() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.

Arealı İranda və Orta Asiyada yayılmış, Terek və Kumey çayları arasından təsvir edilmişdir.

Botaniki xarakteristikası Hündürlüyü 20-90 sm olan çoxbudaqlı kolcuqdur, cavan zoğları rənglidir. Yarpaqları xırda və ətli olub, saplağa tərəf qısa, ensizləşəndir. Çiçəkləri ikicinsli, şarvarı, uzunsov-yumurtavarı, qaidədən bir-biri ilə bitişikdir. Çiçəkyanlığı yaşıldır, əksər hallarda ətlidir, sərbəst və ya yarıya qədər bitişmişdir. Erkəkciyi 5-dir. Dişiciyi 2-5 ağızcıqlı, çiçəkaltlıqları içində topa şəklində 2-6 (20) ədəd olur. May ayında çiçəkləyir, oktyabrda meyvə verir. Toxumları 0,75-1,25 mm uzunluğunda, ovalşəkilli hamar, qara, parlaqdır.

Ekologiyası İstiyə və duzadavamlı bitkidir. Şoranlaşmış torpaqlarda bitir.

Azərbaycanda yayılması Abşeron,Kür-Araz ovalığı və onun şərq hissəsində Salyan, Muğan çölündə, Cənub-şərqi Şirvanda, Naxçıvan düzənliyində yayılmışdır. Cəngəlliklərdə rast gəlinir. Müstəqil qruplaşmalar əmələ gətirir və şoran səhra və yarımsəhralarda bitir.

İstifadəsi Potaş hazırlanmasında istifadə olunur. Tərkibində alkaloidlər vardır.

Sinonimləri Homotipik sinonimləri

Heterotipik sinonimləri

İstinadlar

Həmçinin bax