Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzi — dünyada və regionda baş verən prosesləri təhlil edən, Ermənistan–Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin müxtəlif aspektləri, beynəlxalq münasibətlər və təhlükəsizlik məsələləri ilə bağlı fundamental araşdırmalar aparan, müvafiq məsələlərə dair Azərbaycan Respublikasının mövqeyinin beynəlxalq ictimai, siyasi və akademik dairələrə çatdırılmasında iştirak edən, Azərbaycan Respublikasının dövlət orqanlarını elmi-təhlili materiallarla təmin edən Azərbaycan Respublikasının publik hüquqi şəxsi. Bakı şəhərində yerləşir.
Tarixi Mərkəz Azərbaycan Respublikası Prezidentinin 6 fevral 2019-cu il tarixli, 515 nömrəli Fərmanı ilə yaradılmışdır.
Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2019-cu il tarixli, 652 nömrəli Fərmanı ilə "Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin Nizamnaməsi" təsdiq edilmişdir.
20 fevral 2026-cı ildə “Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi” publik hüquqi şəxs Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin ona qoşulması yolu ilə “Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzi” publik hüquqi şəxs qismində yenidən təşkil edilib.
Rəhbərlik Mərkəzə rəhbərliyi Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən İdarə Heyətinin sədri edir. Azərbaycan Respublikası Prezidentinin 19 fevral 2019-cu il tarixli sərəncamı ilə Azərbaycan Respublikasının fövqəladə və səlahiyyətli səfiri"F.R.Şəfiyevə Azərbaycan Respublikasının fövqəladə və səlahiyyətli səfiri diplomatik rütbəsi verilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 22 may 2009-cu il tarixli, 293 nömrəli Sərəncamı. e-qanun.az Fərid Şəfiyev Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri təyin edilmişdirF.R.Şəfiyevin Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı . president.az, 19.02.2019 .
Mərkəzə ümumi rəhbərlik və nəzarət üç üzvdən ibarət olan İdarə Heyəti tərəfindən həyata keçirilir. Mərkəzin fəaliyyətində və idarəetmədə korporativ idarəetmə standartlarını tətbiq edilir.
Maliyyələşməsi Mərkəzin əmlakı nizamnamə fondundan, təsisçinin verdiyi digər əmlakdan, dövlət büdcəsindən ayrılan vəsaitlərdən, fəaliyyətindən əldə etdiyi gəlirlərdən, ianələrdən, qrantlardan, cəlb edilən investisiyalardan və qanuna uyğun əldə etdiyi digər vəsaitlərdən formalaşır.
Mərkəzin ilkin nizamnamə fondu 100 min manatdır.
Həmçinin bax Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi Sosial Tədqiqatlar Mərkəzi
İstinadlar
Xarici keçidlər
Kateqoriya:2019-cu ildə Azərbaycanda yarananlar Kateqoriya:6 fevralda yarananlar Kateqoriya:Azərbaycanın dövlət təşkilatları Kateqoriya:Araşdırma mərkəzləri Kateqoriya:Azərbaycanda siyasi təşkilatlar