325px|thumb|Odinin Vəhşi ovu (). Peter Nikolay Arbo. 1872-ci il.
Vəhşi ov — german-skandinav mifologiyasında sürü halında olan bir qrup xəyali atlı ovçu. Bu ovçular elflər, pərilər və ya ruhlar ola bilərlər. Ovun rəhbəri adətən Odin ilə bağlı adlı bir fiqur olur, ancaq bəzi hallarda Böyük Teodrix, Danimarka kralı IV Valdemar Atterdaq, Uels mifik tanrısı Qvin ap Nudd kimi tarixi və ya əfsanəvi şəxsiyyətlər, eləcə də İrod Antipa, Kabil, Cəbrayıl və Şeytan kimi Bibliyada olan varlıqlar da ola bilər.
Vəhşi ov müharibə və vəba kimi faciələrin əlaməti hesab edilirdi.See, for example, Chambers's Encyclopaedia, 1901, s.v. "Wild Hunt": "[Gabriel's Hounds] … portend death or calamity to the house over which they hang"; "the cry of the Seven Whistlers … a death omen". Ova şahid olan insanlar oğurlanaraq cəhənnəmə və ya pəri diyarına aparılırdı. Bəzi yerlərdə insanların ruhlarının kavalkada qoşulmaq üçün yatdıqları yerdə götürüləcəyinə inanılırdı.
Dəlil və terminologiya Alman folkloru əsasında aparılan müqayisəli yanaşmaya əsaslanaraq, hadisəyə adətən "" () və ya "" () deyilir. Hadisənin "" və ya "" adlandırıldığı Almaniyada onun liderinə müxtəlif kimliklər verilmişdi. Bunlara Vodan, Krampus, Perxta və Çovğun xanım () aiddir. Vəhşi ov orta əsrlərdən sonrakı folklorda da öz əksini tapır.
Bu hadisə İngiltərədə "" (), "" (), " () və ya "" (), Kornuallda "" (), Şimali İngiltərədə "" (), Şimali Amerikada isə "" () adlandırılırdı. Uelsdə buna oxşar bir hadisəyə "" () deyərdilər.
Vəhşi ov Skandinaviyada "" (), "" (), "" () və ya "" () olaraq tanınırdı.
Hadisə Fransanın şimalında "" (), Kanadada "" kimi bilinirdi. Hadisə Qərbi slavyan Mərkəzi Avropasında "", "", "", "" () və ya "" () adlandırılırdı.
Eyni folk mifinin başqa variasiyaları İtaliyada "" (), "" () və "" (), Qalisiyada "" (), Leonda isə "" () adlandırılırdı.
Populyar mədəniyyətdə Peter Nikolay Arbonun 1872-ci ildə çəkdiyi "Åsgårdsreien" əsəri Vəhşi ovun Skandinaviya versiyasını təsvir edir. Burada Odin ovun rəhbəridir.
Vəhşi ov "Marvel Comics" brendinə aid olan Tor seriyasında da görünür. Burada onun rəhbəri Lənətlənmiş Malekitdir.
Vəhşi ovun elementləri Andrey Sapkovskinin "Cadugər" adlı fantastik roman seriyasında mövcuddur. "CD Projekt Red" tərəfindən istehsal olunmuş və 2015-ci ildə satışa çıxarılmış "The Witcher 3: Wild Hunt" oyununun süjetinin əsas hissəsi Vəhşi ovdan bəhs edir.
Vəhşi ov "The Elder Scrolls" rol video oyunu seriyasında Bosmer (odun elfləri) tərəfindən uğur əldə etmək üçün müharibədən əvvəl tətbiq olunan bir mərasimdir. Elflər dəhşətli varlıqlardan ibarət bir orduya çevrilir və önünə çıxan hər kəsi öldürür. Daedrik lord Hirsin də Vəhşi ovdan ilhamlanaraq yaradılmışdır.
Vəhşi ov "Magic: The Gathering" stolüstü oyununda iki fərqli kartda təsvir olunmuşdur.
Qeydlər
Mənbə
İstinadlar
Ədəbiyyat
Xarici keçidlər
Ari Berk and William Spytma, "Penance, Power, and Pursuit: On the Trail of the Wild Hunt" The Wild Hunt in Orcadian traditional legend at Orkneyjar
Kateqoriya:İncəsənətdə Odin Kateqoriya:Skandinav mifologiyası Kateqoriya:German mifologiyası Kateqoriya:German paqanizmi Kateqoriya:Kelt mifologiyası Kateqoriya:Orta əsrlər əfsanələri Kateqoriya:Ovçuluq Kateqoriya:Fövqəltəbii əfsanələr Kateqoriya:Tor