2017 Belarus etirazları — Prezident Aleksandr Lukaşenkoya qarşı 2017-ci il fevralın sonlarında başlayan bir sıra küçə etirazları. Etirazçılar Belarusdakı işsizlərdən vergi alınmasına

görə səfərbər oldular. Nümayişlər və yürüşlər bir anda ölkənin hər yerindən yüzdən bir neçə minədək icmanı bir yerə topladı.

Kontekst Belarus bir neçə ildir ki, Lukaşenkoya qarşı əsl siyasi müxalifəti olmayan Avropanın "son diktaturası" kimi təsvir olunur. 2011 və 2015-ci illərdə baş verən əvvəlki etirazlar kütləvi həbslərlə nəticələnmişdi. Ölkə benzinin qiymətinin düşməsi səbəbindən 2015-ci ildən bəri iqtisadi tənəzzülə uğramış və həmin il işsizlərə də vergi tətbiqi ilə bağlı qanun qəbul edilmişdir. Təxminən 470.000 Belarusiyalı vergi ödəməyə borcludur, lakin verilən vaxtdan bəri borcların təxminən 10%-i ödənilmişdir.

Etirazlar Fevralın 17-də təqribən 2500 etirazçı ildə 183 gündən az işləyən hər kəsdən "itirilmiş vergilər" üçün 250 ABŞ dolları ödəməsini, rifah siyasətinə kömək etməsini tələb edən bu siyasətə etiraz etmək üçün paytaxt Minskdəki küçələri doldurdu. Qanunun populyar olmadığı sübut edildi və "sosial parazitlərə qarşı qanun" olaraq cəmiyyətdə lağa qoyuldu. Fevralın 19-da, daha 2,000 nəfər Qomel şəhərində nümayiş etdi. Hər iki yığıncaq dinc məqsədli idi və polis tərəfindən dayandırılmadı. Digər şəhərlərdə də daha kiçik nümayişlər keçirildi.

Martın 25-də əsas etirazda çıxış edəcək müxalifət lideri Vladimir Nekliayevin həyat yoldaşı onun səhər saatlarında Minskə gedərkən sərhəddə dayandığını söylədi.

Hökumət polisin Minskdəki bir etiraz aksiyası yaxınlığında "benzin bombası və silah yüklü maşınlar" tapdığını iddia edərək vətəndaşlara qarşı kütləvi həbs və şiddəti müdafiə etdi.

Hadisələrin xronologiyası

19 Fevral

Brest – mitinq, 100-ə yaxın etirazçı. Qomel – izdiham (1500 nəfərdən 3000 nəfərədək) Qrodno – Bələdiyyə İdarəsinə yürüş Vitebsk – 250 nəfər Mogilev – iclas, 200 nəfər

26 Fevral

Brest – mitinq, təxminən 300 iştirakçı. Baranoviçi – mitinq, təxminən 300 iştirakçı. Babruysk – 1500-ə yaxın etirazçı toplandı. Vitebsk – 2000-dən çox etirazçı Pieramohi meydanı yaxınlığında toplandı. Bu, ötən həftəki izdihamdan xeyli çoxdur. Yarım saatdan sonra Pieramohiyə toplanan etirazçılar şəhər icra komitəsinin və regional icra komitəsinin yerləşdiyi Svabodi meydanına (Azadlıq Meydanı) tərəf irəlilədilər. Qapalı üzlü bir qrup təxribatçı Svabodi meydanında "Rusiyanın şöhrəti" deyə qışqırdı, lakin insanlar onları dəstəkləmədi və təxribatçılar aksiyanı tərk etdilər. Kiçik bir mitinqdən sonra etiraz aksioyası başa çatdı.

5 Mart

Brest – 1000 nəfərdən 2000 nəfərə qədər yürüş və aksiya.

Brest şəhərinin meri etirazçılarla görüşdü.

10 Mart

Maledzeçna – Mərkəzi Meydanda mitinq, çıxışlar, qətnamənin qəbul edilməsi və vergi xidmətinə aparılması. Toplananların sayı 500-1000 nəfər arasında idi.

Mitinqdən sonra təşkilatçılara 15 gün həbs qərarı alındı.

11 Mart

Pinskdəki meydanda 350-400 adam toplaşdı.

12 Mart

Brest – meydanda 200 nəfər yığıldı. Babruysk – 700-ə yaxın etirazçı Pieramohi meydanına toplandı. Mitinq kortəbii idi, müxalifət liderlərindən heç biri iştirak etmədi. Orşaya toplaşanların sayı 1000 nəfəri keçdi. Mitinqdən əvvəl jurnalistlər sənədləri yoxlamaq üçün saxlanılmışdılar. Roqaçyov – iştirakçıların sayı təxminən 400 idi. Mitinqdə liderlər iştirak etmirdi. İnsanlar mövcud hökuməti və bunun alternativinin olub olmadığını müzakirə etdi, işsizlikdən şikayətləndi.

15 Mart

Mogilev – Mogilevin 500-dən çox sakini etiraz aksiyasına getdi.

Etiraz edən izdihama parlament üzvü Ihar Marzaliuk gəldi, 5 nəfər həbs edildi.

Minsk – "Kastriçnik" kinoteatrından Banhalor Meydanına və Drujbi naroday Parkına 1,5 mindən 4,5 minə qədər adam irəlidədi. Etirazçılar "Yaşasın Belarus!" , "3 saylı Fərmana Xeyr – Lukaşenka get!" deyə qışqırırdılar.

Minskdə 40-a yaxın adam həbs edildi.

Qrodno – Aksiya 300 etirazçı ilə başladı.Meydandakı etirazın sonunda 1000 etirazçı var idi.

25 Mart

Minsk – Bir neçə min adam iştirak edirdi.

1 May

Minsk – Müxalifət lideri və tədbirin əsas təşkilatçısı Mikola Statkeviçin həbs olunmasına baxmayaraq, 400 nəfər qadağan olunmuş etiraz aksiyasına gəldi.

Həmçinin bax

2011 Belarus etirazları Avromeydan

İstinadlar

Kateqoriya:Belarusda etiraz aksiyaları