Mirza Delibaşiç (; 9 yanvar 1954, Tuzla — 8 dekabr 2001, Sarayevo) — Yuqoslaviya basktebolçusu, ölkə tarixinin ən yaxşı basketbolçularından biri. Oyun qurucu, hücumçu müdafiəçi və qısa hücumçu mövqeyində oynayırdı. Oynadığı klublar: Sloboda, Bosna və Real Madrid. Yuqoslaviya komandası tərkibində 1975-1977-ci illərdə keçirilən Avropa çempionu, 1978-ci ilin dünya çempionu və 1980 Yay Olimpiya Oyunları çempionu. 2000-ci ildə Bosniya və Herseqovinanın XX əsrdəki ən yaxşı idmançısı seçilmişdir.
Bioqrafiyası Uşaq ikən Mirza Delibasiç tennislə ciddi məşğul olumuş və yeniyetmələr arasında Bosniya və Herseqovina çempionu olmuşdur. 15 yaşında tennisi basketbolla dəyişdirməyə qərar verir. Onun qərarına iki amil təsir etdi: Tuzlada qapalı tennis kortu yox idi və buna görə də yayda oynamaq və məşq etmək mümkün idi, üstəlik, başqa bir idmançı, yerli siyasətçinin oğlu Mirzanin əvəzinə Çexoslovakiyadakı turnirə göndərilir.
Sloboda klubunun təlim-məşq toplanışına ilk dəfə 1968-ci ilin payızında gəlmiş və komandada 4 il oynamışdır. 1971-ci ildə Sloboda klubu ilə Bosniya və Herseqovina Kubokunu qazandı.
1972-ci ilin yayında, o dövrdə Yuqoslaviya gənclər komandasının ən istedadlı basketbolçusu hesab olunan Mirza Delibasic birinci liqaya vəsiqə qazanan Sarayevo şəhərinin "Bosna" klubuna keçdi. Ümumilikdə "Bosna" üçün Delibasic 700 matç keçirdi və təxminən 14,000 xal qazandı.
1981-ci ilin yayında Mirza Delibasiç "Real" da oyunçu oldu. O "Kral Klubu" tarixində ən çox maaş alan basketbolçu oldu.As svih asova: Mirza Delibašić // Monografija: 60 godina USD Bosna / urednik Slaven Kovačević. — Sarajevo: USD Bosna, 2007. — S. 187—190. — ISBN 978-9958-610-01-1. Real Madriddə Delibasic tez bir zamanda azarkeçlərin sevimlisi oldu və klubun 1981-ci ildə Qitələrarası Kubokunu və bir il sonra isə İspaniya çempionatını qazanmasına böyük köməklik göstərdi.
Delibaşiç 8 dekabr 2001-ci ildə Sarayevoda alkoqolizm səbəbi ilə məruz qaldığı ağır xəstəlikdən dünyasını dəyişdi.
İstinadlar
Kateqoriya:Bosniya və Herseqovina idmançıları Kateqoriya:1976 Yay Olimpiya Oyunları gümüş medalçıları Kateqoriya:Olimpiya qızıl medalına sahib Yuqoslaviya idmançıları Kateqoriya:1980 Yay Olimpiya Oyunları çempionları Kateqoriya:Basketbol üzrə Olimpiya çempionları Kateqoriya:1976 Yay Olimpiya Oyunlarında basketbolçular Kateqoriya:Basketbol üzrə dünya çempionları Kateqoriya:Yuqoslaviya basketbolçuları Kateqoriya:Basketbol üzrə Avropa çempionları Kateqoriya:Real Madrid BK basketbolçuları Kateqoriya:Atıcı-müdafiəçilər