() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.
Təbii yayılması Qafqazda yayılmışdır.
Botaniki təsviri Hündürlüyü 1 m-dən çox olmayan çoxillik koldur. Cavan zoğları boz, sıx, ipəkvari tükcüklərlə örtülmüşdür, ancaq axırıncı ilin zoğları çılpaqdır. Yarpaq tumurcuqları uzunsov-yumurtavari formalı, iri, qırmızı-qonur, tükcüklüdür. Yaraqları təxminən 1 sm uzunluğunda olub, sıx tükcüklü saplaqlarda yerləşir, oval, bünövrəsində yumru, bəzən ürəkşəkilli, ucu qısa, biz, kənarları ikili dişli, 11-12 damarcıqlı, üstü batıqdır. Yarpaq ayasının uzunluğu 5-7 sm, eni 3,5-4,5 sm, üstü yayılmış tükcüklərlə örtülmüşdür, alt tərəfi damarcıqlardan ibarətdir. Yalançı zoğları lansetvari formalı, ucu bizdir.Tozluq sırğaları qırmızı-qonur, yarpaqların qoltuqlarında yumurtavari, ucu biz xırda yarpaqlıdır. Meyvənin qını biryarpaqlı, fındığa yapışıq, tükcüklü, qısa yumurtavari formalı, diametri 11 mm-dir. Apreldə çiçəkləyir, sentyabrda meyvə verir. Küləklə tozlanır.
Ekologiyası Şaxtaya davamlıdır, yarımkölgədə, qarışıq meşələrdə bitir.
Azərbaycanda yayılması Zaqatalada meşənin yuxarı sərhədində rast gəlinir.
İstifadəsi Yaşıllaşdırmada, meşəsalmada istifadəsi məqsədyönlüdür.
İstinadlar
Həmçinin bax
Kateqoriya:Gürcüstan florası Kateqoriya:1895-ci ildə təsvir edilən bitkilər Kateqoriya:Həssas növlər Kateqoriya:Çərəzlər