Musa Quluzadə (tam adı: Musa Nizam oğlu Quliyev; ) — Azərbaycan tarixçisi, Əməkdar müəllim, Azərbaycan Yazıçılar Birliyinin üzvü.
Həyat
Musa Quluzadə 1939-cu il mayın 20-də Masallı rayonunun Xıl kəndində, əməkçi ailəsində anadan olmuşdur. Orta məktəbin 7-ci sinfini əla şəhadətnamə ilə bitirən Musa Quluzadə Lənkəran Kənd Təsərrüfatı Texnikumunda, daha sonra Azərbaycan Dövlət Universitetinin iqtisadiyyat fakültəsində təhsil almışdır.
Təhsilini başa vurduqdan sonra bir müddət partiya orqanlarında müxtəlif vəzifələrdə çalışmış, daha sonra həmin dövrün sayılıb-seçilən müəssisələrindən olan Lenin muzeyində elmi işçi kimi fəaliyyətə başlamış, sonradan muzeyin elmi işlər üzrə direktor müavini olmuşdur.
14 mart 2023-cü ildə vəfat etmişdir.
Pedoqoji fəaliyyəti
Bir müddət Bilik cəmiyyətində sədr müavini işləmiş, ADU-da tələbələrə tarix fənnini tədris etmişdir. 1991-ci ildən Prezident yanında Dövlət İdarəçilik Akademiyasının tarix kafedrasında dosent kimi fəaliyyətə başlamışdır. Hazırda akademiyada aspirantura, doktorantura şöbəsinin müdiridir. 1984-cü ildən Azərbaycan Yazıçılar İttifaqının üzvü olan Musa Quluzadə 12-dən çox bədii kitabın müəllifidir.
Kitab və məqalələri
Dinimiz dünən və bu gün, Bakı, 1996 (monoqrafiya) Müstəqil Azərbaycan Respublikasında din münasibətləri, Bakı, 1999 Azərbaycanda dövlət və din münasibətləri (1920-2000-ci illər), Bakı, 2002 Azərbaycan SSR-də dövlət və din münasibətləri (1920-1991–ci illər), Bakı, 2006 Azərbaycanın dövlətçilik tarixi (dərslik), Bakı, 2016
150-dən artıq elmi və publisistik məqalələrin müəllifidir.
Esseləri
Xəzərim mənim Kor Xəlil Sərhədsiz quşlar Kölgədə bitən... Kölgədə yaşayan
Mükafatları
22 aprel 2014-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən "Əməkdar Müəllim" fəxri adına layiq görülmüşdür.
Haqqında yazılanlar
Əli Şirin Şükürlü: Mənəviyyat işığında: Musa Quluzadə – 75 Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Dillər kafedrasının müdiri, filologiya elmləri doktoru, professor Akif Bayramov: Musa Quluzadə - 70 Yazıçı-jurnalist Nurəddin Ədiloğlu: Professor Musa Quluzadə - 77
Həmçinin bax
Süleyman Məmmədov (tarixçi) Fəridə Məmmədova (tarixçi)
Xarici keçidlər
АВТОР: "Quluzadə, Musa" Musa Quluzadə - 70
İstinadlar
Kateqoriya:Azərbaycan alimləri Kateqoriya:Azərbaycanlı alimlər Kateqoriya:Azərbaycan tarixçiləri Kateqoriya:Azərbaycanlı tarixçilər Kateqoriya:Professorlar