Arpad Gents (, ) — Macar dövlət xadimi, Macarıstanın ilk prezidenti. O, həmçinin 1956-cı ildə baş verən macar inqilabının iştirakçılarından biri olmuşdur. Həyatı Arpad Gents 10 fevral 1922-ci ildə Budapeştdə zadəgan ailəsində anadan olmuşdur. Atası Layoş Gents poçt işçisi anası İliona Hayman isə evdar xanım idi. Bunda başqa atası Layoş Gents məşhur tennis oyunçusu olmuş və 1924-cü i yay olimpiya oyunlarında Macarıstanı təmsil etmişdi. Ilk təhsilini 4 illik məktəbdə aldıqdan sonra təhsilini 1932-ci ildə Verbösi orta məktəbində davam etdirmişdir. Orta məktəbi bitirən Gents 1944-cü ildə Budapeşt Pamani Piter adına İncəsənət Universitetinə daxil olmuşdur. Həmin il- 1944-cü ilin 19 mart tarixində Macarıstan almanların hücumuna məruz qaldı. Arpad Gents hələ təhsil aldığı üçün orduya çağırışdan azad edilmişdi. Lakin tezliklə 1944-cü ilin dekabr ayında o müharibəyə çağırıldı. 1944-cü ilin sonlarında Macarıstan Qızıl Ordu tərəfindən mühasirə edildikdə Gents də şəhərdə idi. Müharibədən sonra o, kənd təsərrüfatı üzrə təhsil almağa başlamışdır. Arpad Gents 1947-ci ilin yanvar ayının 11-də Maria Susanna ilə ailə həyatı qurmuş, bu evlilikdən 4 övladı dünyaya gəlmişdir.
Siyasi fəaliyyəti Arpad Gents siyasi karyerasına dövrün anti-kommunist partiyası Xırda Mülkiyyətçilər partiyasına üzv olmaqla başlamışdır. O cümlədən 1956-cı il Macar inqilabının fəallarından olan Gents, İnqilabda iştirakına görə ömürlük həbs cəzasına məhkum olunmuşdur. Həbsd keçən 7 ildən sonra amnistiya alaraq azadlığa buraxılan siyasətçi 1988-ci ildə yenidən siyasi arena geri qayıtmışdır.
Ölümü Arpad Gents 6 oktyabr 2015-ci ildə, 93 yaşında vəfat etmişdir .
Mükafatları
1991: - "İtaliya qarşısında xidmətlərə görə" Böyük Xaç ordeni 1994: - "Müqəddəs Maykl və Müqəddəs Corc" ordeni 1994: – Polşa Respublikasının xidmətlərə görə "Bəyaz Qartal" ordeni 1995: – "Malta qarşısında xidmətlərinə görə" döş nişanı (9 fevral 1995) 1999: – Terra Mariana döş nişanı 1999: – Böyük Vytautas ordeni (19 may 1999) 1999: – Müqəddəs Olav Böyük Komandor Xaçı ordeni 1999: – Baz Böyük Xaç nişanı 2000: – Almaniya Federativ Respublikasının Böyük Xaç nişanı 2003: – "Ağ Aslan" ordeni (7 mart 2003) 2003: Budapeşt Korvinus Universiteti mükafatı 2009: Beynəlxalq Adalbert sülh mükafatı İstinadlar
Kateqoriya:Macarıstan aqronomları Kateqoriya:Macarıstan prezidentləri Kateqoriya:XX əsrin Macarıstan romançıları Kateqoriya:XX əsr dramaturqları Kateqoriya:İngilis dilindən tərcümə edənlər Kateqoriya:Dramlar