Osman Nuri Koptagəl (; ) — Türk hərbi xadim.

Fəaliyyəti

Hərbi fəaliyyəti Balkan müharibələrində və Birinci Dünya müharibəsində iştirak etmişdir. 1919-cu ildə Türkiyə İstiqlaliyyət Müharibəsinə qoşuldu. Böyük hücumda polkovnik rütbəsi ilə 12-ci tümən komandiri oldu. Müharibədən sonra qırmızı lentli "İstiqlaliyyət medalı" ilə təltif edildi.

8 may 1934-cü ildə təqaüdə çıxdı.

Siyasi fəaliyyəti Türkiyə Böyük Millət Məclisinin V və VI dövrlərində Malatyanın millət vəkili oldu.

22 noyabr 1942-ci ildə Ankarada vəfat etmişdir.

Təltif və mükafatları Məcidiyyə ordeni "Ləyaqət" medalı (Osmanlı imperiyası) "İmtiyaz" medalı (Osmanlı imperiyası) Dəmir xaç ordeni "İstiqlaliyyət" medalı (Türkiyə Respublikası)

Mənbə T.C. Genelkurmay Harp Tarihi Başkanlığı Yayınları, Türk İstiklâl Harbine Katılan Tümen ve Daha Üst Kademelerdeki Komutanların Biyografileri, Genelkurmay Başkanlığı Basımevi, Ankara, 1972, s. 38.

Kateqoriya:TBMM V çağırış deputatları Kateqoriya:TBMM VI çağırış deputatları