Birləşmiş Millətlər Təşkilatının Baş Qərargahı və ya BMT-nin Baş Qərargahı — Nyu-York şəhərində yerləşən BMT-yə aid bina kompleksi. Planı Volles Harrisonun rəhbərlik etdiyi heyət tərəfindən hazırlanıb və Harrison & Abramovits memarlıq şirkəti tərəfindən inşa edilib. Kompleks 1952-ci ildə inşası başa çatdıqdan sonra BMT-nin rəsmi baş qərargahı kimi fəaliyyət göstərib. Manhettenin Tertl Bey məhəlləsində, İst-River çayına baxan 17–18 akr (6.9–7.3 hektar) ərazidə yerləşir. Qərbində Birinci Xiyaban, cənubunda 42-ci küçə, şimalında 42-ci küçə, şərqində isə İst-River çayı yerləşir. "Tertl Bey" ifadəsi bəzən BMT-nin Baş Qərargahı və ya bütövlükdə BMT-yə münasibətdə metonimiya kimi işlənir.

Baş Qərargahda Baş Məclis və Təhlükəsizlik Şurası da daxil olmaqla BMT-nin əsas qurumları yerləşir, Beynəlxalq Ədalət Məhkəməsi isə Haaqadadır. BMT-nin üç əlavə, köməkçi, regional qərargahı, başqa sözlə qərargah bölgələri də var. Bunlar 1946-cı ildə Cenevrədə (İsveçrə), 1980-ci ildə Vyanada (Avstriya) və 1996-cı ildə Nayrobidə (Keniya) açılmışdır. referring to the office at Vienna as "the third United Nations Headquarters Bu əlavə ofislər BMT-nin maraqlarını təmsil edir, diplomatik fəaliyyətə kömək edir və müəyyən eksterritorial imtiyazlara malikdir, lakin əsas orqanların yerlərini tutmur.

Nyu-Yorkda yerləşsə də, Birləşmiş Millətlər Təşkilatının qərargahının yerləşdiyi torpaq və tutduğu bina sahələri ABŞ hökumətinin deyil, Birləşmiş Millətlər Təşkilatının təkbaşına nəzarətindədir. Bu sahələr ABŞ hökuməti ilə bağlanan müqaviləyə əsasən, texniki cəhətdən eksterritorialdırlar. Bununla belə, yerli polis, yanğından mühafizə və digər xidmətlər qarşılığında Birləşmiş Millətlər Təşkilatı yerli, dövlət və federal qanunları qəbul etməyə razılaşır.

BMT-nin 15 ixtisaslaşmış qurumundan (UNESCO kimi) heç biri baş qərargahda yerləşmir. Lakin BMT Uşaq Fondu kimi bəzi "müstəqil köməkçi orqanlar"ın qərargahları buradadır.

Tarixi

Layihələndirmə

Məkan Birləşmiş Millətlər Təşkilatının qərargahı İst-River çayının yanında, daşınmaz əmlak agenti Vilyam Zekendorfdan satın alınmış 17-18 akr (6.9 və ya 7.3 ha) ərazini tutur. O vaxtlar, ərazi sallaqxanalar və kirayə binalarla dolu Tertl Beyin bir hissəsi idi. 1910-cu illərdə, Tertl Beydə indiki BMT qərargahının yerində bir qələm fabriki və qaz şirkəti qurulmuşdu. BMT-nin yerləşdiyi hazırkı ərazinin şimalındakı Satn Pleys və Bikmen Pleysin inkişafı 1920-ci illərə təsadüf edirdi. 1925-ci ildə ərazidə yaxta klubu açmaq təklif olundu, lakin bunun baha-başa gələcəyi təsdiqləndi.

1946-cı ildə Zekendorf ərazidə "İks-Siti" () yaratmaq məqsədilə torpağı satın aldı. Bu kompleks hər biri 57 mərtəbədən ibarət bir ofis binası və bir otel və onların arasında yerləşən əyləncə kompleksindən ibarət olacaqdı. Burada həmçinin daha kiçik mənzillər və ofis qüllələrinin olması nəzərdə tutulurdu. Lakin "İks-Siti" üçün lazım olan 8,5 milyon dollar (2018-ci ildə 72 milyon dollar) maliyyə vəsaiti təmin edilmədi və Nelson Rokfeller Zekendorfun Tertl Beydəki dəniz sahilindəki ərazisi üçün opsion satın aldı. Satış Nelsonun atası Con Devison Rokfeller tərəfindən maliyyələşdirildi. Rokfeller ailəsi Zekendorfun ərazisindən Birinci Xiyabanın qarşısında yerləşən Tüdor Siti mənzil kompleksinin sahibi idi. Kompleks, öz növbəsində, ərazini təmizləmək üçün 5 milyon dollar (2018-ci ildə 43 milyon dollar) xərcləmişdir.

Dizayn 400px|thumb|right|BMT-nin Baş Qərargahının holland dilində xəritəsi. Yaşıl düzbucaqlı Daq Hammarşeld Kitabxanası, bənövşəyi düzbucaqlı Katiblik, mavi trapesiya Konfrans Binası, boz hissə isə Baş Məclisin Binasıdır.

Birləşmiş Millətlər Təşkilatı yeni dünya kapitalı üçün müstəqil bir şəhər qurmağı arzulayarkən, bir çox maneələr təşkilatı tezliklə planlarını azaltmağa məcbur etdi. Nəhayət, torpaq boş olduğuna və sahibləri tanınmış olduqlarına görə, Rokfellerin İst-Riverdə yerləşən torpaq sahəsində tikintiyə qərar verdilər. İst-Riverdəki olduqca kiçik sahə Rokfeller Mərkəzi tipli dik şaquli kompleksin tikintisini tələb etdiyindən, Katibliyin yüksək ofis qülləsində yerləşdirilməsi nəzərdə tutuldu. Fevral ayından etibarən 1947-ci ilin iyun ayınadək keçirilən görüşlərdə əməkdaşlıq qrupu ən az 45 dizayn və variasiya təqdim etmişdi. Baş Qərargahın dizaynının layihələndirilməsi üçün rəqabət təşkil etmək əvəzinə, BMT, layihə üzərində işləyən bir çox millətlərdən olan aparıcı memarlardan ibarət komandanı işə cəlb etmək qərarına gəldi. Harrison layihələndirmə direktoru seçildi. Dizayn Məsləhətçiləri Şurası üzv dövlətlər tərəfindən irəli sürülmüş memarlar, layihəçilər və mühəndislərdən ibarət idi. Şuranın tərkibinə Nikolay Bassov (SSRİ), Qaston Brunfaut (Belçika), Ernest Kormye (Kanada), Le Korbuzye (Fransa), Lyan Sıçen (Çin), Sven Markelius (İsveç), Oskar Nimeyer (Braziliya), Hovard Robertson (Böyük Britaniya), Soyleks (Avstraliya) və Xulio Vilamajo (Uruqvay) daxil idi.

Nimeyer Nyu-York şəhərinə çatdıqdan qısa müddət sonra Korbuzyenin istəyi ilə onunla görüşmüşdü. Korbuzye özünün hazırladığı "Layihə 23"-ü tanıtmaq üçün çox təbliğat aparmış, lobbiçilik etmişdi; bu səbəbdən də Nimeyerdən xahiş edirdi ki, öz dizaynını təqdim etməsin. Əvəzində gənc memara ona bu layihədə yardım etməyi təklif etdi. Nimeyer yığıncaqlardan uzaq durmağa başladı. Yalnız Volles Harrison və Maks Abramovitsin memarın iştirak etməsi ilə bağlı çoxsaylı təkidindən sonra Nimeyer öz layihəsini təqdim etməyə razı oldu. Nimeyerin hazırladığı "Layihə 32" nəhayət seçilmişdi. Korbuzyenin layihəsindən fərqli olaraq, qəbul edilən layihə ərazinin mərkəzində həm Məclis Zalı və həm də şuraların olduğu bir binanı nəzərdə tuturdu (iyerarxik olaraq ən mühüm bina olduğu üçün). Nimeyerin planında şuralar Məclis Zalından ayrı yerləşdirilmişdi: şuralar çayın sahilində, zal isə katibliyin sağ tərəfində olacaqdı. Bu, ərazini bölməyəcəkdi, əksinə, geniş sahə yaradacaqdı.

200px|thumb|left|BMT-nin Baş Katibi Daq Hammarşeld Baş Məclis binasının qarşısında (1950-ci illər) Çoxsaylı müzakirələrdən sonra yığıncaqların koordinatoru Harrison müəyyən etdi ki, Nimeyerin "Layihə 32" və Le Korbuzyenin "Layihə 23" proyektlərinə əsaslanan dizayn son layihə üçün təkmilləşdirilsin. Le Korbuzyenin layihəsi cənubdan beton lövhə kimi görünən Katibliyin binası ilə ərazinin mərkəzinə yaxın yerdə olan, Məclis Zalı və Şura Palatalarını özündə ehtiva edən böyük bir binadan ibarət idi. Nimeyerin planı reallıqda inşa edilənə daha yaxın idi: ayrıca Baş Məclis binası, digər yığıncaq otaqlarının yerləşdiyi uzun, alçaq, üfüqi blok və hündür Katiblik qülləsi. Lakin kompleks tikilərkən Nimeyerin Baş Məclisi başqa yerdə — bu üçhissəli quruluşun şimalında yerləşdirildi. Bu plana həmçinin ictimai plaza da daxil idi. Əslində BMT-nin Baş Qərargahının cənuba doğru 46-cı küçə ilə şimala doğru 49-cu küçə arasında Üçüncü Xiyaban və ya Leksinqton Xiyabanından şərqə doğru uzanan böyük bir bulvarın sahilində olması təklif olunmuşdu. Bu planlar daha sonra İkinci Xiyabanın şərqindəki 47-ci küçənin cənubunda yerləşən kiçik bir plaza — Daq Hammarşeld Plazaya görə ixtisar edildi.

Volles Harrisonun köməkçisi, memar Corc Dadli sonralar qeyd edirdi ki: "Məkanın düzənlik ərazisinin Birinci Xiyabandan çaya qədər boş qaldığını, üzərində sadəcə üç strukturun sərbəst durduğunu, dördüncünün isə onların arxasında çayın kənarı ilə uzandığını görmək həqiqətən nəfəsimizi kəsdi… Nimeyer də qeyd edirdi ki, "binalar doğru yerdə olarsa, gözəl görünəcək!". Mənə elə gəlirdi ki, Le Karbuzyenin ağır blokları ilə Nimeyerin heyrətləndirici, zərif birləşmiş kompozisiyası arasındakı müqayisə hər kəsin diqqətindədir…"Philippou S., Curves of Irreverence, YALE Daha sonra Karbuzye bir daha Nimeyerin yanına gələrək Məclis Zalını ərazinin mərkəzinə yerləşdirməsini istədi. Belə bir dəyişiklik Nimeyerin böyük sahəli meydanla bağlı planlarını məhv edərdi. Lakin, nəhayət, dəyişikliyi qəbul etmək qərarına gəldi: "Mən Karbuzyenin öz layihəsini gerçəkləşdirmək istədiyini hiss etdim və o, öz işinin ustası idi. Qərarımdan peşman deyiləm." Onlar birlikdə, inşa edilmiş və bu gün də görülə bilən Layihə 23–32-ni təqdim etmişdilər.Niemeyer, A Vida é um Sopro, Fabiano Maciel Dizayn Məsləhətçiləri Şurasının digər üzvlərindən gələn təkliflərlə birgə, bu layihə 42G layihəsinə çevrildi. Bina sonuncu layihəyə bir sıra ixtisar və düzəlişlər edilməklə qurulmuşdur.Dudley, George A., A Workshop for Peace: Designing the United Nations Headquarters, (Cambridge, MA and London, England: MIT Press and the Architectural History Foundation, 1994) p. 314. Dudley provides an accurate and detailed account of the Design meetings as well as discussing the evolution of the final design.

Təklif olunan alternativlər 250px|thumb|right|Üzv dövlətlərin əlifba sırası ilə düzülmüş bayraqları Nyu-York şəhəri seçilməzdən əvvəl, bir çox şəhərlər BMT Baş Qərargahının ərazisinin ev sahibi olmaq şərəfinə nail olmaq üçün mübarizə aparırdı. İst-River ərazisinin seçilməsi bir ildən çox müddətə ABŞ-dəki bir çox ərazilərin uzun müddət öyrənilməsi və müzakirə edilməsindən sonra baş tutmuşdur. Nümayəndələr arasındakı güclü bir qrup İsveçrənin Cenevrə şəhərindəki keçmiş Millətlər Liqası kompleksinə geri qayıtmağı dəstəkləyirdi.Phipps, Linda S., "'Constructing' the United Nations Headquarters: Modern Architecture as Public Diplomacy," Ph. D. thesis, Harvard University, 1998; Chapters 1 and 2. Təkliflər olduqca çox və geniş əhatəli idi. Onların arasında tək yüksək bir binada bütün kompleksi ehtiva edən açıq dənizdə gəmi kimi fantastik təkliflər də vardı. Həvəskar memarlar dizaynlar təqdim edir, yerli hakimiyyət orqanları park sahələri təklif edirdilər; lakin Nyu-York şəhərinin busterlərinin Qrover Veyln, Tomas Uotson və Nelson Rokfeller də daxil olmaqla müəyyən qrupu, güclü inşaat koordinatoru Robert Mozes və Vilyam O'Dvayer ilə məqbul müvəqqəti imkanları müzakirə etmək üçün səy göstərirdilər. Birləşmiş Millətlər Təşkilatının Müvəqqəti Ərazi Komitəsinin onların iştirakı ilə təyin etdiyi görüşlər, Nyu-York ərazisində bir çox yerlərdə baş tutan ilkin görüşlərlə nəticələndi.

Kaliforniyada San-Fransisko (Prezidio da daxil olmaqla) və Marində müəyyən ərazilər; Missuridə Sent-Luis; Massaçusetsdə Boston; İllinoysda Çikaqo; Ferfild (qraflıq, Konnektikut); Nyu-Yorkda Vestçester və Flaşinq-Medouz; Oklahomada Tuskahoma; Cənubi Dakotada Blek Hilz; Miçiqanda Detroytda Bell Ayiel Park və ABŞ-Kanada sərhədindəki Nevi Aylend əraziləri BMT qərargahı üçün potensial sahələr hesab edilmişdir. BMT Baş Qərargahının nümayəndə heyətinin keçirildiyi San-Fransisko öz ölkələrinə yaxın yerləşdiyinə görə Avstraliya, Yeni Zelandiya, Çin və Filippin tərəfindən dəstəkləndi. Birləşmiş Millətlər Təşkilatı və onun nümayəndələrinin əksəriyyəti qərargah üçün Filadelfiyanı nəzərdə tutmuşdular; şəhər də öz növbəsində Feyrmaunt Parkı, Andorra və Mərkəzi Şəhər də daxil olmaqla, seçilmiş bir neçə ərazidə torpaq təklif eləmişdi. Təklifə görə qərargah dənizqırağı yol boyunca İndependens Holldan Pennz Ləndinqədək olan ərazidə yerləşəcəkdi. Con Devison Rokfeller İst-River çayının sahilində yerləşən ərazini satın almaq üçün 8,5 milyon dollar bağışlamağı təklif etdikdən sonra son nəticədə Filadelfiya deyil, Manhetten seçildi. Rokfellerin Maunt Plezntdakı Kaykat malikanəsi Manhettendən çox təcrid edilmiş hesab edildikdən sonra Robert Mozes və Rokfeller Nelson Rokfelleri həmin torpağı satın almağa inandırdılar.

Əvvəlki müvəqqəti məkanlar