Ernö Rubik və ya Rubik Ernö (, ) – macar mühəndis, heykəltaraş. O, Rubik kubu da daxil olmaqla, Rubik sehiri, Rubik ilanı kimi mexaniki tapmacaların kəşfi ilə məşhurdur.
Həyatı Ernö Rubik 1944-cü il iyul ayının 13-də Macarıstanın paytaxtı Budapeştdə anadan olmuşdur. Atası mexanik və təyyarə mühəndisi, anası isə yazıçı idi. Bu səbəbdən o, ailədən gələn ənənələrə sadiq qalaraq əvvəl memarlıq və mühəndis, daha sonra sənət memarlığı , heykəltaraşlıq təhsili almışdır. 1958–1962-ci illərdə Budapeşt İncəsənət məktəbində heykəltaraşlıq ixtisasına yiyələndikdən sonra, 1962–1967-ci illərdə Budapeşt Texnologiya Universitetində dərs almağa başladı. 1967-ci ildə Macarıstan Tətbiqi İncəsənət Universitetinin "interyer və dizayn" fakülətsinə daxil oldu.
Karyerası 1971–1975-ci illərdə memar olaraq fəaliyyət göstərmişdir. Daha sonra Budapeşt Tətbiqi İncəsənət Universitetinin professoru oldu.
Rubik kubunun kəşfi left|thumb|Rubik kubu Rubik onu məşhurlaşdıran kəşfini 1974-cü ildə etmişdir. O, Rubik kubunu dərslərində rənglərin və fiqurların geormetrik olaraq dəyişməsini izah edərkən kəşf etmişdi. Rubik kubunda 26 kiçik kub birləşərək böyük kubu əmələ gətirir. Rubik kubun ilkin modelini hazırlayarkən onun 6 üzündəki rəngləri eyniləşdirməyin heç də asan olmadığı qənaətinə gəlmişdi. Kubun lisenziyasının almaq üçün 1975-ci ilin yanvar ayında etdiyi müraciətə elə həmin il müsbət cavab aldı. 1977-ci ildə satışa buraxılan Rubik kubları bir neçə il ərzində bütün dünyada gənclərin ən sevimli oyunlarından birinə çevrildi. Rubik kubları tarixə ən məşhur Macar kəşfi kimi düşmüşdür.
Digər fəaliyyətləri 1980-ci illərin əvvəllərində Rubik oyun və tapmaca jurnalı olan "És játék" (və Oyunlar) adlı jurnalın redaktoru vəzifəsində çalışmağa başlamışdı. Çox keçmədən Ernö Rubik 1983-cü ildə Rubik Studiyasını yaratdı. Studiya yeni oyunlar və fərqli əşyalar ixtira etmək məqsədilə yaradılmışdı. "Rubik ilanı" və "sehrli bucaqlar" oyunları da bu studiyanın kəfşlərindəndir. 1987-ci ildə Macarıstan Mühəndislər Akademiyasının prezidenti vəzifəsinə təyin edildi. Akademiyada çalışdığı zaman Macar Mühəndislər Birliyinin dəstəyi ilə Rubik Beynəlxalq Fondu yaratdı. Fond tələbələri texniki və tətbiqi incəsənət sahələrində təhsil almaq üçün təqaüdlə təmin edirdi. 2009-cu ildə Cənubi Koreyanın Kiemyung Universitetinin fəxri professoru adına layiq görüldü.
Mükafatları 1978- Budapeşt Beynəlxalq Ticarət Sərgisi, "Kub" Mükafatı 1980- "İlin oyuncağı": Almaniya Federativ Respubllikası, Birləşmiş Krallıq, Fransa, ABŞ 1981- "İlin Oyuncağı": Finlandiya, İsveç, İtaliya 1982- "İlin Oyuncağı": Birləşmiş Krallıq (ikinci dəfə) 1982- Nyu-Yorkdakı Müasir İncəsənət Muzeyi Rubik kubunu özünün permanent kolleksiyasına daxil etmişdir 1983- "3D fiqurların təsviri və öyrədilməsi və elmi tədqiqatlara ilham verən müxtəlif həllərə görə Macarıstan Dövlət " mükafatı 1988- Dövlət Gənclik və İdman komitəsi "Yeniyetmə" mükafatı 1995- "Denes Qabor" mükafatı 1996- Macarıstan Lisenziya Komitəsi "Anyoş Yedlik" mükafatı 1997- Macarıstan "Şöhrət" ordeni 2007- "Kossuz" Mükafatı 2008- "Moholi- Nad" mükafatı 2010- ABŞ Elm və mühəndislik festivalı mükafatı 2010- "Macarıstan Komandir Ləyaqət Xaçı" mükafatı 2010- "Prima Primissima" mükafatı 2012- "Mənim Ölkəm" mükafatı 2014- "Müqəddəs Stefen Böyük Xaç" ordeni 2014- "Budapeşt Fəxri Vətəndaşı" mükafatı
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Oyuncaq ixtiraçıları Kateqoriya:Macarıstan memarları