Semiha Berksoy () — Türkiyə opera müğənnisi və rəssamı. Türkiyənin ilk opera müğənnisi sayılır.
Həyatı və karyerası İstanbulun Çengelköy kvartalında anadan olmuşdur. Onun anası rəssam idi. Semiha musiqi və təsviri sənət üzrə İstanbul Konservatoriyasında oxumuşdur.Sebnem Arsu (August 23, 2004) "Semiha Berksoy, 94, Turkish Star of Opera and Art, Dies" , The New York Times.
Berksoy aktyorluq karyerasına 1931-ci ildə rejissor "İstanbul sokaklarında" adlı Muhsin Ertuğrulun çəkdiyi ilk səsli türk filmində Semiha rolu ilə başladı. Sonra İstanbul teatrlarında operettalarda oynayırdı. 1934-cü ildə "Özsoy" adlı ilk türk operasında rol aldı. Elə həmin il Almaniya və Portuqaliyada çıxış edərək beynəlxalq debüt etdi. 1939-cu ildə Rixard Ştrausun "Ariadne Naksosda" operasında Ariadne rolunu ifa etməklə o, Avropada çıxış edən ilk Türkiyə opera müğənnisi oldu. 1940-cı ildə Türkiyəyə qayıdan Semiha Berksoy, Karl Ebertin səhnələşdirdiyi Toska və Madam Batterflay operalarında oynamışdır.
1972-ci ildə opera müğənnisi karyerasını başa vurdu, ancaq teatrda oynamağa davam etdi.
1998-ci ildə Dövlət sənətçisi adına layiq görüldü.
15 avqust 2004-cü ildə İstanbulda ürək əməliyyatından sonrakı ağırlaşmadan vəfat etdi.
24 may 2019-cu ildə Google, Semiha Berksoyun anadan olmasının yüz doqquz ilinə doodle həsr etdi.
İstinadlar
Kateqoriya:Çengelköy qəbiristanlığında dəfn olunanlar Kateqoriya:Türkiyə müğənniləri Kateqoriya:Türkiyə uzunömürlüləri Kateqoriya:Türkiyə rəssamları Kateqoriya:XX əsr aktrisaları Kateqoriya:XX əsr opera müğənniləri