Fransa Statistika və İqtisadi Araşdırmalar üzrə Milli İnstitutu (, qıs. INSEE və ya Insee) — institut Fransada rəsmi statistika hesablamalarını və təhlilini həyata keçirir. İqtisadiyyat, Sənaye və məşğulluq Nazirliyi tərəfindən idarə olunur. Oktyabr ayından etibarən İnstitutun direktoru Jan-Filip Kotidir.

Vəzifələri Əhalinin sayımlarının təşkili və keçirilməsi, habelə Fransa əhalisi ilə bağlı müxtəlif statistikaların dərc edilməsi Əhalinin müəssisələrə və iqtisadiyyata olan maraqlarına dair məlumatların toplanması (dövri və ya nöqtə) Fransa ilə bağlı əsas sosial-iqtisadi göstəricilərin qiymətləndirilməsi (ÜDM, işsizlik, yoxsulluq və s.) Müxtəlif indekslərin (qiymət və gəlir indeksləri, istehlak qiymətləri indeksi, inflyasiyanın hesablanması və s.) Nəşri

Funksiyalar INSEE həmçinin aşağıdakı kataloqları idarə edir: Fiziki şəxslərin reyestri (BRPP) aşağıdakılardan ibarətdir: Fiziki şəxslərin milli identifikasiya reyestri (RNIPP), bu xüsusilə fiziki şəxslərin reyestrində qeydiyyat nömrəsini (NIRPP və ya NIR), adətən sosial sığorta nömrəsi adlandırılanı ehtiva edir; Birləşmiş seçki reyestri (EİZ); Şirkətlərin və onların müəssisələrinin identifikasiya sistemi üzrə milli kataloq (SIRENE), şirkətlərin identifikasiya sistemi nömrələri (SIREN) və müxtəlif müəssisələrinin SIRET identifikatorları daxil olmaqla.

INSEE müəyyən təsnifatların identifikasiyasında istifadə olunan kodları idarə edir: COG kodu (rəsmi coğrafi kod, "INSEE kodu" kimi də tanınır) coğrafi əraziləri müəyyən edir: bələdiyyələr (bax siyahı), kantonlar, rayonlar, departamentlər, regionlar, ölkələr və xarici ərazilər; APE kodu (Main Activity Performed – Aparılan əsas fəaliyyət) INSEE tərəfindən hər bir şirkətə və müəssisəyə onların əsas fəaliyyəti əsas alınaraq Fransız fəaliyyət təsnifatı (NAF) üzrə verilir; Peşələr və sosial-peşə kateqoriyaları (SPK).

INSEE statistik məlumatları da yayır və təhlil edir. O, çoxsaylı sənədlər, kitablar və dövri nəşrlər, eləcə də bəzi CD-ROM-lar nəşr edir. Lakin təxminən bütün statistika öz veb-saytında açıq şəkildə mövcuddur. Bu statistikaya çıxışı asanlaşdırmaq üçün INSEE Fransanın müxtəlif regionlarında "INSEE vasitəçiləri" yaratmışdır.

Nəhayət, INSEE fəaliyyətinin müxtəlif aspektlərini Milli Statistik Məlumatlar Şurasına (CNIS) təqdim edir. Qeyd etmək lazımdır ki, sorğu formalarının hazırlanması CNIS və CNIL-in nəzarəti altında həyata keçirilir.

Suverən missiyalar Fransa Milli Statistika və İqtisadi Tədqiqatlar İnstitutu (Insee) bir neçə əsas funksiyanı yerinə yetirir. O, birləşdirilmiş seçki reyestrini aparır və bir neçə digər reyestri idarə edir: fiziki şəxslərin identifikasiyası üzrə milli reyestri, bu identifikasiya nömrələrinin (və ya sosial sığorta nömrələrinin) verilməsini təmin edir, həmçinin müəssisələrin və onların təşkilatlarının qeydiyyatı aparılan SIRENE reyestri. O, əhali siyahıyaalmasının təşkilini və nəzarətini həyata keçirir (məlumatların toplanması bələdiyyələr tərəfindən aparılır).

İstinadlar

Həmçinin bax INSEE

Xarici keçidlər Официальный сайт INSEE

Kateqoriya:Statistika təşkilatları Kateqoriya:Fransa təşkilatları Kateqoriya:1946-cı ildə yarananlar