən Mirzənin oğludur. Metrik şəhadətnaməyə görə, Tiflisdə anadan olub. Ümumi təhsilini valideynlərinin evində, sonralar isə Tiflis ədadiyə (ibtidai) məktəbinin tam kursunu bitirmişdi. Qafqaz Tədris Bölükünün məzunu olub. Hərbi xidmətini 10 dekabr 1880-ci ildə Ali hakimiyyətin Ali Əmr ilə başladı, praporşik rütbəsini alıb hərbi piyada ordusuna xidmətə təyin edildi.
Hərbi xidməti Rusiya İmperator Ordusunda hərbi xidməti
Azərbaycan Xalq Cümhuriyyətinin Milli Ordusunda hərbi xidməti
Ailəsi Azərbaycan hakimi və taxt-tacın varisi Bəhmən Mirzənin oğlu Həyat yoldaşı Rüxsarə хanım Əli bəy qızı Lalayeva-Təbrizli Varisləri: Aliya хanım Qovanlı-Qacar (yeddi yaşında dünyasını dəyişib) Firuzə xanım Qovanlı-Qacar Firudin mirzə Qovanlı-Qacar Əliхan Mirzə Qovanlı-Qacar (2 yanvar 1904, Tiflis – 1982, Bakı) Kamilla Qarabağlı (1949) Gülrəna Mirzə (1956)
Mükafatları və Təltifləri "Müqəddəs Stanislav" ordeni, III dərəcəli — kiçik qırmızı xaç (sinə üzərinə taxılır) — 28 mart 1904 "Müqəddəs Anna" ordeni, III dərəcəli — 10 vefral 1910 "Müqəddəs Stanislav" ordeni, II dərəcəli — qızıl xaç və kiçik ölçülü lent — 6 dekabr 1912 "Müqəddəs Vladimir" ordeni, IV dərəcəli — 10 sentyabr 1915 "Müqəddəs Vladimir" ordeni, III dərəcəli — 27 yanvar 1917 "İgidliyə görə" qızıl qılınc (1913-cü ildən "Georgi" silahı) — 19 vefral 1917
Həmçinin bax Bəhmən Mirzə Firuzə xanım Qovanlı-Qacar Firudin mirzə Qovanlı-Qacar
Mənbə
Исмаилов Э. Э. Персидские принцы из дома Каджаров в Российской империи / Ответственный редактор А. А. Молчанов.— М.: Старая Басманная, 2009. — 593 с.
İstinadlar Kateqoriya:IV dərəcəli Müqəddəs Vladimir ordeninin kavalerləri Kateqoriya:III dərəcəli Müqəddəs Vladimir ordeninin kavalerləri Kateqoriya:Azərbaycan polkovnikləri Kateqoriya:Qacar şahzadələri Kateqoriya:Bəhməni ailəsi Kateqoriya:Şuşa hərbçiləri Kateqoriya:Birinci Dünya müharibəsində iştirak edən Rusiya şəxsləri