Etimad Əsədov () — Birinci Qarabağ müharibəsi qazisi, Qarabağ Əlillər Cəmiyyətinin və "Qarabağ qaziləri" ictimai birliyinin sədri.

Həyatı Əsədov Ehtimad Savalan oğlu 1963-cü ilin 20 dekabrında Ağdam rayonunun Paprəvənd kəndində anadan olub. 1970–1980-ci illərdə həmin kənd orta məktəbini bitirib.

1982–1984-cü illərdə sovet ordusu sıralarında həqiqi hərbi xidmətdə olub.

SSRİ dövründə Rusiyada yaşayıb və müxtəlif işlərdə çalışıb. Ailəli idi. İki övladı yadigar qalıb

Birinci Qarabağ müharibəsində iştirakı 1991-ci ildə Erməni işğalına qarşı döyüşmək üçün Azərbaycana qayıdıb. 836 saylı Ağdam Ərazi Özünü Müdafiə batalyonunda erməni işğalçılarına qarşı döyüşüb. 1992-ci ildə Ağdərə istiqamətində gedən döyüşdə ağır yaralanıb. Bir ayağını itirib.

İctimai fəaliyyəti 1993-cü ildən Qarabağ Əlillər Cəmiyyətinin, 2002-ci ildən isə "Qarabağ qaziləri" ictimai birliyinin sədri olmuşdur.

Ölümü 16 oktyabr 2018-ci ildə uzun müddət əziyyət çəkdiyi ağciyər xərçəngindən 55 yaşında vəfat etmişdir.

İstinadlar

Kateqoriya:Azərbaycan tərəfindən Birinci Qarabağ müharibəsi iştirakçıları Kateqoriya:Ağciyər xərçəngindən ölənlər Kateqoriya:Azərbaycanda xərçəng xəstəliyindən ölənlər