Dünyamalı Kərəm (; ) — şair-jurnalist, Gürcüstan SSR-in Əməkdar jurnalisti (1979), Azərbaycan Yazıçılar Birliyinin üzvü. Azərbaycanlı uzunömürlü.
Həyatı Dünyamalı Kərəm 1920-ci ildə Gürcüstanın Borçalı mahalının Qoçulu kəndində anadan olub.
Təhsili İlk təhsilini doğma kəndində, orta təhsilini qonşu kəndin orta məktəbində alıb. 1937–1940-cı illərdə Tiflisdəki Pedaqoji Məktəbdə təhsil alıb və bu maarif ocağını bitirdikdən sonra təyinatla İmirhəsən və Qoçulu kənd orta məktəblərində direktor vəzifəsində çalışıb.
Dünyamalı Kərəm 1954-cü ildə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib.
Yaradıcılığı Bir müddət "Kommunist" qəzetində müxtəlif vəzifələrdə çalışıb. Dünyamalı Kərəm "Sovet Gürcüstanı" qəzetində uzun müddət məsul katib işləyib.
1994-cü ildə onun "Borcalım mənim" adlı şeirlər kitabı nəşr olunub. Sonralar onun bir neçə şeirlər kitabı da işıq üzü görüb.
Haqqında filologiya üzrə fəlsəfə doktoru Müşfiq Borçalı "Dünyamalı Kərəmin poeziya dünyası" adlı kitab yazmış və 2010-cu ildə nəşr etdirmişdir.
Mükafatları Dünyamalı Kərəm 1979-cu ildə Gürcüstan SSR-nin "Əməkdar jurnalisti" fəxri adına görülüb. 2000-ci ildə Gürcüstanın "Şərəf" ordeninə layiq görülüb. İki dəfə Ali sovetin Fəxri Fərmanı ilə təltif olunmuşdur.
İstinadlar
Xarici keçidlər DÜNYAMALI KƏRƏM Dünyamalı Kərəm — 100 100 yaşlı şair öz yubileyinə qatıldı — "Bu yaşıma baxmayaraq idman edirəm"
Kateqoriya:Azərbaycanlı yazıçılar Kateqoriya:Azərbaycanlı uzunömürlülər Kateqoriya:Gürcüstan SSR əməkdar jurnalistləri Kateqoriya:104 yaşında vəfat edənlər