Violonçel Sonatası — Şopen tərəfindən yazılmış Violonçel sonatası (G (sol) minor, Op. 65) 1846-cı ildə yayımlanmışdır.Bu əsər Şopenin pianodan başqa instrumentlər üçün yazdığı 9-cu əsərdir (ancaq yenə də hər bir əsərinin içində piano var).39 illik həyatında 4 sonata yazan bəstəkarın digər 3 sonatası piano üçün idi.Bu violonçel sonatası isə onun sağlığında yayımlanmış sonuncu əsər olma xüsusiyyətini daşıyır.Nicholas, Jeremy (2010). Chopin: Chamber Music

Sonata Auguste Frenchomme üçün yazılmış və ona həsr olunmuşdur.Sonata materialın cəmləşməsi nəzərindən diqqətə layiqdir: ilk hissədə musiqinin əsas hissəsi violonçelin açılışından inkişaf etməyə başlayır və müəyyən qaydada digər hissələrdə də davam edir.Əsərin son 3 hissəsi xalqa açıq şəkildə, bəstəkarın son konsertində, bəstəkarın özü və Franchomme ilə birlikdə 16 fevral 1848-ci ildə, Salle Pleyeldə ifa edildi.Rezaei, Ramin (2010). Frederic Chopin's Chamber Music and Polish Songs Ross, M (2011). Chopin & Saint-Saens: Cello Sonatas

Quruluşu Əsər 4 hissədən ibarətdir:

Alleqro moderato G (sol) minor Skerso D (re) minor, Trio D (re) major Larqo B♭ (si bemol) major Final. Alleqro G (sol) minor, sonluq G (sol) major

Əsərin ifası 30 dəqiqəyə yaxın vaxt tələb edir.

İstinadlar

Kateqoriya:Musiqi əsərləri Kateqoriya:Sonatalar