EA Digital Illusions CE AB (EA DICE; əvvəllər Digital Illusions HB və Digital Illusions CE AB) — Stokholm-əsaslı İsveç videooyun istehsalı şirkəti. "DICE" 1992-ci ildə təsis edilmişdir və 2006-cı ildən bəri "Electronic Arts" şirkətinin filialıdır. İstehsal etdiyi videooyunlar arasında "Battlefield" seriyası, "Mirror's Edge", "Star Wars Battlefront" və "Star Wars Battlefront II" var. Buna əlavə olaraq, şirkət "Frostbite" mühərrikinin yaradıcıdır.

Tarix "DICE" şirkəti "Digital Illusions" adıyla 1992-ci ilin may ayında İsveçin Vekşö şəhərində dörd nəfər – Ulf Mandorf, Olaf Qustavson, Fredrik Liliqren və Andreas Akselson tərəfindən təsis edilmişdir. Onlar The Silents () adlı bir demoqrupun keçmiş üzvləri idilər.

Şirkətin işçiləri Vekşö Universitetinin tələbələri olduğu dövrdə şirkətin qərargahı və ofisi kiçik bir yataqxanada yerləşirdi. Onlar Amiga kompüterləri üçün "Pinball Dreams", "Pinball Fantasies" və "Pinball Illusions" kimi məşhur pinbol oyunları hazırlayırdılar. 1994-cü ildə şirkət Göteborq şəhərinə köçmüşdür. Onlar 2005-ci ilə qədər burada yerləşmişdilər. Həmin il "DICE" şirkətinin baş ofisi Stokholm şəhərində yerləşən "Refraction Games" ilə birləşmişdi.

1998-ci ildə şirkət İsveçin fond birjasına daxil olmuşdur. "DICE" 1999-cu ildə "Codename Eagle" adlı bir oyun hazırlamışdır. Bu oyunun az diqqət cəlb etməsinə baxmayaraq, oyunun davamı olan "Battlefield 1942" şirkət üçün inqilabi bir videooyun olmuşdur. "Battlefield" seriyasının məşhurluğu şirkətin 2004-cü ildə 55 milyon ABŞ dolları dəyərində olması ilə nəticələnmişdir.

2000-ci ilin yanvar ayında "DICE" "Refraction Games" şirkətini satın almışdır. Buna əlavə olaraq, onlar "Synergenix Interactive" şirkətinin 90%-ni satın almışdır. Şirkət bir il sonra, 2001-ci ilin mart ayında baş ofisi Kanadanın Ontario şəhərində yerləşən "Sandbox Studios" studiyasını satın almışdır.

Electronic Arts 2004-cü ilin noyabr ayında videooyun nəşrçisi olan "Electronic Arts" "DICE" şirkətinin hər bir səhminə 61 İsveç kronu ödəyəcəyini açıqlamışdır. 31 mart 2005-ci ildə "Electronic Arts" "DICE" şirkətinin 62%-nə sahib idi.

2 oktyabr 2006-cı ildə "Electronic Arts" "DICE" şirkətinin bütün səhmlərini (2 milyon 600 min səhm) 175 milyon 500 min İsveç kronuna (23 milyon ABŞ dolları) satın almışdır. "DICE" şirkətinin adı "EA Digital Illusions CE" olaraq dəyişdirilmiş, Baş Direktor Patrik Söderlund isə "EA" Studiya Baş Meneceri olmuşdur. Fredrik Liliqren rəhbərliyindəki "DICE Canada" "Electronic Arts"ın şirkəti satın almasından dərhal sonra bağlanmışdır.

2013-cü ilin may ayında şirkətin filialı olan "DICE Los Angeles" açılmışdır. "DICE LA" "Medal of Honor: Warfighter" videooyununun kommersial müvəffəqiyyətsizliyindən sonra bağlanan "Danger Close Games" studiyasının ofisində açılmışdır. Həmin studiyanın bir neçə işçisi "DICE LA" ofisinə göndərilmişdir. "DICE Los Angeles" studiyası "Battlefield 4" videooyununun istehsalında "DICE Stockholm" ilə birgə işləmişdir.

Məhsullar

Videooyunlar İl Ad Platforma(lar) Qeyd 1992 Pinball Dreams Amiga, MS-DOS, SNES Pinball Fantasies Amiga, MS-DOS, SNES, 3DO 1994 Amiganoid Amiga Benefactor Hardcore Amiga, Sega Genesis Tam hazırlanıb, ancaq satışa çıxarılmayıb. 1995 Pinball Illusions Amiga, MS-DOS 1997 True Pinball PlayStation, Sega Saturn S40 Racing Microsoft Windows 1998 Motorhead Microsoft Windows, PlayStation 1999 Swedish Touring Car Championship Microsoft Windows 2000 Swedish Touring Car Championship 2 Test Drive Rally Nintendo 64, PlayStation Ləğv edilib. Rally Masters Microsoft Windows Riding Champion: Legacy of Rosemond Hill NASCAR Heat PlayStation "Monster Games" şirkəti ilə birlikdə. 2001 Matchbox Emergency Patrol Microsoft Windows JumpStart Wildlife Safari Field Trip PlayStation JumpStart Dino Adventure Field Trip Game Boy Color Diva Starz: Mall Mania Shrek Xbox, GameCube 2002 Rallisport Challenge Microsoft Windows, Xbox Pryzm: Chapter One — The Dark Unicorn PlayStation 2 Battlefield 1942 Microsoft Windows, OS X Shrek Extra Large GameCube The Land Before Time: Big Water Adventure PlayStation V8 Challenge Microsoft Windows 2003 Battlefield 1942: The Road to Rome Microsoft Windows, OS X Battlefield 1942 üçün genişləndirmə paketi. Midtown Madness 3 Xbox Battlefield 1942: Secret Weapons of WWII Microsoft Windows, OS X Battlefield 1942 üçün genişləndirmə paketi. 2004 Battlefield Vietnam Microsoft Windows Rallisport Challenge 2 Xbox 2005 Battlefield 2 Microsoft Windows Battlefield 2: Special Forces Microsoft Windows Battlefield 2 üçün genişləndirmə paketi. Battlefield 2: Modern Combat PlayStation 2, Xbox, Xbox 360 2006 Battlefield 2142 Microsoft Windows, OS X 2008 Battlefield: Bad Company PlayStation 3, Xbox 360 Mirror's Edge Microsoft Windows, PlayStation 3, Xbox 360, iOS 2009 Battlefield Heroes Microsoft Windows "Easy Studios" şirkəti ilə birlikdə. Battlefield 1943 Xbox 360, PlayStation 3 2010 Battlefield: Bad Company 2 iOS, Microsoft Windows, PlayStation 3, Xbox 360 Need for Speed: Hot Pursuit Android, iOS, Microsoft Windows, PlayStation 3, Wii, Windows Phone, Xbox 360 "Criterion Games" şirkəti ilə birlikdə. Battlefield Online Microsoft Windows "Neowiz Games" şirkəti ilə birlikdə. Medal of Honor Microsoft Windows, PlayStation 3, Xbox 360 Oyunun çoxnəfərli rejim askeptini hazırladı. 2011 Battlefield Play4Free Microsoft Windows "Easy Studios" şirkəti ilə birlikdə. Battlefield 3 iOS, Microsoft Windows, PlayStation 3, Xbox 360 2013 Battlefield 4 Microsoft Windows, PlayStation 3, PlayStation 4, Xbox 360, Xbox One 2015 Battlefield Hardline "Visceral Games" şirkəti ilə birlikdə. Star Wars Battlefront Microsoft Windows, PlayStation 4, Xbox One 2016 Mirror's Edge Catalyst Battlefield 1 2017 Star Wars Battlefront II "Criterion Games" və "Motive Studios" şirkətləri ilə birlikdə. 2018 Battlefield V

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Battlefield (oyun seriyası) Kateqoriya:Electronic Arts Kateqoriya:İsveç şirkətləri Kateqoriya:Videooyun istehsalı şirkətləri Kateqoriya:4 simvollu siqlalar