thumb|Subaylar Gününün tarixi Subaylar Günü () — yalnızlığı qeyd etmək məqsədilə Çində təsis edilmiş gün85 saniyədə 1 milyard dollarlıq satış edildi — Yeni rekord. qafqazinfo.az, 11.11.2018 . Hər il 11 noyabr tarixində qeyd edilir.

Tarixi Subaylar Günü 1993-cü ildə Nankin Universitetində təsis edilib. Belə bir günün təsis edilməsində əsas məqsəd yalnızlığı qeyd etməkdir. Bu günün 11 noyabr tarixi olaraq xüsusi seçilməsi isə 11/11/xxxx tarixi ilə bağlıdır. Belə ki, 1 rəqəmi yalnızlığı təmsil etdiyi üçün bu rəqəmin ən çox yer aldığı tarix də Subaylar Gününün qeyd edilmə tarixi kimi seçilib.

Alış-veriş Subaylar Günündə hər il böyük məbləğdə alış-veriş qeydə alınır. Xüsusilə də internet üzərindən həyata keçirilən alış-verişlər bu zaman daha çox olur. Buna görə də Subaylar Günü dünyada ən böyük alış-veriş festivalılarından biri kimi bilinir. Məsələn, "Alibaba" alış-veriş şirkəti 2017-ci ildə 1 milyard dollarlıq satışı 2 dəqiqə ərzində həyata keçirilmişdir. 2018-ci ildəki Subaylar Günündə isə 85 saniyədə 1 milyard dollarlıq sifariş alaraq yeni rekorda sahib olmuşdur.

İstinadlar

Kateqoriya:1993-cü ildə yarananlar Kateqoriya:Nankin Universiteti Kateqoriya:11 noyabrdakı bayramlar Kateqoriya:Çin bayramları Kateqoriya:Şəxsi həyat Kateqoriya:Elektron kommersiya Kateqoriya:1990-cı illərdə yaranmış sözlər Kateqoriya:Qeyri-rəsmi bayramlar Kateqoriya:Xüsusi günlər