Kosovo əhalisi — Kosovo Statistika Agentliyi Kosova əhalisinin sıxlığı, etnik mənsubiyyəti, təhsil səviyyəsi, əhalinin sağlamlığı, iqtisadi vəziyyəti, dini mənsubiyyəti və əhalinin digər cəhətləri kimi müxtəlif demoqrafik xüsusiyyətlərini izləyir. Adətən on illik fasilələrlə aparılmış siyahıyaalmalarla əhalinin demoqrafik xüsusiyyətlərini qeyd edir. 2008-ci ildə Kosovo müstəqillik elan edildikdən sonra aparılan ilk siyahıyaalmaya əsasən Şimali Kosovodan başqa Kosovonun daimi əhalisi 1.739.825 nəfərə çatmışdı.

Albanlar Kosovoda ümumi əhalinin 93% -dən çoxunu təşkil edir. Əhəmiyyətli milli azlıqlara bosniyalılar (1.6%), serblər (1.5%) və digərləri daxildir. 2015-ci ilin hesablamalarına görə, Kosovonun əhalisi 1.870.981 nəfərdir.

Kosovo Avropada ən gənc əhalisi olan ölkədir. BMT İnkişaf Proqramının son hesabatına görə, 2 milyon əhalisi olan ölkə əhalisinin yarısı 25 yaşdan kiçikdir. Hökumət məlumatlarına görə, əhalinin 65 faizdən çoxu 30 yaşdan kiçikdirKosovo's Birth Rate Falling but Still High at balkaninsight.com, 10-7-2008, retrieved 18-8-2018. Kosovoda doğuş nisbəti Avropada ən yüksək olaraq qalsa da, əhali artımı olan yeganə bələdiyyələr Kosovodan cənubdakı alban azlığının anklavlarıdırLow birth figures breed nationalist nervousness at Financial Times, 31-3-2010, retrieved 18-8-2018. Müntəzəm həyati statistika Doğuşlar

yanvar - mart 2019 = 5.252 yanvar - mart 2020-dən = 4,894 2019 və 2020-ci illərdə doğuş sayı arasındakı fərq (yanvar-mart) = -358 (-6.82%) Ölümlər

yanvar - mart 2019 = 2,565 yanvar - mart 2020-dən = 2,494 2019 və 2020-ci illərdə ölənlərin sayı arasındakı fərq (Yanvar - Mart) = -71 (-2.77%) Təbii artım

yanvar - mart 2019-dan = +2.687 yanvar - mart 2020-dən = = 2.400 2019 və 2020-ci illərdə təbii artım arasındakı fərq (yanvar - mart) = -287 Dil thumb|2011-ci il siyahıyaalmasına görə əhalinin dil quruluşu Kosovo Konstitusiyasında təsbit edildiyi kimi alban və serb dilləri ölkədə rəsmi dildir. 2011-ci il siyahıyaalınmasına görə vətəndaşların demək olar 95% -i alban dilində danışır. Ardınca Cənubi slavyan və türk dillərində danışırlar. Şimali Kosovonun siyahıya alınmasını boykot etməsi səbəbi ilə boşnak dili alban dilindən sonra ikinci ən böyük dil olması ilə nəticələndi. Bununla yanaşı, serb dili de-fakto Kosovoda ikinci ən çox danışılan dildir. Dil danışanlar % Alban dili 1,644,865 94.5 Boşnak dili 28,989 1.7 Serb dili 27,983 1.6 Türk dili 19,568 1.1 Qaraçı dili 5,860 0.3 Digər/göstərilməyib 12,560 0.7

Din Ölkədə rəsmi din yoxdur. Konstitusiya Kosovonı dini etiqad məsələlərində neytral olan və qanun qarşısında hamının bərabər olduğu, inanc, vicdan və dinə etiqad azadlığı təmin edən dünyəvi bir dövlət olaraq təsis edir.

2011-ci il Kosovoda əhalinin siyahıya alınması Kosovo serbləri tərəfindən (əsasən Serb Pravoslav Xristianları kimi tanınan), xüsusən Şimali Kosovoda boykot edildi. 2011-ci il siyahıyaalmanın nəticələri siyahıyaalmaya daxil olan əhali üçün aşağıdakı dini mənsubiyyətləri verdi:

Yaşayış məntəqələrinə görə 2011-ci ildə Kosovanın dini xəritəsi. Şimaldakı serblərin üstünlük təşkil etdiyi boz bölgə (Şimali Kosovo) ehtimal ki, əhalisinin çoxu pravoslavdır.|thumb|right

+ 2011 Kosovo dini siyahıyaalması(əksər serblər tərəfindən boykot edildi) DinƏhali% İslam 1,663,412 95.6% Xristianlıq Katolizm Provaslav 64,275 38,438 25,837 3.7% 2.2% 1.5% Digər 1,188 0.1% Dinsizlər 1,242 0.1% Qeyd edilməyib Cavab verməyənlər Qeyd olanmayanlar 9,708 7,213 2,495 0.6% 0.4% 0.1% Ümumi 1,739,825 100% Bu rəqəmlər Kosovada fəaliyyət göstərən təsəvvüf və ya bektaşizm kimi fərdi təriqətləri təmsil etmir, bəzən ümumiyyətlə "İslam" kateqoriyası altında təsnif edilir.

Serb əhalisi əsasən Serb Pravoslavlardır. Katolik alban icmaları əsasən Qjakova, Prizren, Klina və Pes və Vitina yaxınlığındakı bir neçə kənddə cəmləşirlər. Slavyan dilli katoliklər ümumiyyətlə özlərini Yanyevci və ya kosovalı xorvatlar adlandırırlar. Kosovanın cənubundakı slavyan dilli müsəlmanlar Gorani xalqı kimi tanınır.

İstinadlar

Kateqoriya:Kosovo əhalisi