Arif Mikayıl oğlu Abbasov () — futbolçu, məşqçi, hakim.

Həyatı Arif Mikayıl oğlu Abbasov 23 iyul 1945-ci ildə Bakıda doğulub. Azərbaycan futbolunun yetirməsi 1964 – 1974-cü ildə Tomsk şəhərinin müxtəlif komandalarında çıxış edib. Həmçinin, o, Tomsk Dövlət Pedeqoji İnstitutunun Bədən tərbiyəsi fakültəsini bitirib. Futbolçu karyerasını başa vurduqdan sonra hakimliyə başlayan Abbasov Rusiya çempionatının oyunlarına hakim-inspektor qismində təyinat almaqla yanaşı, Tomsk Futbol Federasiyasına rəhbərlik edib. O, 14 iyun 2009-cu ildə hakim-inspektor qismində təyinat aldığı II divizionun "Okean" – "Smena" görüşündən öncə infarktdan vəfat edib. Abbasov Rusiyada futbol üzrə qış turnirinin əsas təşkilatçılarından biri olub.

İstinadlar

Kateqoriya:SSRİ futbolçuları Kateqoriya:Azərbaycan futbolçuları Kateqoriya:Azərbaycan futbol məşqçiləri Kateqoriya:Bakıda doğulanlar Kateqoriya:Tomsk Dövlət Pedaqoji Universitetinin məzunları Kateqoriya:Azərbaycanın kişi futbolçuları Kateqoriya:SSRİ futbol hakimləri