() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.
Təbii yayılması Şimali Amerika, Bermud adaları və Yamaykaya qədər təbii halda yayılmışdır.
Botaniki xarakteristikası Yavaş böyüyür və tədricən hündürlüyü 8 sm olan şarşəkilli kol və ya kiçik ağac formasını alır. Gövdələrinin aşağı hissəsi çılpaqdır. İri bitkilərin oduncaqlı gövdəsi çox şaxələnmiş olur. Budaqların uclarında cod lifli yarpaqların möhkəm rozetləri vardır. Yuxarı hissəsi köhnə yarpaqların qalıqları ilə örtülmüşdür; təpəsində tünd-yaşıl rəngli, sərt, lətli yarpaq topası yerləşir. Yarpaq ayası uzunsov lansetvari, tünd-yaşıl dərili, uzunluğu 40–75 sm, eni 30–40 mm-dir. Yanları xırda dişli, təpəsində uzunluğu 50 mm olan iti tikanları var, kənarları dişli olub, bir iynə ilə qurtarır. Yayda iri bitkilərin rozetindən hündürlüyü 45 sm-ə çatan, qırmızı çalarlı süpürgəvarı çiçək qrupu çıxır ki, onların üzərində 3 sm uzunluğunda çoxsaylı zəngşəkilli çiçəklər əmələ gəlir. Çiçəkyanlığının xarıcı tərəfində yerləşən ağ ləçəklərin üzərində qırmızı-qonur rəngli zolaqlı ləkələr vardır. Yazda və ya yayda zoğlarla, qələmlərlə çoxaldılır.
Ekologiyası Quraqlığa, şaxtaya davamlı bitkidir, yarımkölgəyə dözür. 13 °C temperaturda yerüstü hissəsi məhv olur.
Azərbaycanda yayılması Abşeronda, Qəbələdə, Şamaxıda, Gəncədə və s.rayon və şəhərlərdə yaşəllaşdırmada istifadə edilir.
İstifadəsi Yarpaqlarının üzərində sarı zolaqları olan dekorativ forması vaardır. Bağlarda və parklarda qrup ilə və ya tək əkinlərdə daha geniş miqyasda əkilə bilər.
Sinonimləri Homotipik sinonimləri
Heterotipik sinonimləri
İstinadlar
Həmçinin bax
Kateqoriya:Meksika florası Kateqoriya:1753-cü ildə təsvir edilən bitkilər Kateqoriya:Statusu qeyri-müəyyən olan növlər Kateqoriya:35–39 ID olan Taksonbar Kateqoriya:Karl Linney tərəfindən adlandırılmış botanika taksonları