Yalançı Horn burnu () — Odlu Torpaq arxipelaqına daxil olan Oste adasında yerləşən Hardi yarımadasının ən ucqar cənub nöqtəsi. Əsl Horn burnu isə kiçik bir adada yerləşir. Səyyahların bir çovu səhvən Oste adasındakı burnu Horn olaraq bilmişlər. Oste adası arxipelaqın əsas adasından Biql boğazı ilə ayrılır. Hazırda isə təcrübəli dənizçilər bu səhvi etmirlər.
Yalançı Horn burnu əslindən 56 km şimal-qərbdə yerləşir.
Burnun iqlıimi qışı yağışlı, küləkli və yumşaq, yayı isə sərin keçir. İl ərzində temperatur 0 °С - 15 °C arasında dəyişir.
Horn burunlarının heç biri nə Cənubi Amerika materikinin nə də dünyanın ucqar nöqtəsi sayılmır. İstinadlar
Kateqoriya:Çili burunları Kateqoriya:Sakit okean burunları