thumb|300px|right|Qərbi Almaniya və Şərqi Almaniya (1949–1990) thumb|300px|right|Almaniya (1990-cı ildən sonra)
Almaniyanın birləşdirilməsi () və ya vahid Almaniyanın bərpası () — 3 oktyabr 1990-cı ildə AFR konstitusiyasına əsasən, ADR-Qərbi Berlinin AFR-in tərkibinə daxil olması ilə vahid Almaniya Federativ Respublikasının yaradılması. Proses 2 may 1989-cu ildən 15 mart 1991-ci ilə qədər davam etmişdir. Almaniyanın birləşdirilməsinin elan edildiyi gün Alman Birlik Günü elan edilmiş () və bundan sonra milli bayram kimi qeyd edilməyə başlanmışdır. Birləşmə prosesinin bir parçası kimi Berlin şəhərinin şərq və qərb hissələri də bir şəhər halında birləşdirilmiş və sonda ölkənin paytaxtı olmuşdur.
Almaniya Sosialist Birlik Partiyası tərəfindən idarə edilən Şərqi Almaniyanın hökuməti 2 may 1989-cu ildən etibarən sarsılmağa başlamışdı. Bu tarixdə Macarıstan Avstriya ilə olan sərhədini açmış və bu Dəmir Pərdədə "dəlik açılmasına" səbəb olmuşdu. Sərhəd hələ də qounurdu, lakin Panavropa pikniki və Şərq blokuna məxsus olan ölkələrin qətiyyətsiz reaksiyası qarşısıalınmaz hərəkatın işə düşməsinə səbəb oldu. Bu Şərqi Almaniyada yaşayan minlərlə almanın Macarıstan vasitəsiylə Qərbi Almaniyaya mühacirət etməsinə yol açdı. 1989-cu il inqilablarının bir hissəsi olan Sülh inqilabı və şərqdə yaşayan almanların etirazları nəticəsində 1990-cı ilin 18 martında Almaniya Demokratik Respublikası ilk azad seçkilərə getməyə məcbur oldu və danışıqlar nəticəsində iki alman dövləti tərəfindən Birləşmə Müqaviləsi imzalandı. İki alman dövləti və ölkədə hərbi qüvvələri olan 4 dövlət arasında digər danışıqlar nəticəsində "İki üstəgəl dörd müqaviləsi" (Almaniya ilə bağlı son razılaşma müqaviləsi) adı ilə tanınan müqavilə imzalandı. 15 mart 1991-ci ildə imzalanmış müqavilə birləşmiş alman dövlətinin tam suverenliyinin tanınmasını əks etdirirdi. İkinci Dünya müharibəsindən sonra suverenliyi qalib dövlətlər tərəfindən müəyyən məsələlərdə məhdudlaşdırılmış və işğal zonalarına parçalanmış Almaniya bu müqavilə ilə məhdudiyyətlərin bir çoxunu ortadan qaldırdı, lakin ölkədəki Sovet ordusu yalnız 1994-cü ilin avqustunda ölkəni tərk etdi.
İkinci Dünya müharibəsinin sonlanmasından sonra Berlin bəyannaməsi imzalandı və Almaniyanın müttəfiqlər tərəfindən ələ keçirildi. Daha sonra Potsdam razılaşması imzalandı və Almaniyanın bölünməsinə gedən yol açıldı. Almaniya ilə müharibədən sonrakı münasibətləri tənzimləyəcək yekun müqavilənin Almaniyada münasib hökumətin qurulmasından sonra imzalanacağı gözlənilirdi, həmçinin bu müqavilə ilə Almaniyanın yeni sərhədləri də tənzimlənməli idi, lakin müttəfiqlər arasındakı geopolitik gərginliklər faktiki olaraq müttəfiqliyin sonlanması ilə nəticələndi və hər qrup əvvəlcə Almaniyada özünə uyğun hökumətin qurulmasına çalışdı, bu mümkün olmadıqda isə iki hökumətin qurulmasına başlanıldı. Fransız, Britaniya və ABŞ işğal zonaları birləşdirilərək 1949-cu ilin 23 mayında Qərbi Almaniya yaradıldı. Sovet işğal zonasında isə Şərqi Almaniya 7 oktyabr 1949-cu ildə yaradıldı. Bu, Almaniyanın bir-birindən ayrı iki hissəyə ayrıldığı demək idi. İki alman dövlətinin birgə yaşaması ilə Qərbi Almaniya iddia edirdi ki, iki dövlət azad və demokratik bir dövlət daxilində bir Almaniyada birləşənə qədər belə bir hökumətin qurulduğunu söyləmək olmaz. Qərbi Almaniyanın kansleri Konrad Adenauer 1952-ci ildə Stalinin qərbli müttəfiqlərə göndərdiyi notanı rədd etdi. Notada iki alman dövlətinin neytral bir dövlətdə birləşdirilməsi təklif edilirdi. Hökumət əvəzində denazifikasiya prosesinə son qoyaraq və amnistiya elan edərkən Qərbi Almaniyanın yenidən silahlanması siyasətini həyata keçirdi, çünki Qərbi almanlar birləşmədən sonra Sovetlərə "neytral Almaniya" mövzusunda etibar etmirdilər. Bu 1952-ci ildə Qərbi Avropa Birliyinin yaradılmasına və Qərbi Almaniyanın 1955-ci ildə NATO-ya qatılmasına yol açdı. 1990-cı ildə yenidən birləşmiş Almaniyanın bu məqsədlə "bütövlükdə Almaniyanı" təmsil edə biləcəyinə dair bir sıra fikirlər davam etdirildi. 1989-cu il kommunist dövlətlərinə, o cümlədən ADR-ə qarşı uğurlu və beynəlxalq inqilablar kontekstində; 12 sentyabr 1990-cı ildə dörd müttəfiqlə bağlanmış "İki üstəgəl dörd" müqaviləsinə əsasən, həm Şərqi, həm də Qərbi Almaniya 1990-cı ildən əvvəlki birgə sərhədlərinin Almaniya hökumətinin iddia edə biləcəyi bütün ərazini təşkil etməsi prinsipinə sadiq qaldılar və buna görə də orada bu sərhəddən kənarda olan başqa torpaqlar nəzərdə tutulmadı. Şərqi Almaniya federal dövlətlər halına salındıqdan sonra 3 oktyabr 1990-cı ildə ləğv edildi, elə həmin gündə də şərqdə yaradılmış qurumlar qərbə birləşdirildi və müasir Almaniya yaradıldı. Eyni zamanda birləşdirilmiş Berlin birləşdirilmiş Almaniyanın paytaxtı oldu. thumb|200px|Brandenburq qapısı yaxınlığındakı Berlin divarı, 9 noyabr 1989
Yenidən birləşən dövlət varis dövlət deyil, 1949–1990-cı illərdəki Qərbi Almaniya dövlətinin genişləndirilmiş davamıdır. Genişləndirilmiş Almaniya Federativ Respublikası Qərbi Almaniyanın Avropa İqtisadi Birliyində (daha sonra Avropa Birliyi), NATO-da və BMT-dəki nümayəndəliklərinin fəaliyyətini davam etdirdi. Eyni zamanda da vaxtilə Şərqi Almaniyanın üzv olduğu başda Varşava Paktı olmaqla, bütün üzvlüklər ləğv edildi.
Adlandırma "Almaniyanın yenidən birləşdirilməsi" Almaniya Demokratik Respublikasının Almaniya Federativ Respiblikasına qatılmasına, keçmiş dörd müttəfiq dövlətin Almaniyaya mütləq suverenliyi verməsi prosesinə verilmiş addır. "Almaniyanın birləşdirilməsi" dedikdə isə 1866-cı il 18 avqustdan 1871-ci il 18 yanvara qədər davam etmiş, Prussiya krallığının rəhbərliyində alman dövlətlərinin birləşdirilməsinə verilən addır. Almaniyanın yenidən birləşdirilməsi ilə 3 oktyabr 1990-cı ildə Almaniya yenidən vahid millət-dövlət halına gəldi. Bununla belə, siyasi və diplomatik səbəblərə görə, Qərbi Almaniya siyasətçiləri almanların tez-tez "die Wende" (təxmini tərcümə: "dönüş nöqtəsi") adlandırdıqları şeydən əvvəl "yenidən birləşmə" terminindən istifadədən ehtiyatla qaçınırdılar. 1990-cı il müqaviləsi rəsmi termini Deutsche Einheit ("Alman birliyi") kimi müəyyən edir; bundan Almaniyada daha çox istifadə olunur.
1990-cı ildən sonra "die Wende" daha çox istifadə olunmağa başladı. Bu termin əsasən əsasən Şərqi Avropada baş verən və yenidən birləşməyə yol açan hadisələri təsvir etmək üçün istifadə edilir. Şərqi Almaniyada fəaliyyət göstərmiş antikommunist aktivistlər bu termini qəbul etmirlər. Onlar mövqelərini bu terminin Şərqi Almaniyanın Sosialist Birlik Partiyasının baş katibi Egon Krenz tərəfindən ilk dəfə işlədilməsi ilə əsaslandırırlar. thumb|right|upright=1.35|1990-cı ildə Almaniyanın birləşdirildiyi gün. Alman federal birliyinə daxil olan dövlətlərin bayraqları ilə Berlindəki Reyxstaq binasının qarşısına toplanmış insanlar.
Yenidən birləşmənin prekursorları thumb|right|Müttəfiqlərin (SSRİ, ABŞ, Fransa və Böyük Britaniya) 1945–1949-cu illəri əhatə edən işğal zonaları. 5 iyun 1945-ci ildə Almaniyada nasist hakimiyyətinin müharibədə məğlubiyyəti və de-fakto devrilməsi 8 may 1945-ci ildə bəlli oldu. Bununla da, Almaniyanın müharibədən əvvəlki sərhədləri daxilində (Avstriya da daxil olmaqla) dörd müttəfiq dövlətin ordusu və nəzarəti yerləşdirildi. Bu qüvvələr Müttəfiq Nəzarət Şurası tərəfindən idarə edilirdi və Berlin bəyannaməsi ilə müəyyənləşdirilmişdi. Potsdam razılaşmasının müəyyən etdiyi şərtlərə görə, Almaniya ABŞ-nin, Fransanın, Böyük Britaniyanın və Sovet İttifaqının nəzarət etdiyi dörd işğal zonasına bölünmüşdü. Həmçinin yeni Almaniyanın sərhədləri də müəyyən edilmişdi. Potsdam konfransı zamanı 1 avqust tarixində imzalanmış Potsdam razılaşmasına görə, Almaniya Oder-Neisse xəttindən şərqdə yerləşən vilayətlərini itirmişdir. Müharibə zamanı və ondan sonra Avropanın mərkəzi və şərq hissələrində yaşayan etnik almanlar yaşadıqları torpaqlardan qovulmuş və Oder-Neisse xəttindən qərbə keçməyə məcbur edilmişdirlər. Müharibənin bitməsindən sonra keçmiş müttəfiqlər arasında gərginliyin artması nəticəsində Sovet İttifaqı Müttəfiq Nəzarət Şurasından öz qüvvələrini 20 mart 1948-ci ildə çəkmiş (hər bir halda, MNŞ de yure fəaliyyətini davam etdirməkdə idi və 1971-ci ildə dörd dövlətin də qatılması ilə yenidən tam formaya düşdü) və vahid alman dövlətinin yaradılması qeyri-mümkün olmuşdur. Almaniya Federativ Respublikası və ya Qərbi Almaniya liberal demokratiyaya əsaslanırdı və 23 may 1949-cu il tarixində ABŞ-Frasa-Böyük Britaniya işğal bölgələrində yaradılmışdı. Almaniya Demokratik Respublikası və ya Şərqi Almaniya kommunist dövlət idi və 7 oktyabr 1949-cu il tarixində Sovet işğal zonasında yaradılmışdı. 1955-ci ildə hər iki alman dövləti qismən öz suverenliyini bərpa etdi. Qərbi Almaniya özünün antikommunist siyasətinin bir hissəsi kimi nə yeni alman-polyak sərhədini, nə də Şərqi Almaniyanı tanımadığını bildirdi, lakin nəhayət, həm Şərqi Almaniya, həm də Sovet İttifaqı ilə münasibətlərini yaxşılaşdırdı, eyni zamanda Şərqi Almaniya da Qərbi Almaniya dövlətinin mövcudluğunu inkar etdikdən və Almaniyanın Şərqi Almaniya altında yenidən birləşməsini tələb etdikdən sonra iki dövlət statusu və dinc yanaşı yaşayışı təşviq etdi.
Mixail Qorbaçov 1985-ci ildə Sovet İttifaqı Kommunist Partiyasının baş katibi vəzifəsini icra etməyə başladı. Bu dövr Sovet tarixində iqtisadi və siyasi duraqlama dövrü kimi xarakterizə edilir və bunun nəticəsində Sovet İttifaqı Şərq blokuna daxil olan ölkələrin daxili işlərinə az müdaxilə edirdi. 1987-ci ildə Brandenburq qapılarının yanında özünün məşhur nitqini səsləndirən ABŞ prezidenti Ronald Reyqan Qorbaçovu Berlin şəhərini iki hissəyə bölən divarı yıxmağa səslədi. Divar şərq və qərb arasında siyasi və iqtisadi bölünmənin simvolu kimi dəyərləndirilirdi və bu bölünməyə Vinston Çörçill "Dəmir Pərdə" deyə səslənmişdi. Qorbaçov 1988-ci ildə Sovet İttifaqının Brejnev doktrinini tərk edəcəyini və Şərq bloku ölkələrinə azad şəkildə öz daxili məsələlərini həll etməsinə şərait yaradılacağını bildirdi. 1989-cu ilin əvvəllərində, Sovet tarixinin yeni erası hesab edilən qlasnost və yenidənqurma siyasətləri və Qorbaçov tərəfindən daha da irəli aparılmış, Polşada Həmrəylik hərəkatı geniş vüsət aldı. Cəsur etiraz şəkillərindən daha da ilhamlanmış bir şəkildə 1989-cu il inqilabları həmin il Şərqi Avropada tüğyan etməyə başladı.
1989-cu ilin mayında Macarıstan özünün sərhəd çəpərlərini ləğv etdi. Hər bir halda, köhnə Macarıstan sərhəd obyektlərinin sökülməsi nə sərhədləri açdı, nə də əvvəlki ciddi nəzarətlər aradan qaldırıldı, Dəmir Pərdə ilə təcrid hələ də bütün uzunluğu boyunca toxunulmaz qaldı. 19 avqust 1989-cu ildə Panavropa Piknikində Avstriya və Macarıstan arasında sərhəd qapısının açılması daha sonra dinc zəncirvari reaksiyanı işə saldı, bunun sonunda artıq ADR yox idi və Şərq Bloku dağıldı. Planlaşdırılan piknik üçün geniş reklam, Macarıstanda ADR-dən olan tətilçilər arasında plakatlar və flayerlər vasitəsilə hazırlanmışdır. Karl fon Habsburqun rəhbərlik etdiyi Panavropa Birliyinin Avstriya qolu minlərlə broşür paylayaraq hamını Soprondakı sərhədin yaxınlığında təşkil edilən piknikə dəvət edirdi. 1961-ci ildə Berlin divarının tikilməsindən sonra bu Şərqi Almaniyadan olmuş ən böyük hərəkat idi. Karlın atası Otto fon Habsburqun fikri əsasında təşkil edilmiş piknikin əsas məqsədi Qorbaçov və Sovet İttifaqının reaksiyasını ölçmək idi. Sovet rəhbərliyinin sərhədin açılmasına reaksiyasızlığı bəlli olduqdan sonra on minlərlə şərqi almaniyalı Macarıstana yola düşdü. Erix Honekkerin 19 avqust 1989-cu il tarixli "Daily Mirror" jurnalındakı reaksiyası Şərq və Qərb ictimaiyyətinə göstərdi ki, Şərqi Avropanın kommunist liderləri öz hakimiyyət dairələrində güc itiriblər və onlar artıq baş verənlərə yön verəcək qabiliyyətdə deyillər:
Habsburq, Şərqi Almaniya tətilçilərinin piknikə dəvət olunduğu Polşada vərəqələr payladı. Piknikə gələndə onlara hədiyyələr, yeməklər və alman markası verilir, sonra onları Qərbə getməyə razı salırdılar. thumb|Berlinin blokadası (1948)