Gələcək Azərbaycan Partiyası və ya qısaca GAP — Azərbaycanın siyasi partiyalarından biri. 23 fevral 2014-cü ildə keçirilən təsis qurultayı ilə əsası qoyulmuşdur. 15 dekabr 2020-ci ildə dövlət qeydiyyatına alınmışdır. 2014-cü ildən etibarən partiyanın sədri Ağasif Şakiroğludur.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2023-cü ilə aid hesabatına əsasən Gələcək Azərbaycan Partiyasının üzvlərinin 68%-i kişi, 32%-i isə qadın olmuşdur.
Tarixi 20 dekabr 2013-cü ildə təsis konfransı keçirilib. 23 fevral 2014-cü il tarixində isə 1-ci təsis qurultayı keçirilib. Beləliklə, GAP bir partiya olaraq siyasi fəaliyyətinə başlamışdır. GAP-ın ilk və hazırkı sədri Ağasif Şakiroğludur.
Rəhbərlik
İdarə Heyəti Ağasif Şakiroğlu — Partiya sədri Aslan Həmidli — Partiya sədrinin Səlahiyyətli Nümayəndəsi Rəşid Nazim — Mərkəzi icra aparatının sədri Zamil Zərbəliyev — Mühacirətda yaşayan azərbaycanlılarla iş üzrə sədr müavini Rəşad Məhəmmədov — İqtisadi Məsələlər üzrə sədr müavini Xətayə Xasməmmədova — Qadınlarla iş üzrə sədr müavini Sabir İbrahimov — Kütləvi Aksiyaların təşkili ilə iş üzrə sədr müavini Elnur Qasımov — Ali Məclisin sədri Namir Həsənli — Gənclər Komitəsinin sədri Cəfər İsmayılov — GAP sədrinin müşaviri Coşgun Alıyev — Rəqəmsallaşma, Kibertəhlükəsizlik və Süni İntellekt məsələləri üzrə sədr müavini
Fəxri üzvləri Eks spiker — Rəsul Quliyev Eks deputat — Solmaz Ələsgərova Eks deputat — Akif Şahbazov Rejisor — Elşən Məmmədov AMEA üzvü — Ağa Abdullaoğlu Sosial Mediya rəhbəri — Murad Alirzayev
Seçkilərdə Partiya 2015-ci il parlament seçkilərində iştirak etmək istəsə də, tam qanunsuz olaraq seçkilərə buraxılmamışdır. 2016-cı il referendum seçkilərini, həmçinin 2018-ci il aprel ayında keçirilmiş növbədənkənar prezident seçkilərini boykot etmiş və nəticələrini tanımamışdır. 2020-ci il 9 fevral tarixinə elan edilmiş növbədənkənar parlament seçkilərində partiya bir namizədlə qatılmış. Bu şəxs partiyanın sədri Ağasif Şakiroğlu olmuşdur. Partiya sədri 8 saylı Binəqədi birinci seçki dairəsindən namizəd irəli sürülmüşdür.
Seçkinin rəsmi nəticələrinə əsasən A.Şakiroğlu 1194 səs toplayaraq 2-ci yeri tutmuşdur. Partiya seçkilərin total saxtakarlıqla keçdiyini bəyan etmiş, seçkinin 8 saylı Binəqədi birinci seçki dairəsində real qalibinin məhz Ağasif Şakiroğlu olduğunu bəyan etmişdir.
Parlament SeçkiNamizədMajoritarSəs%Mandat2024 Ağasif Şakiroğlu 1387 9%-2024Aslan Həmidli3342,40% -
İstinadlar
Xarici keçidlər
Rəsmi Facebook səhifəsi
Kateqoriya:Azərbaycandakı siyasi partiyalar Kateqoriya:Azərbaycandakı liberal partiyalar Kateqoriya:2014-cü ildə yarananlar