Sinan Karveyna (29 mart 1999-cu ildə anadan olub) — 3.Bundesliqa təmsilçilərindən olan Sportfreunde Lotte klubunda hücumçu kimi çıxış edən peşəkar Almaniya futbolçusu.

Klub karyerası

Köln Karveyna Viehl akademiyası vasitəsilə inkişaf etmişdir. 26 iyun 2014-cü ildə o, Köln klubuna transfer olmuşdur. Karveyna Köln II komandası ilə iki oyunda da iştirak etmişdir.

Sportfreunde Lotte 14 iyun 2018-ci ildə Karveyna Sportfreunde Lotte klubu ilə müqavilə imzalamışdır. Karveyna klub ilə debütünü 4 avqust 2018-ci ildə 1860 Münhen klubuna qarşı oyunda etmişdir. O, 67-ci dəqiqədə Aygün Yıldırımı əvəz etmiş və 81-ci dəqiqədə qolla yadda qalmışdır. 3.Bundesliqa görüşündə Lotte rəqibinə 1-5 hesabı ilə məğlub olmuşdur.

Şəxsi həyatı Karveyna Almaniyada anadan olmuşdur. Valideynləri isə Türkiyə vətəndaşlarıdır.

Karyera statistikası

Klub

KlubMövsümLiqaÖlkə KubokuKontinental1Digər2ÜmumiDiviziyaOyunQolOyunQolOyunQolOyunQolOyunQolSportfreunde Lotte2018–193.Bundesliqa2100000021Ümumi karyera2100000021 1UEFA Avropa Liqası görüşləri daxildir. 2Almaniya Superkuboku görüşləri daxildir.

İstinadlar

Xarici keçidlər Profile at DFB.de Profile at kicker.de

Kateqoriya:Almaniya futbolçuları Kateqoriya:Regionalliqa futbolçuları Kateqoriya:Almaniyanın kişi futbolçuları Kateqoriya:Türkiyənin kişi futbolçuları Kateqoriya:Avstriya Bundesliqası futbolçuları Kateqoriya:Türkiyə əsilli Almaniya şəxsləri