Kötüklü — Azərbaycan Respublikasının Qəbələ rayonunun Kötüklü kənd inzibati ərazi dairəsində kənd.
Coğrafiyası Burada meyvəçilik inkişaf edib. Fındıq sahələri, şabalıd ağacları əkilmiş bağlar daha çoxdur. Təbii ki, quru meyvələrdən gəlir artdıqca kənddə iri buynuzlu mal-qaranın çoxalması və arıçılığın inkişafı da müşahidə olunur. Telefon xətti çəkilib, sayğaclaşmadan sonra fasiləsiz enerji təminatı, yəni işıq problemi həll edilib. Artezian quyuları qazılıb. Artıq müasir səviyyədə texniki avadanlıqlarla təchiz edilən yeni məktəb binası da məktəblilərin ixtiyarındadır.Şəlalə Məhyəddinqızı, "Qəbələ Qafqazın incisi", Bakı, "Oğuz Eli", 2009.
Toponimikası Kötüklü oyk, sadə. Alazan–Əyriçay çökəkliyindədir. Yerli əhalinin məlumatına görə, yaşayış məntəqəsi vaxtilə əkin məqsədilə ağaclardan təmizlənmiş Kötüklü adlanan sahədə salındığı üçün belə adlandırılmışdır. Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
Əhalisi 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 668 nəfər əhali yaşayır.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
Həmçinin bax Qəbələ rayonu
Xarici keçidlər İnzibati Ərazi Vahidləri
İstinadlar
Kateqoriya:Qəbələ rayonunun kəndləri