Olqa Qennadevna Xarlan (; 4 sentyabr 1990, Nikolayev) — Ukrayna qılıncoynadanı, 2008-ci ilin Olimpiya çempionu, altı qat dünya çempionu və səkkiz qat Avropa çempionu. Avropa Oyunları çempionu, 2012-ci il Olimpiya oyunlarının bürünc mükafatçısı, Ukraynanın əməkdar idman ustası.
Bioqrafiyası Ukrayna milli komandasında 2004-cü ildən iştirak edir. Nikolayev bədən tərbiyəsi məktəbini bitirib. Artyom Skoroxod və Garnik Davidyanın rəhbərliyi altında məşq etmişdir.ДАВИДЯ́Н Гарнік Джавадович
2007-ci ildə yeniyetmələr arasında Dünya kubokunun qalibi olmuş. 2007 və 2008-ci illərdə yeniyetmələr arasında keçirilən dünya çempionatlarında 1-ci yeri tutub. 2007-ci ildə 17 yaşı bitdikdən bir neçə gün sonra, Sankt-Peterburqda komanda çempionatında gümüş medal qazana bilmişdir.
2008-ci ildə Pekin Olimpiya Oyunlarında Çin idmançılarına qarşı Ukrayna komandası ilə çıxış edən 17 yaşlı Olqa Xarlan qarşılaşmada kəskin dönüş etdi. Ardıcıl olaraq səkkiz dəqiq zərbə vuraraq Olqa Xarlan Ukrayna komandasına Pekin Olimpiadasında ilk qızıl medalı qazandırmışdır.
2011-ci ildə Çinin Şençjen şəhərində keçirilən Yay Universiadasında fərdi çempionatda qızıl medal qazandı. 2012-ci ildə Londonda keçirilən Olimpiya Oyunlarının yarımfinalda Sofiya Aleksandrovnaya məğlub olsa da, amerikalı Mariel Zagunis ilə üçüncü yer uğrunda dueldə bürünc medal qazandı. 2014-cü ildə keçirilən qılıncoynatma üzrə Avropa çempionatında fərdi yarışlarda Avropa çempionu oldu.
20 fevral 2016-cı ildə Belçikada keçirilən Dünya Kubokunda qızıl medala sahib çıxmışdır. 2010-cu ildə gənc idmançı Regionlar Partiyasından Nikolaev Şəhər Şurasının deputatı seçildi. 2014-cü ilin martında Nikolaev Bələdiyyə Məclisinin Regionlar Partiyasının fraksiyasını tərk etdi.
İstinadlar
Kateqoriya:Ukrayna idmançıları Kateqoriya:"Ukraynanın milli əfsanəsi" mükafatı laureatları Kateqoriya:Ukraynanın II dərəcəli "Xidmətlərinə görə" ordeninin kavalerləri Kateqoriya:Ukraynanın I dərəcəli "Xidmətlərinə görə" ordeninin kavalerləri Kateqoriya:Ukraynanın III dərəcəli "Xidmətlərinə görə" ordeninin kavalerləri Kateqoriya:"Azadlıq" ordeni (Ukrayna) ilə təltif edilənlər Kateqoriya:5-ci dərəcəli "Knyaz Yaroslav Mudrı" ordeni kavalerləri Kateqoriya:Qılıncoynatma üzrə Avropa çempionları Kateqoriya:2024 Yay Olimpiya Oyunları bürünc medalçıları Kateqoriya:2016 Yay Olimpiya Oyunları bürünc medalçıları Kateqoriya:2012 Yay Olimpiya Oyunları bürünc medalçıları Kateqoriya:2016 Yay Olimpiya Oyunları gümüş medalçıları Kateqoriya:Olimpiya qızıl medalına sahib Ukrayna idmançıları Kateqoriya:2024 Yay Olimpiya Oyunları çempionları Kateqoriya:2008 Yay Olimpiya Oyunları çempionları Kateqoriya:Olimpiya bürünc medalına sahib Ukrayna idmançıları Kateqoriya:2015 Avropa Oyunlarında qılıncoynadanlar Kateqoriya:2015 Avropa Oyunlarında qızıl medal qazananlar Kateqoriya:2016 Yay Olimpiya Oyunlarında qılıncoynadanlar Kateqoriya:2020 Yay Olimpiya Oyunlarında qılıncoynadanlar Kateqoriya:2023 Avropa Oyunlarında medal qazananlar