() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.
Arealı Dərbən və Kür çayı arasındakı ərazidən təsvir edilmişdir. Qafqazda, Avropada, Orta Asiyada təbii halda bitir.
Botaniki xarakteristikası 20-60 sm hündürlüyündə,geniş şaxələnmiş, boz rəngli kolcuqdur. Çiçəkyanlığının yarpaqcıqları demək olar ki, tamamilə sərbəstdir, çiçəkləyəndən sonra sıxlaşır. May ayında çiçəkləyir. Noyabr ayında isə meyvə verir. Toxumları ovalşəkilli, qara rəngli, xırda nöqtəli, parıldayandır.
Ekologiyası Duzadavamlı bitkidir. Şoranlıqlarda və şoranlaşmış gilli yamaclarda dağınıq və qrup halda bitir.
Azərbaycanda yayılması Xəzər və Kür-Araz ovalıqlarında, Qobustanda, Naxçıvan düzənliyində, aranda, dağ ətəyində, səhra və yarımsəhralarda geniş yayılmışdır.
İstifadəsi Potaş hazırlamaq üçün xammal kimi istifadə edilir. Qış otlaqlarında payızın axırlarında və şaxtalar düşdükdən sonra dəvələr və xırdabuynuzlu mal-qara tərəfindən yeyilir.
Sinonimləri Homotipik sinonimləri
Heterotipik sinonimləri
İstinadlar
Həmçinin bax