Aram Açıqbaşyan (, ; gerçək adı: Qriqor Qarabedyan, ; ) — Osmanlı ermənilərindən olan hüquqşünas, siyasətçi, təşkilatçı, fədai, terrorçu, Sosial Demokrat Hnçak partiyasının üzvü.
Həyatı Aram Açıqbaşyan 1867-ci ildə Osmanlı imperiyasının Mamurətül-əziz vilayətində yerləşən Ərəbgir kəndində anadan olmuşdur. O, ali təhsilini 1886-cı ildən Konstantiniyyə Darülfünunun hüquq fakültəsində almışdır. Açıqbaşyan 1889-cu ildə Boyacıyan Hampartsum Murad Əfəndinin tövsiyəsi ilə Sosial Demokrat Hnçak partiyasının üzvləri ilə dostluq əlaqəsi qurmuşdur. O, 27 iyul 1890-cı ildə Qumqapı nümayişlərinin təşkilatçısı olmuşdur. 1894-cü ildən etibarən Anadaoludakı erməni fədailər hərəkatının təşkilatçısı olmağa başlamış və 1903-cü ildə Sosial Demokrat Hnçak partiyasının mərkəz komitəsinin üzvü olmuşdur. Açıqbaşyanın 1985-ci ildə gerçəkləşən Şəbinqarahisar üsyanında əhəmiyyətli bir rolu var idi. Bundan sonra ona Məclis-i Ümumiyə vəkil olaraq seçilməsi tövsiyə edilmişdir, fəqət o, vəkil olmaq təklifini geri çevirmişdir. O, 1908-ci ildə gerçəkləşən Gənc Türklər inqilabından sonra Konstantiniyyə şəhərinə qayıtmış, lakin 1914-cü ildə ittihadçılar tərəfindən həbs edilmişdir. Aram Açıqbaşyan 15 iyun 1915-ci ildə 20 dostu ilə birlikdə Bəyazid Meydanında edam edilmişdir.
Mənbə Ədəbiyyat
Kateqoriya:İstanbul Universitetinin məzunları Kateqoriya:Erməni terrorizmi Kateqoriya:Erməni milliyətçiliyi Kateqoriya:Edam olunanlar Kateqoriya:Erməni soyqırımının qurbanları