Yuri Baxşyan (tam adı: Yuri Gurgeni Baxşyan, ; ) — Ermənistan siyasətçisi, fiziki, professoru, Ermənistan Parlamentinin keçmiş spiker müavini. O, Ermənistan Parlamentində terror aktı zamanı qətlə yetirilmişdir.
Həyatı Yuri Gurgeni Baxşyan 28 iyun 1947-ci il tarixində SSRİ respublikalarından olan Ermənistan SSR-in Gorus şəhərində anadan olmuşdur. O, 1965-ci ildə İrəvan Dövlət Universitetinin fizika fakültəsinə daxil olmuş, 1970-ci ildə oradan məzun olmuşdur. Baxşyan 1970-ci ildən 1972-ci ilə qədər Qızıl Orduda xidmət göstərmişdir. O, 1972-ci ildən 1993-cü ilə qədər İrəvan Dövlət Universitetində dərs keçmiş, baş tədqiqatçı və Fizika və Riyaziyyat Məktəbinin direktor müavini olaraq çalışmışdır. Baxşyan 1990-cı ildən 1993-cü ilə qədər İrəvan Şəhər Şurasında müavin olaraq işləmişdir. O, 1993-cü ildən 1995-ci ilə qədər İrəvan Şəhər Şurasının İcraedici Komitəsinin sədrinin baş katibi olaraq çalışmışdır. Baxşyan 1995-ci ildə Ermənistan Parlamentinin deputatı olmuş, 1998-ci ildə Respublika Partiyasının spiker müavini seçilmişdir. Yuri Baxşyan 13 sentyabr 1999-cu ildə Ermənistan Parlamentinin keçmiş spiker müavini seçilmişdir.
Yuri Gurgeni Baxşyan 27 oktyabr 1999-cu il tarixində Ermənistanın paytaxtı İrəvan şəhərindəki dövlət parlamentində gerçəkləşən terror aktı zamanı qətlə yetirilmişdir.
Mükafat və təltiflər Ananiya Şirakatsi Medalı (1999)
Xarici keçidlər Yuri Baxşyan — parliament.am saytında.
Kateqoriya:İrəvan Dövlət Universitetinin məzunları Kateqoriya:Odlu silah atəşindən vəfat edənlər Kateqoriya:Ermənistan Milli Məclisinin II çağırış deputatları Kateqoriya:Ermənistan Milli Məclisinin I çağırış deputatları Kateqoriya:Öldürülmüş siyasətçilər