Tərbiyət kitabxanası — Əsası 1921-ci ildə Məhəmmədəli Tərbiyət tərəfindən qoyulmuş İranın birinci dövlət kitabxanası.

Haqqında 1921-ci ildə Təbrizdə yaradılan Tərbiyət kitabxanası İranın birinci dövlət kitabxanasıdır. Kitabxana Məhəmmədəli Tərbiyət tərəfindən "Maarif ümumi kitabxana və qiraətxana" adı altında Məhəmmədiyə mədrəsəsinin otaqlarının birində, Hərəmxana məhəlləsində qurulub və 1933-cü ildə indiki yerinə, Danişsəra xiyabanına köçürülüb. Kitabxanadakı əlyazmalar 1979-cu il inqilabından sonra Təbriz Milli Kitabxanasına aparılıb.

Həmçinin bax Azərbaycan Milli Kitabxanası Təbriz Milli Kitabxanası

İstinadlar

Kateqoriya:İran kitabxanaları Kateqoriya:Təbrizin tarixi abidələri