Həsən Naxçıvani (tam adı: Şeyx Həsən Səlahəddin Naxçıvani Bulqari;) — alim və mütəfəkkir.

Həyatı Həsən Naxçıvani 1206-ci ildə Naxçıvan şəhərində anadan olmuşdur. Geniş biliyə malik şəxsiyyət olmuşdur. 15 yaşında ikən atasını itirmiş, ailəsi ilə birlikdə Xoy şəhərinə köçmüşdür. Atası Xacə Ömər bəzi məlumatlara görə varlı tacir, bəzi məlumatlara görə isə irfan əhli idi. Onun məzarının Cənubi Azərbaycanda, Xoy şəhəri kənarında olduğunu yazırlar. 23 yaşında monqollarun Xoya hücumu zamanı əsir düşən Həsən ömrünün yeddi ilini qürbətdə əsarətdə keçirib. Monqollar onu Volqa çayının şimalında yerləşən torpaqlara – Bulğar ölkəsinə aparıblar. O, doqquz il (bəzi məlumatlara görə hətta 30 il) bulğarların arasında yaşayır. Bulğarlar türk əsilli qədim Bulğar xanlığının varisləri idi. Şeyx Həsən bulğarların arasında uzun müddət yaşadığı üçün "Bulğari" kimi tanınıb.

Ölümü 1298-ci ildə Təbrizdə vəfat edib. Məzarı Sürxab məzarlığındadır.Məzarı üzərində bu sözlər yazılıb:

Fəaliyyəti

İrfani fəaliyyəti Təsəvvüf təriqətinə meyil göstərmiş, 9 il Volqaboyu bulqar arasında, 3 il Buxarada, 27 il Kirmanda, 1 il Marağada yaşamışdır. Qalan ömrünün isə Təbrizdə keçirmişdir. Təbrizdə Şeyx Həsən Naxçıvani Bulqari və ya Təbrizi kimi tanınmışdır.

Ədəbiyyat Tərbiyət M., Danışməndani- Azərbaycan,Bakı.,1987

Mənbə

Kateqoriya:Sürxab məzarlığında dəfn olunanlar