Fərid Rauf oğlu Şəfiyev () — Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzi İdarə Heyətinin sədri.F. R. Şəfiyevin Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı . president.az, 19.02.2019 Azərbaycan Respublikasının fövqəladə və səlahiyyətli səfiri."F. R. Şəfiyevə Azərbaycan Respublikasının fövqəladə və səlahiyyətli səfiri diplomatik rütbəsi verilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 22 may 2009-cu il tarixli 293 nömrəli Sərəncamı. e-qanun.az

Həyatı Fərid Şəfiyev 1969-cu ildə Bakı şəhərində anadan olmuşdur.Prezidentin vəzifə verdiyi diplomat Harvard məzunudur . qafqazinfo.az, 19.02.2019

Təhsili 1989–1994-cü illərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsində təhsil almışdır.

2002–2003-cü illərdə Harvard Universitetinin Kennedi Dövlət Məktəbində dövlət idarəçiliyi üzrə magistr dərəcəsinə yiyələnib.

2009–2015-ci illərdə Karlton Universitetində oxuyaraq, tarix üzrə elmlər doktoru dərəcəsini alıb.

Karyerası 1996-cı ildən Xarici İşlər Nazirliyi sistemində işləmişdir.

1998–2001-ci illərdə Azərbaycanın BMT yanında nümayəndəliyində çalışmışdır.

22 may 2009-cu ildə Fərid Şəfiyevə fövqəladə və səlahiyyətli səfir diplomatik rütbəsi verilmişdir.

22 may 2009-cu ildən"F. R. Şəfiyevin Azərbaycan Respublikasının Kanadada fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 22 may 2009-cu il tarixli 294 nömrəli Sərəncamı. e-qanun.az9 iyul 2014-cü ilədək"F. R. Şəfiyevin Azərbaycan Respublikasının Kanadada fövqəladə və səlahiyyətli səfiri və Beynəlxalq Mülki Aviasiya Təşkilatı yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 9 iyul 2014-cü il tarixli 632 nömrəli Sərəncamı. e-qanun.az Azərbaycan Respublikasının Kanadada fövqəladə və səlahiyyətli səfiri, paralel olaraq 26 may 2011-ci ildən 9 iyul 2014-cü ilədək Azərbaycanın Beynəlxalq Mülki Aviasiya Təşkilatı yanında daimi nümayəndəsi olmuşdur.

9 iyul 2014 – 19 fevral 2019-cu illərdə isə Azərbaycan Respublikasının Çex Respublikasında fövqəladə və səlahiyyətli səfiri olmuşdur.

19 fevral 2019-cu ildə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri təyin edilmişdir. 11 sentyabr 2026-cı ildən Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzi İdarə Heyətinin sədridir.

İstinadlar

Kateqoriya:Azərbaycan diplomatları Kateqoriya:Azərbaycanın Kanadadakı səfirləri Kateqoriya:Azərbaycanın Çexiyadakı səfirləri Kateqoriya:Bakı Dövlət Universitetinin məzunları